"İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                     Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                 

Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir - Astaranın "astar üzü"...
Tarix: 20-05-2020, 09:17 | Çap et
Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir
Koronavirus təhlükəsi Azərbaycana yaxınlaşanda atılan ilk addımlardan biri İranla sərhədi bağlamaq olmuşdu.

Əvvəlcə gediş-gəliş məhdudlaşdırılmış, yalnız həkimə gedənlərə və hər iki tərəfdən ölkəsinə qayıtmaq istəyənlərə şərait yaradılmışdı.

Sonra gedişat qorxunc vəziyyət yaranacağı ilə bağlı həyəcan təbili çalanda İranla (və təbii ki, digər qonşu ölkələrlə) sərhədlər tamamilə bağlandı.

O zaman biz İranla sərhəd olan Astaradan reportaj hazırlayanda insanlar tibbi maskada, küçələr seyrək, gömrük məntəqəsinin qarşısı demək olar bomboş idi. Deyirdilər ki, koronavirus İrandan gəlir və sürətlə yayılacaq.

Bu səfər Astaraya və İranla sərhəd qapısına gedişimizdə fərqli bir mənzərə ilə qarşılaşdıq. Hər şeydən qabaq demək lazımdır ki, cənub bölgəsində koronavirusun İranla sərhəd olan Astaradan çox, Lənkəranda yayıldığını öyrəndik.

Elə bu səbəbdən İranla sərhəd olan Astarada karantin ləğv olunsa da, Lənkəranda qalır. Çox maraqlıdır ki, İran Astarası ilə bizim Astara arasında 1 kilometr məsafə ola, ya olmaya. Bu qədər yaxınlığa baxmayaraq, rayonda tək-tük şəxs infeksiyaya yoluxub.

Bunun səbəblərini araşdırarkən sakinlərin sözlərindən belə məlum oldu ki, virus İrandan Azərbaycana o qədər də keçməyib. Çünki bizə yaxın Ərdəbil, Rəşt, Ənzəli, Astara kimi İran şəhərlərində kütləvi yoluxmalar qeydə alınmayıb.

Bu cəhətdən bizim Astaranın camaatının bəxtinin gətirdiyini söyləmək olar. Bəs niyə Lənkəranda, konkret hansısa kəndlərdə yoluxma daha çox olub və nə üçün bura “qırmızı zona” elan edilib sualına gəlincə, növbəti reportajımızda detallı biləcəksiniz...

***

İndi isə Astaradakı mənzərəni sizə təsvir edək: karantindən sonra insanlar küçələrdə dolaşmağa başlasalar da, ehtiyatı əldən vermirlər, yəni maska taxanlar az deyil.

Xüsusən sərhəd qapısına yaxın yerlərdə maskadan istifadə edənlər daha çoxdur. Onlar hələ də güman edirlər ki, İrandan virus gələ bilər, təhlükə sovuşmayıb.

Söhbətləşdiyimiz sakinlər deyirlər ki, koronavirusa yoluxanların bir qismi Masallıda, bir hissəsi Astarada müalicə olunur. Ona görə də insanlar özlərini qorumağa davam edirlər.

Bildirirlər ki, Lənkəranda koronavirus daha çox yayılsa da, müalicəsi Masallı və Astarada təşkil edilib.

Bununla belə, astaralılar karantinin ləğvinə sevinirlər. Xüsusən də yaşı 65-dən yuxarı olanlar evdən çıxmağa icazə verilməsinə görə şükür edirlər.

Onlar bildirirlər ki, Azərbaycan dövlətinin rəhbərliyi karantinin sərt dövründə vətəndaşların həm sağlamlığını, həm də sosial şəraitini nəzərə aldı.

Heydər Əliyev Fondu tərəfindən göndərilən yardımdan alan rayon sakini Nadir kişi dedi ki, İran bazarının bağlandığı bir vaxtda bu dəstəyə çox ehtiyac var idi...

Rayonda kafe-restoranlar açıq olsalar da, işlər çox zəifdir.

Bir tərəfdən İrana gedənlər yoxdur ki, kafelərdə otursunlar, bir yandan da əhali çayxanalara axışmağa tələsmir.

