Bakı metrosunun rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir... - İTTİHAM
Tarix: 3-02-2020, 09:45 | Çap et
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq rəisi Tağı Əhmədovun ölkə telekanallarından birinə verdiyi açıqlamalar son günlər diqqətləri yenidən yeraltı nəqliyyat vasitəsinin üzərində cəmləşdirib. Qeyd edək ki, sabiq rəis “Bakı Metropoliteni”nə rəhbərlik etdiyi dönəmdə dövlətin pulunu oğurlamadığını, ağıllla qazanc əldə etdiyini deyib: “Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Mən də ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram. Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm”.
Əlbəttə, Tağı Əhmədovun bu məsələdə nə qədər haqlı olduğunu onun öz vicdanına buraxırıq. Amma təkcə 21 mərtəbəli binanın tikintisi üçün hansısa iş adamından haqq tələb etməsi sabiq rəisin milyonları heç də alın təri ilə qazandığına dəlalət etmir. Həmçinin, bu pulların, deyildiyi kimi, ağıl gücünə qazanıldığını da iddia etmək olmaz. Çünki, Tağı müəllim faktiki olaraq vəzifə səlahiyyətlərinin ona verdiyi imkanlar hesabına böyük vəsaitlər əldə edib. Sadəcə, bizim mövzumuz T.Əhmədovun pullarının mənbəyini araşdırmaqdan ibarət olmadığına görə, bu məsələnin üzərində çox da dayanmağa ehtiyac görmürük. Biz bu gün Tağı Əhmədovun sələfi, “Bakı Metropoliteni” QSC-nin hazırkı sədri Zaur Hüseynovun sahib olduğu milyonları necə əldə etdiyinə, yəni xələfinin iddia etdiyi kimi “ağılla” qazandığına, yoxsa dövlətdən oğurladığına aydınlıq gətirməyə çalışacağıq. Buna qədər isə Z.Hüseynovun ümumiyyətlə bu vəzifə üçün nə dərəcədə uğurlu bir kadr olub-olmadığını faktlarla üzə çıxarmağa cəhd edəcəyik.
“Bakı Metropoliteni”ndə rəhbər dəyişikliyi…
Öncə ondan başlayaq ki, 2014-cü il fevral ayının 27-də “Bakı Metropoliteni” QSC-yə rəis təyin olunan Zaur Hüseynovdan ölkə rəhbərliyi ilə yanaşı, hər gün metrodan istifadə edən vətəndaşların da gözləntiləri çox idi. Çünki dövlət büdcəsindən hər il böyük məbləğdə dotasiya ayrılmasına rəğmən, “Bakı Metropoliteni”ndə kifayət qədər problemlər var idi. Qatarlar köhnə olduğundan, ara-sıra texniki nasazlıqlar yaranır, vətəndaşların həyatı üçün təhlükələr meydana çıxırdı. Üstəlik, metroda ticarətlə məşğul olan kiçik sahibkarlar bir sıra qeyri-rəsmi ödənişlərdən azad olunacaqlarını güman edirdilər. Amma, necə deyərlər, sən saydığını say, gör Zaur Hüseynov nə sayır…
İlk olaraq minlərlə insan çörəksiz qoyuldu
Dəyərli oxucularımız xatırlayar ki, Z.Hüseynov “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunar-olunmaz, ilk işi metroların giriş-çıxışında yerləşən ticarət köşklərini ləğv etdirməkdən ibarət oldu. Bunun nəticəsində isə minlərlə, bəlkə də onminlərlə insan gündəlik çörək puluna möhtac qoyuldu. Bu qərara cəmiyyətdən ciddi təpki olduğunu gördükdən sonra isə, guya, bu insanların problemlərini həll etmək adı ilə onları hansısa məmur-oliqarxların aylarla boş qalan ticarət mərkəzlərinə yönəltdilər. Onlardan müvəqqəti olaraq kirayə haqqı alınmasa da, nəticədə yenə qazanan vətəndaş deyil, məmurlar oldu. Hansı ki, vaxtilə metroda kiçik ticarətlə məşğul olan sahibkarların bir çoxunun öz biznesini onlar üçün ayrılan ticarət mərkəzlərinə köçürməsindən sonra müflis olduğu, bəzilərinin isə ümumiyyətlə işsiz qaldığı dediklərimizin bariz nümunəsidir.
