10 ildir şəhid ailəsinə rədd cavabı verilir... - GİLEY
Tarix: 21-01-2020, 09:10 | Çap et
DİA.AZ: - Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli qurumalrın rəhbərlərinə müraciət edən şikayətçi yazır: "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün hər bir rayonda tikilib istifadəyə verilmiş yeni mənzillərlə əlaqədar mən də şəhid (Əbdürəhimov Faiq Məmmədəli oğlunun) anası kimi, 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam. Lakin əvvəlcə növbəyə durmağım üçün Şəki İcra Hakimiyyəti Aparatında məni 8 ay süründürməçiliyə saldılar. Əvvəl dedilər ki, bu sənədləri topla gətir. Sonra dedilər ki, siz Bakıya gedib Sosal Təminat Nazirliyində mənzil qeydiyyatına alınmalısınız və buna bənzər “Şəki nağılları”ilə hər dəfə bizi vicdansız məmurlar süründürməçiliyə saldılar. Baxmayaraq ki, Şəki İcra Hakimiyyətinin başçısının 1-ci müavini cənab Həsən Həsənov mərhum həyat yoldaşım Məmmədəli ilə əmiuşaqları olublar. Çox get-gəldən sonra axır ki, 2011-ci ildə minnətlə məni mənzil qeydiyyatına aldılar. Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-cidir. Amma nə olsun, 9 ildir ki, gözləyirik, hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Məlumat var ki, ƏƏSMN 2005-ci ildən indiyədək məhz şəhid ailələri və Qarabağ əlilləri üçün 6 ədəd çoxmənzilli binalar tikib istifadəyə vermişdir. Deyilənlərə görə, dövlət hesabına şəhid ailələri üçün tikilib istifadəyə verilmiş həmin mənzillərin əksəriyyəti saxta əlilliyi olan və olmayan kənar şəxslərə “paylanmışdır”. Hesab edirik ki, bu faktları yerində araşdırmaq o qədər də çətin deyil. Çünki Şəki rayonundan olan mənim kimi şəhid ailələrinin heç yarısı mənzillə təmin olunmamışdır. Qeyd edim ki, şəhid oğlum Faiqin əmisi Şamil Mahmudov Baş nazirin müavini olmuş cənab Abid Şərifovla quda olmuşlar. Və çox təəssüf ki, ağsaqqalımız Abid müəllimin də bizim mənzil növbəmizin çatmasına köməklik etməyə gücü çatmamışdır. Xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik Faiq idi. Bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə ev, nə torpaq sahəsi, nə avtomobil, nə maddi yardım verilməmiş, nə də övladlarımdan hər hansı birini işlə təmin edilməmişdir. Elə biz də həddən artıq kasıb vəziyyətdə yaşasaq da, dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq.
1994-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm. Böyük oğlum Faiqi də həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu daxmadan yola salmışam. O, cəbhəyə getməmişdən əvvəl Gürgcüstana gedib muzdla işləyib, həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyif ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi yarımçıq evin daş divarları arasına onun tabutu “qonaq” oldu. Düzdür, sonralar kolxozdan bir iki dəfə bayramlarda paylar göndərilsə də, qəbul etməyib geri qaytarmışıq. Amma ailəmizə ən çox təsir edən bu oldu ki, hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə və 36 yaşlı subay oğlum Həzilə 28 kv m sahəsi olan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum Həziyə mənzili olmadğından toy edə bilmirəm. Nə qədər gözləmək olar? Axı şəhid oğlum Faiq adi əsgər olmamışdır ki, təsadüfi düşmən gülləsindən şəhid olsun. O, 1992-ci ilin sentyabrından 1994-cü ilin yanvarın 27-dək peşəkar hərbçi kimi könüllü olaraq döyüşlərin ən qızğın yerlərində olmuşdur. 