Yeri gəlmişkən, İranla sərhədin bağlanması gömrük-keçid məntəqəsinin qarşısındakı dükanların işinə təsir edib. Çünki 3 ay olar ki, İrandan mal gəlmir və mağazalar boşalıb.

Gömrüyün ətrafındakı əksər mağazalar, çayxanalar fəaliyyət göstərmirlər. Onların qazancı İrana gedən və gələnlərdən idi.

Gömrükdə isə içəridə bir sərhədçi əsgərin olduğunu gördük. O, nəzarətçi postda dayanmışdı.

Gömrüyün qabağındakı dükanlardan isə bir neçəsi açıq idi.

Onlar da deyirlər ki, arabir gəlib mağazaya baş çəkirlər, yerdə qalan 3-5 qutu malın hesab-kitabını aparırlar. Bir də ümid edirlər ki, bəlkə kənardan müştəri gələ, ortada qalan mallardan ala...

Dükanların piştaxtalarında isə demək olar ki, heç nə qalmayıb. Olanlar da 3 aydır satılmayan məhsullardır - çay, bal, düyü, yağ, konfet, şampun, sabun və s.

Satıcıların sözlərinə görə, Bakıdan, Gəncədən, Lənkərandan gəlib alver edənlər olurdu. Onlar bildirirlər ki, İrana getməyənlər gömrüyün qarşısındakı bu dükanlardan alver edib evlərinə qayıdırdılar.

İndi isə gələn yoxdur, istisna halda yolu buradan keçən adam dükana boylanıb hansısa məhsulla maraqlanır.

Onlar gözləyirlər ki, sərhədlər nə vaxt açılacaq, onda mal gətirib dükanlarını dolduracaqlar: “Bu günə də şükür, dədə. Bircə üstümüzdən xəta-bəla sovuşsun, millətin virusdan canı qurtarsın, qalan işlər düzələr”.

Dükan sahibləri deyirlər ki, İrandan Azərbaycan TIR-larla mal gətirilir: “Onlar da şirkətlərin malıdır, bizə heç bir dəxli yoxdur. Biz gərək sərhəd açılsın ki, gedib mal vurub gətirək. Deyirlər ki, iyulda açıla bilər. Görək necə olur. Sərhədin açılması tək bizə yox, İrana alverə və həkimə gedənlərin hamısına lazımdır”.

Satıcılar söyləyirlər ki, karantinin sərt dövründə Astara küçələri səhralığa oxşayırdı: “Dövlət əlindən gələni etdi. Bütün bu addımlar çətinlik yaratsa da, bizə görəydi. Camaatı fikirləşib qadağalar qoydular.

Görürsünüz, hamı deyirdi ki, İranın qulağının dibidir, virus Astarada çox olacaq. Amma ən az yayılan rayonlardan biri oldu. Buna sevinmək lazımdır".

Onu da demək lazımdır ki, gömrük məntəqəsi rayonun mərkəzinə çox yaxındır. Hətta demək olar ki, mərkəzdədir...

Astaranın mərkəzində isə sosial problemlər olduğu kimi qalıb.

İcra başçısı Qəzənfər Ağayev, deyəsən, rayonda əlini “ağdan qaraya” vurmaq istəmir. Elə icra hakimiyyəti binasının qarşısındakı fontanın vəziyyəti bütün reallığı ifadə edir. Heç olmasa fontana əl gəzdirsinlər.

İH-in bir addımlığında isə akademik Ziya Bünyadovun büstü baxımsız qalıb. Əslən astaralı olan akademikin büstü əyilib və yüngül bir təmirə ehtiyac var. Ümid edirik ki, tədbir görüləcək.

Astaranın yolları da bərbad gündədir. Ümumilikdə, rayonda kosmetik də olsa abadlıq-quruculuq işləri aparılmayıb. Belə səfalı bölgənin inkişaf etdirilməsinə, turizm potensialından istifadə olunmasına ciddi ehtiyac var.

Bizsə karantindən çıxan, koronavirusun böyük ziyan vura bilmədiyi Astaradan ayrılaraq, Lənkərana yollanırıq və niyə bu şəhərdə epidemiyanın çox yayılmasının səbəblərini araşdırmağa başlayırıq...
//musavat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru