Neftçalada vəziyyət əvvəlkindən fərqlənmir... - GİLEY
Tarix: 13-07-2020, 08:49 | Çap et
İbtidai icma quruluşunda insanlar yaşamlarını sürdürmək üçün təbiətdə qida yığıcılığı ilə məşğul olardılar. Tarixi dövrlərin inkişafı nəticəsində yığıcılığın aradan qalxmasına, XXI əsr olmasına baxmayaraq, Azərbaycanda yığıcılıq hələ də qalmaqdadır.
Amma çox təəssüf ki, bu yığıcılıqla məşğul olanlar heç də yabanı bitkilər, giləmeyvələr deyil, çörəyini daşdan güc-bəla ilə çıxaran ac-yalavac camaatın olan-qalanını zorla əlindən yığıb aparan icra başçıları, məmurlardır.
Ölkə başçısının 2019-cu ildə başlatdığı islahatlar bəzi icra başçılarının yığıcı əllərini boş qoymaqla, oturduqları kreslolardan qaldırtdırıb, cibləri boşaldılıb ya həbsə, ya da “təqaüd”ə yola saldı. Elə 2020-ci ilin gəlişi də bəzi icra başçılarının başlarına daş saldı, əsas da özünü Neftçala xanı hesab edən İsmayıl Vəliyevin təpəsinə lap ağır daş salındı. Feodal İsmayıl Vəliyev və onun yığıcı ətrafı barədə həbs qəti imkan tədbiri seçildi. Onu postunda əvəz edən yeni icra başçısı Seyidov Mirhəsənin də hələ müsbət fəaliyyətləri gözə dəymir. Məhz bunun nəticəsidir ki, Neftçala şəhərinin kəndlərində icra nümayəndələrinin özbaşınalıqları ayaq açıb geniş addımlarla irəliləyir.
Bu cür irəliləyərək ətrafdakıları vecinə almayan Boyat kəndinin icra nümayəndəsi Asif Qafarov, bələdiyə sədri Həşimov Dəyanət və sahə müvəkkili Hüseynov Əhmədağadır. Onu da vurğulayım ki, Neftçala şəhərinin Xınlıq, Balzallı, Dördlər kəndlərinin öz icra nümayəndəsi, bələdiyə sədri, sahə müvəkkili olmadığından adı çəkilən yaşayış məntəqələri Boyat kəndinin aidiyyatı dövlət qrumlarına əsas da icra nümayəndəsi Asif Qafarovun hökmranlığına tabedir.
Yuxarıda adı çəkilən vəzifəli şəxslər 4 kənddə hökmranlıq etmələrinə baxmayaraq, sakinlərin dərdlərinə, şikayətlərinə hay verməyərək kobudcasına laqeydlik, başdan etməklə məşğuldurlar. Həmin şikayətçilərdən biri də Dördlər kənd sakini Zeynalova Zeynəb Ağamverdi qızıdır. Adı çəkilən xanımın şəxsi mülkiyyəti olan 9,12 hektarlıq torpaq sahəsinə qardaşı Zeynalov Rüfət Ağamverdi oğlu müdaxilə edərək 1,3 hekrarını zorla mənimsəyib.
Şikayət etmədiyi yer qalmasa da, hay verən olmayıb. Bu azmış kimi Rüfət Zeynalov sonradan Zeynəb xanımın 2,5 hektarlıq sahəsində əkdiyi arpa və otu da mənimsəyərək satıb, pulu da cibinə qoyub. Aidiyyatı qurumlara şikayətlər etsə də, onlar kobudcasına laqeydliklə başlarından edib, yaxud gedin məhkəmə şikayət edin kimi cavablar verilib.
Bu barədə Zeynəb xanım deyir: “Əvvəlcə qardaşım 1,3 hektar torpağımı əlimdən alaraq çəpərlədi. İcra nümayəndəsinə, bələdiyə sədrinə şikayət etsəm də hay verən olmadı. Bir təhər dözüb, başımı aşağı salıb əkinə başladım. Min bir əzab, borc-xərclə arpa və ot əkdim. Yığım-biçimə çox az qalmış qardaşım əkin sahəmə girib arpanı da, otu da biçdirib aparıb sataraq pulu da cibinə qoyub. Sahəmdən 4 ton arpa, 200 press ot yığılıb. Kilosu 40 qəpikdən arpanı, otun pressini 2 manatdan satırdım.
Həmin qiymətlərlə hesablasaq 1800 manat pulum da mənimsənilib. Bu barədə icra nümayəndəsi Asif Qafarova, bələdiyə sədri Dəyanət Həşimova, sahə müvəkkili Hüseynov Əhmədağaya və digər polis işçisi Dadaşov Nərimana dəfələrlə şifahi şəkildə şikayətlər bildirməyimə baxmayaraq, “Ailə daxili məsələlərinizi öz aranızda həll edin, biz Rüfətə ( Rüfət Zeynalov nəzərdə tutulur – müəllif) bata bilmərik. Həm də 1,3 hektarlıq torpağa və 140 manatlıq arpa-ota görə məsələni böyütmək məsləhət deyil” kimi sözlərlə başlarından elədilər.
Adı çəkilən şəxslərə, Neftçala icra başçısına, hətta deputat Fəzail Ağamalının adına yazdığım bütün ərizələrin hamısına “gedin məhkəməyə müraciət edin” cavabları gəldi. Neftçala şəhər məhkəməsinin sədri Tağıyev Əliyə müraciət etsəm də, o da laqeydlik göstərdi”.
Görünür İsmayıl Vəliyevin DTX əməliyatı nəticəsində bazarlığının, vəzifə səhlənkarlığı, rüşvət alma, vətəndaşları sıxma-boğma və s. qanunsuz əməllərinin üstü açılması nə təzə icra başçısı Mirhəsən Seyidov, nə illərdir icra nümayəndəsi kreslosuna möhürlənib qalmış Asif Qafarov, nə bələdiyə sədri Dəyanət Həşimov, nə də sahə müvəkkili Hüseynov Əhmədağa üçün dərs olmayıb. Odur ki, adı çəkilən şəxslərin yola salınma mərasimi vaxtı çoxdan gəlib çatmış, hətta gecikmişdir. GundemXeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
|