Nasazlıqların sürətlə artması
Zaur Hüseynovun “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunmasından sonra, bu ictimai nəqliyyatdan istifadə edən vətəndaşların da gözləntisi özünü doğrultmadı. Əksinə, Tağı Əhmədov metroya rəhbərlik etdiyi dönəmdə nasazlıq halları ara-sıra olurdusa, artıq bu problemlə həftədə ən azı iki dəfə rastlaşırıq. İstənilən vətəndaş metrodakı nasazlıq halları ilə bağlı internetin axtarış sistemlərində araşdırma aparsa, bunu aydın görə bilər. Halbuki, saytlarda dərc olunanlar bu faktların hamısı deyil, hətta cüzi hissəsidir. Baxmayaraq ki, Z.Hüseynov “Bakı Metropoliteni”nin rəhbəri təyin olunduqdan az sonra dövlət büdcəsi hesabına müasir standartlara cavab verən qatarların alınmasına başlanıldı. Məsələn, 2015-ci ildə ölkəmizdə keçirilən möhtəşəm Avropa Oyunları idman yarışlarından əvvəl bir neçə kondisonerli qatarın xəttə buraxılmasını çox yaxşı xatırlayırıq. Nəzərə alsaq ki, sonrakı dövrlərdə də ölkə başçısının göstərişi ilə müasir tipli qatarların alınması prosesi davam edib, məntiqlə metroda nasazlıqların sayı azalmalı idi. Amma, çox təəssüf ki, biz vətəndaşlar bunun tamamilə əksini görürük…
Gediş qiymətləri artdı, gəlir çoxaldı, amma…
Z.Hüseynovun metroya rəhbərliyi dönəmində - 2018-ci ilin iyul ayının sonunda metroda gediş haqqı 50 faiz artırılaraq 30 qəpik oldu. Bu isə, dolyısı ilə gəlirin 50 faiz artması demək idi. Üstəlik, nəzərə alsaq ki, hər il dövlətdən alınan dotasiyanın həcmi də artan templə inkişaf edib, deməli, Z.Hüseynovun “Bakı Metropoliteni”ni “gülüstana” döndərməsi üçün kifayət qədər münbit şərait olub. Amma T.Əhmədovdan sonra metroda nəinki bir müsbət iş görülüb, əksinə, yeni rəis işçilərin sayını da ən azı iki dəfə azaldaraq xərcləri minimuma endirib.
Bu yerdə dəyərli oxucularımız haqlı olaraq sual edə bilər ki, “əlavə xərclər” yığışdırılıb, xəttə buraxılan yeni qatarların sayı artıbsa, o halda metroda nasazlıqların sayı niyə günbəgün çoxalmaqdadır? Təbii ki, bu sualın cavabı bizə bəllidir və bütün bunlara faktlarla aydınlıq gətirəcəyik. Amma bəri başdan deyə ki, “Bakı Metropoliteni”nin rəhbərliyi hər zaman olduğu kimi, yenə də iddia edəcək ki, “gediş haqqının 30 qəpik olması və işçilərin sayının yarıya endirilməsi gəlirin artması demək deyil. Çünki metroda bir şərnişinin daşınma xərci 50-55 qəpiyə başa gəlir”. Halbuki, indiyə qədər “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi metroda bir sərnişinin daşınması xərcinin, iddia olunduğu kimi, 50-55 qəpiyə başa gəldiyi haqda ortaya bircə fakt, hər hansı sənəd qoymayıblar. Hətta, çox güman ki, onların özləri də bir nəfərin daşınma xərcinin neçəyə başa gəldiyindən xəbərsizdirlər. Çünki QSC rəhbərliyini ümumi gəlir və onların toplanmasının etibarlı əllərə verilməsi maraqlandırır, oturub hər sərnişinin daşınamsına heçə qəpik xərcləndiyini hesablamağa “vaxtlarımı var”?! Şübhəsiz, əgər onların əlində belə bir sənəd olsaydı, bir çox ekspertlər dəfələrlə bu rəqəmin uydurma olduğunu bəyan edəndə, çıxarıb ortaya qoyardılar.
O ki qaldı xərclərin azalması və gəlirin artmasına rəğmən, metroda nasazlıqların daha da çoxalmasının səbəblərinə, şübhəsiz, bu, ilk növbədə Zaur Hüseynovun gəldiyi ilk günlərdən peşəkar kadrları, özü kimi, təcrübəsiz kadrlarla əvəzləməsindən qaynaqlanır. Hansı ki, bütün bunlar haqda növbəti yazımızda daha geniş məlum verəcək və “Bakı Metropoliteni”ndən istifadənin necə təhlükəli bir həddə gəlib çatdığına aydınlıq gətirəcəyik. Bundan əlavə, Z.Hüseynovun peşəkar kadrları hansı qeyri-peşakarlarla əvəzləməsi və kimlərin rüşvətlə işçi qəbul etməsi və ümumiyyətlə, metroda hər ay nə qədər yeyintiyə yol verilməsi ilə bağlı faktları oxucularımıza təqdim edəcəyik.
Bizi izləməyi unutmayın.
(Ardı var) //hurriyyet.org//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Bu gün, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Bu gün, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Bu gün, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
|