"İcra Hakimiyyətinə müraciət eləmişdik, ötür-ötür oldu..." - GİLEY
Tarix: 16-03-2020, 09:53 | Çap et
Sabirabadın Xəlfəli kəndində Şamil Babaşovla Dilbər Xələfovanın iki övlad böyütdüyü yeri ev adlandırmaq da olmur. Palçıqdan yapılan komada normal yaşayış üçün heç bir şərait yoxdur.
Dilbər Xələfova söhbətə həyat yoldaşının xəstəliyi barədə danışmaqla başlayır. Deyir ki, illərdir onu müalicə etdirməyə çalışırlar. Sonra söz ağır şərtlər altında yaşamaqdan düşür: “Mərkəzi xəstəxanada tibb bacısı işləyirdim, sonra kəndə keçirdilər. Ailə mənim maaşıma baxır. 300 manatdan bir az çox alıram, 170-i kreditə gedir. Qohum-əqrəba kömək eləyir. Yaxşı qonşularımız var. Yoxsa lap pis gündə oluruq, sözün əsl mənasında acından ölərik".
Otaqdakı əşyalardan heç biri “canısulu” görünmür. Televizorun çox köhnə olduğu hiss edilir. Qadın deyir ki, bunu da onlara qonşu verib: “Bir televizor almağa gücü çatmayan ailə təsəvvür edin. Hər gün yavan çörəyi güclə alırıq”.
Ailənin böyük oğlu imkansızlıqdan dərsə getmir. Evin kiçiyi hərdən məktəbdə görünür.
Şamil Babaşov da danışır. Deyir ki, siçanlara, ilanlara görə gecə gözünə yuxu getmir. Dilbər xanım təsdiq edir: “Uşaqlar zarafat eləyir ki, "ana ilantutandı". Yay vaxtı ilan daha çox çıxır. Görünəndə də çox vaxt uşaqlardan gizlədirəm. Qışda da siçovullar... Gecələr keşik çəkirəm ki, uşaqların burun-qulağını yeməsin".
Ər-arvad evin dammasından gileylənir. Şamil deyir ki, bura ev deməyin özü haqsızlıqdır: “Yorğan-döşək su içində olur. Ev uçur. Bunu yaşayış adlandırmaq olmur. 10-15 ildir torpağın üstündə yaşayırıq. Neyləyə bilərik? Hara gediriksə, biganəlik görürük. Əsəblərim yerində deyil. İş qabiliyyətim yoxdu. Baxın, cibimdə dərman gəzdirirəm. Bununla yaşayıram. Psixotrop dərmandı. İndiyə qədər üç evin pulunu xərcləmişik. Deyirlər ki, get, bizlik deyil. Mən işləyərəm, amma olmur. Bu dərmanları atan adam necə işləsin? Dövlət idarələrinə getməkdən də bezmişik”.
Dilbər xanım həyat yoldaşının sözünə qüvvət verir. Deyir ki, dövlət idarələrində o qədər süründürürlər, insan özünə nifrət edir: “Axırda deyirsən ki, cəhənnəm, acından ölüm, daha bu yolu getməyim”.
Ailənin o qədər problemi var ki, danışdıqca bitmir. Dilbər xanım xatırlayır ki, 10-11 ay ardıcıl işıqsız yaşayan vaxtları olub. Elə indi də elektrik enerjisinə görə 2070 manat borcları qalıb.
“İcra Hakimiyyətinə müraciət eləmişdik. Ötür-ötür oldu. İndi işıq idarəsinin əməkdaşları güzəşt eləyir, kəsmirlər. Hər ay 10 manat borcdan verməyə çalışırıq. Hamısını ödəməyə imkan yoxdu. Aldığım maaş göz qabağındadı. Bir az kreditə verirəm, bir az dərmanlara. Ortada heç nə qalmır”, - qadın belə deyir.
Şamil üçün pensiya düzəltməyə çalışıblar, alınmayıb. Sosial yardım üçün müraciət zamanı da “yox” cavabını eşidiblər.
“Ortada adamın nə qədər pulu gedir. Gücümüz çatmır. Gəlirlər, deyirlər ki, eləyərik, birdəfəlik gedirlər. Bələdiyyədən tutmuş icra hakimiyyətinə qədər hamı vəziyyətimizi bilir. Dövlət bizə kömək eləsin”, - Dilbər xanım çarəsiz görünür.
Şamil İcra Hakimiyyətindən gələn nümayəndənin sözünü qəzəblə xatırlayır: “Deyirdi ki, həyat yoldaşın gedib kol yığsın. Heç kimdən qorxmurlar. Adamları saymırlar. Burda kim yaşayar? Bunun adı yaşayışdı? Dövlət mənə baxmayıb, uşaqlarıma yardım eləməyib. Sabah deyəcəklər ki, gəlsin hərbi xidmətə. Dövlət bu uşağa nə verdi ki, bir il sonra da gəlib ondan Vətənə borcu qaytarmağı tələb edəcəklər?!"
Uşaqların birinin 11, o birinin isə 17 yaşı var. Dilbər Xələfova göz yaşı içində deyir ki, övladları nə qarındolusu yemək yeyə bilir, nə də əyinləri təzə paltar görür:
"İndi üst-başlarında gördükləriniz də onun-bunun verdiyi paltarlardır..."
Biz daxmada başqa kədərli mənzərəni qoyub gedirik. Gözlərindən qüssə yağan uşaqlar divarın dibinə çöküb qalıblar...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|