1993-cü ildə Zəngilan cəbhəsində Daxili qoşunlar batalyonunun peşəkar döyüşçüsü olmaqla yanaşı, tibb və maliyyə xidməti rəhbəri vəzifələrini icra edən baş çavuş “Şəkili Faiq” kimi tanınan oğlumun başına niyə ermənilər 3 milyon rubl pul qoymuşdu? Cavabını şəhid oğlumun döyüş yoldaşları belə izah edirdilər ki, Zəngilanın son gününə qədər Faiqin batalyonu, artilleriya alayının döyüşçülərilə birlikdə düşmənin müzdlululardan ibarət peşəkarlarının bütün sərhədd boyu hücumlarının qarşısını almış və düşmən hər hücumdan sonra xeyli canlı qüvvə itirərək geri çəkilmək zorunda qalmışdır. Rəhmətlik Faiq əvvəllər Almaniyada hərbi xidmətdə olmuş və peşəkar bir hərbçi kimi Qarabağ döyüşlərinin ən qızğın yerlərində iştirak etmişdir. Zəngilanın işğalından sonra Faiq Fizuli rayonu istiqamətində döyüşlərdə və Horadiz qəsəbəsi və 22 kəndin erməni-rus birləşmələrindən azad olunmasında polkovnik Fətulla Hüseynovun komandanlığı altında yaxından iştirak etmişdir. Çox təəssüflər olsun ki, o vaxt daxili qoşunların briqda komandirinin müavini vəzifəsini icra edən polkovnik Sabir Şabanovla aralarında davam edən ziddiyətli soyuq münasibətlərə 1994-cü ilin yanvarın 27-də, saat 16-00-da son qoyulur. Belə ki, o zaman Namiq oğlum da Faiqin yanında könüllü olaraq birlikdə cəbhədə döyüşürdülər. Yanvarın 27-də gecə döyüşdən sonrakı istirahət vaxtı S.Şabanov Faiqin otağına daxil olaraq özü ilə daha iki nəfəri götürüb təcili olaraq yaxınlıqdakı təpədən düşmən mövqeni müşahidə etməyə getməyi əmr edir. Namiqin dediyinə görə, Faiq ona qalmağı tapşırır və özü ilə iki nəfəri götürüb Şabanovla gedirlər. Bu, onun son gedişi oldu. Belə ki, Şabanov əvvəlcədən təyin etdiyi koordinata çatdıqda əmr verir ki, qabaqda Faiq olmaqla üçbucaq (sacayağı) formada düzlənib müşahidəyə hazır olsunlar. Özü isə 40-50 metr kənara çəkilərək durbinlə qarşı tərəfi müşahidə etməyə başlayır və elə bu anda, saat 16-00-da hər üç əsgərin düz ortalığına əvvəlcədən hesablanmış koordinat üzrə düşmənin mina mərmisi düşür. Və hər üç əsgərimiz şəhid olur. Faiqi yanvarın 28-də ata yurdu olan Aşağı Göynükdə dəfn etdik. Vətən xaini polkovnik Şabanov sonralar general oldumu-qaldımı xəbərimiz yoxdur. Bir daha xatırlatmaq istəyirəm ki, biz 10 nəfərlik ailəmizlə birlikdə 1994-cü ilədək ağac və qamışdan tikilmiş bir otaqlı daxmada şəraitsiz formada yaşamışıq, amma kimsəyə əl açmamışıq. Hazırda 73 yaşım var. Xəstəyəm. Cənab Prezident və Mehriban xanım! Sizdən çox xahiş edirəm ki, 36 yaşlı oğlum Həzini evləndirmək üçün bir şəhid ailəsi olaraq evlə təmin olunmağımıza köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm".
DİA.AZ-a son müraciətində yazan Şəhidd anası bildirir: "Çox təəsüflər olsun ki, 24 gündür ki, müraciətimə cavab verən yoxdur. Ümumiyyətlə maraqlanmırlar. Mənzil növbəsinə məndən sonra qeydiyyata alınanlar məndən qabaq mənzil alıblar. Mənim 5000 manatım yoxdur. İndi mən bu 73 yaşımda ümidimi birdəfəlik üzümmü?"
Redaksiyadan: Mövzu ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Bu gün, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Bu gün, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Bu gün, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
|