"11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır..." - GİLEY
Tarix: 27-07-2021, 09:17 | Çap et
“Oğlum bu ölkənin bütövlüyü, torpağın azad olunması uğrunda döyüşüb, ağır yaralanıb, müalicələri nəticə verməyib, elə müalicələr ala-ala həyatdan köçüb. Ona şəhidlik statusu verilib, ancaq 11 ildən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ortalığa düşüb ki, bu, şəhid sayılmır. Məhkəməyə müraciət edib, oğumun şəhidlik statusunu ləğv etdirib. Həyat yoldaşım məhkəmə yollarında qaldı, axırda ürəyi tab gətirmədi, onu da itirdik”.
Gəncə sakini Qaratel Rəhimova danışır bunları... Qaratel xanımın oğlu Yusif Rəhimov 1991-ci ildə - 19 yaşında Gəncə Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 3 il Qarabağ və ətraf rayonlarında döyüşüb. 1994-cü ildə Füzulinin Yuxarı Seyidəhmədli kəndində güllə yarası alıb. Uzun illər müalicə alsa da, faydası olmayıb. Nəticədə psixi durumu da pozulub. 1998-ci ildə vəfat edib. Yusifin ailəsi 1999-cu ildə Kəpəz Rayon Məhkəməsinə müraciət edəndən sonra ona şəhid statusu verilib. 10 il sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib. Qurum məhkəmədən 1999-cu il tarixli həmin qətnamədən apelyasiya şikayəti müddətinin ötürülməsinin üzrlü hesab olunmasını xahiş edib. Ərizə təmin olunub, bundan sonra qurum apelyasiya şikayəti ilə müraciət edərək Yusif Rəhimovun şəhidlik statusunun ləğv edilməsini istəyib. Nazirlik belə əsaslandırıb ki, Yusif Rəhimovun ölümü güllə yarasından deyil, müalicəsi ilə bağlıdır. Döyüş meydanında həlak olmayıb, aldığı yaradan sonradan öldüyü üçün şəhid sayıla bilməz. Nazirliyin apelyasiya şikayəti təmin edilib, Yusif Rəhimova 10 il əvvəl verilmiş şəhidlik statusu ləğv olunub. Buna dözməyən ata İsa Rəhimov az sonra ürək tutmasından vəfat edib.
“Həyat yoldaşım haqsızlığa dözmədi”
Qaratel Rəhimova danışır:
“Oğlum Yusif 19 yaşından odun-alovun içində oldu, 3 ildən sonra yaralı gəldi, həyatdan köçəndə vur-tut 26 yaşı vardı. Ölən günədək həyatı xəstəxana divarları arasında keçdi, başı-beyni pozuldu, axırda şəhid adını da çox gördülər balama... Bir valideyn olaraq balamızın xoş gününü görmədik, ölənədək ağrı-acı çəkdi gözlərimizin qarşısında... 3 il ən qaynar nöqtələrdə döyüş, yaralan, illərlə yataqda ağrı-acı çək, gənc yaşında dünyadan köç, ölümündən 10 il sonra ruhunu belə incitsinlər... Onun şəhidlik statusu ləğv ediləndən sonra həyat yoldaşım haqsızlığa dözmədi, ürəyi partdadı”.
Bitməyən məhkəmələr...
Qaratel Rəhimova 2020-ci ildə məhkəməyə müraciət edib. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı şəhidlik statusu barədə arayışın verilməsinə dair iddia qaldırıb. Məhkəmə hələ 10 il əvvəl Yusif Rəhimovun şəhidlik statusunun ləğv edildiyini əsas gətirərək iddianı təmin etməyib. Bu iş üzrə apelyasişa şiikayəti də təmin olunmayıb.
Qaratel Rəhimova danışır:
“Bir halda ki, bu torpağa görə cavan canını ortaya qoymuş övladımın ruhu incidilir, ona şəhidlik adı çox görülür, mən də bu torpağın vətəndaşlığından imtina edəcəm”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şöbəsindən bildirilib ki, həmin vaxt məhkəmədə qurumu pensiya siyasəti şöbəsinin müdir müavini Ürfət Mürşüdov təmsil edib. Məhkəmənin üzərindən 12 il keçib və işlə tanış olmaq üçün arxivə müraciət etmək lazımdır.
//Mənbə: Meydan.TV//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
|