Keçmiş vergilər nazirimizin biznesi nədən iflas edir? - İLGİNC
Tarix: 25-09-2019, 09:12 | Çap et
Hələ iyul ayının sonlarında “Yeni Müsavat” sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaBank” ASC-nin maliyyə durumunun kritik həddə qədər pisləşməsi barədə xəbər yazmışdı. Yada salaq ki, “AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i “Synergy Group” MMC-yə, 14%-i fiziki şəxslərə (Əşrəf Kamilov 9,3%, Mahir Rəfiyev 4,7%) məxsusdur.
Bildirilirdi ki, F.Məmmədov “AtaBank”ın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub. Xəbərlərə görə, buna səbəb eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürməsi, rəhbərlik arasında da kəskin konfliktin olması qeyd edilirdi. Ancaq hələ o vaxt da bəzi ekspertlər hesab edirdi ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Fazil Məmmədovun bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunurdu. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.
“Yeni Müsavat” bildirir ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” Azərbaycanın ən böyük kommersiya banklarından biri hesab olunurdu. 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC Azərbaycanda ilk dəfə konsolidasiya prosesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində “İlin bankı” nominasiyasına layiq görülüb.
“”AtaBank"da böhranlı vəziyyət günü-gündən pisləşir. Hazırda çıxış yolu kimi bankda olan əmlakların dəyər-dəyməzinə satılması prosesinə başlanılıb. Hətta iş o yerə çatıb ki, son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakın da satışa çıxarıldığı bildirilir". Bu xəbəri azpolitika.info-ya bankda gedən proseslərdən məlumatı olan mənbə verib. Mənbənin iddiasına görə, son zamanlar “AtaBank”ın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb: “Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən narazıdırlar. Buna səbəb bankda ciddi şəkildə likvidlik probleminin yaranmasıdır. ”AtaBank"la bağlı ciddi problemlərlə üz-üzə qalan insanlar Maliyyə Bazarlarına Nəzarət Palatasına, Prezident Administrasiyasına və digər ünvanlara şikayət ərizələri ünvanlayırlar. Bir müddət öncə hay-küylü qərarları ilə gündəmə gəlmiş bankın sahibi, eks nazir Fazil Məmmədovdan da heç bir xəbər yoxdur. Bankın batmasını kənardan izləyən Fazil Məmmədov banka heç bir maliyyə dəstəyi göstərmir. Baxmayaraq ki, bankın ağır duruma düşməsinin əsas səbəbi kredit portfelinin əsas hissəsinin onun özünə məxsus şirkətlərdə olması və bu kreditlərin ödənilməməsidir. Eyni zamanda bu illər ərzində sahibi kimi Fazil Məmmədovun banka nəzarəti həyata keçirməməsi nəticəsində yaxın qohumları tərəfindən bankın düzgün idarə edilməməsi, idarəçilikdə intriqalara yol verilməsi nəticəsində ciddi nöqsanların yaranması olmuşdur".
Məlumatda daha sonra qeyd olunur ki, bankın ağır duruma düşməsi səbəblərindən biri də bank tərəfindən keçən ilin oktyabr-dekabr aylarında əmanət kampaniyası keçirilməklə, yüksək faizlərlə əhalidən milyonlarla əmanət cəlb edilməsidir. Böyük həcmdə yüksək faizlərlə cəlb olunmuş əmanətlərə görə faizlərin ödənilməsi üçün isə bankın gəlir mənbəyi yoxdur, hətta vaxtı çatmış əmanətlərin qaytarılmasında ciddi problemlər var. Bu səbəbdən də son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakının da satışa çıxarıldığı bildirilir. Amma o da vurğulanır ki, 50 milyon dəyərində olan bu əmlakın satılması fonunda da bankın vəziyyətinin düzəlməsi mümkün olmayacaq.
Maraqlıdır ki, bankın saytında İdarə Heyətinin sədri Dəyanət Quliyev, müavini isə Etibar Babaşlı göstərilib. 1983-cü ildə Bakı şəhərində anadan olan Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Sonda onu da vurğulayaq ki, keçmiş məmur-oliqarx Fazil Məmmədovun əmlaklarını satışa çıxarması barədə xəbərlər yeni deyil. Bundan əvvəl də bildirilirdi ki, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikanəsinin qarajında isə bahalı avtomobillər saxlayırmış. Məlumatlı mənbə iddia edirdi ki, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb. Amma bu xəbərlərin nə qədər səhih olduğu bu günədək təsdiqlənməyib. Mümkündür ki, sabiq nazir tez-tez bu cür “satıram”, “maliyyə vəziyyətim pisdir” kimi xəbərlərin tirajlanmasında maraqlı olsun. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|