Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                     Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                 

Rafiq Bayramovun korrupsiya əlaqələrinin təfərrüatları - GƏLİŞMƏ
Tarix: 9-05-2020, 09:46 | Çap et
Rafiq Bayramovun korrupsiya əlaqələrinin təfərrüatları
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 icra başçısını qandallayandan sonra Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib, nazir müavini Rafiq Bayramov saxlanılıb. Əməliyyatla bağlı yayılan rəsmi məlumatda bildirilir ki, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Mediada yayılan ilkin xəbərlərdə bildirilirdi ki, əməliyyat zamanı saxlanılanlar sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov də var. Nazirin müavini Rafiq Bayramov və Zakir Sultanovun evində də axtarışlar aparılıb.

Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş. R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir. Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub.

Əməliyyatla bağlı “Yeni Müsavat”a bəzi təfərrüatlar məlum olub. Həmin təfərrüatları təqdim etməzdən əvvəl saxlanılan nazir müavinin tərcümeyi-halına nəzər salaq.

Yeni Azərbaycan Partiyasının üzvü olan Rafiq Yasin oğlu Bayramov 10 noyabr 1972-ci ildə anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil alıb. 1995-ci ildə BDU-nun tarix fakültəsini fərqlənmə ilə bitirib. BDU-da laborant vəzifəsində işləyib. 1995-1997-ci illərdə hərbi xidmətdə olub.1998-1999-cu illər ərzində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001-2003-ci illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir. 2018-ci ildən mədəniyyət nazirinin müavini təyin olunub...

İddia olunur ki, saxlanılan Rafiq Bayramov nazirlikdə əsas söz sahibi olub. Beynəlxalq tədbirlərin təşkilatçılığı zamanı ayrılan büdcə vəsaitlərinə əli çatan, paylaşdıran Rafiq Bayramov olub.

“Gələn qonaqların yemək, qalmaq, transport xərclərinə, ekskursiyalarına nə qədər pul ayrılması, həmin pulların təyinatı üzrə xərclənib-xərclənməməsi nazirlikdə çox məhdud çərçivədə şəxsə bəllidir. Pul o adamların əlindən keçir. Əsas sima da elə Rafiq Bayramovdur. Örtülü bazardır, kim nə qədər istəsə götürə də bilərdi. Bundan başqa, otellərdən, turizm şirkətlərindən də alırdılar. Komissiya yaratmışdılar. Guya gedib baxırdılar ki, otel standartlara cavab verir, ya yox. Otel açılmamış sahibi 5 min ödəməli idi. Turizm şirkətinin sahibi 3 min verməli idi. Sonra da otelin qiyməti kəllə-çarxda olanda yaxalarını kənara çəkib, bunun səbəbini bazar iqtisadiyyatı ilə əlaqələndirirdilər. Otellərə ulduz da pulla verilirdi. 3 ulduzun bir, 4 ulduzun bir başqa, 5 ulduzun isə ”əl yandıran" qiymətləri vardı. Ulduzların sayı artdıqca, pul da artırdı".

Mənbəmiz deyib ki, istintaqa cəlb olunanlar sırasında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazov da var: “Vasif Eyvazov əvvəllər nazirliyin Beynəlxalq Şöbəsinin müdiri idi. Mühasibatlıqda da ciddi araşdırmalar aparılır, xeyli sənədlər götürülüb. Həmin sənədlərə əsasən ciddi çatışmazlıqlar müəyyən olunub. Xeyli pulların təyinatı üzrə xərclənmədiyi üzə çıxarılıb. Mədəniyyət Nazirliyindən 10 yaxın vəzifəli şəxsin istintaqa cəlb edilməsi, lakin hələlik yalnız Rafiq Bayramovun saxlanılması xəbəri var”.

Rafiq Bayramovun adı mətbuatda korrupsiya cinayətlərinə qarışan vəzifəli şəxs kimi əvvəllər də hallanırdı.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru