Təhsil Nazirliyində tender maxinasiyası: - LDU-da tikintini aparan kimdir?
Tarix: 1-08-2019, 09:55 | Çap et
Dövlət büdcəsindən 2018-ci ilin təhsil xərclərinə 2 milyard 1,5 milyon manat vəsait xərclənib. Bu rəqəm 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2%, 2016-cı ildə ayrılan vəsaitlə müqayisədə 247,1 milyon manat və ya 14,1 faiz çoxdur. Göründüyü kimi dövlətin digər sahələrə olduğu kimi təhsil sahəsinə də ayırdığı vəsait hər il artan templə davam etməkdədir. Dövlətin 2018-ci ildə təhsil xərclərinə ayırdığı vəsaitin 1 milyard 82,1 milyon manatı və ya 54,1 faizi ümumi təhsil xərclərinin, 628,3 milyon manatı və ya 31,4 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin, 175,3 milyon manatı və ya 8,7 faizi məktəbəqədər təhsil xərclərinin, 41,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinin, 42,7 milyon manatı və ya 2,1 faizi ali təhsil xərclərinin, 28,0 milyon manatı və ya 1,4 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 milyon manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyəlləşdirilməsinə xərclənməyi nəzərdə tutulmuşdur. Bəs, görəsən, dövlətin təhsilin inkişafına ayırdığı vəsaitlər aidiyyatı üzrə xərclənirmi? Qlobal.az İnformasiya Portalı dövlət başçısı İlham Əliyev cənablarının ölkədə apardığı uğurlu iqtisadi siyasətdə şəffaflığın təmin edilməsinə dəstək olmaq məqsədi ilə silsilə jurnalist araşdırmaları aparır. Qlobal.az İnformasiya Portalının bu dəfəki araşdırması Lənkəran Dövlət Universitetinin 2018-ci ildə sifarişçisi olduğu tenderlərlə bağlıdır. Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin (LDU) 2 (iki) lot üzrə keçirdiyi tenderlərin ümumi məbləği 313.629 (üç yüz on üç min altı yüz iyirmi doqquz) manat olub. Universitetin "cari təmir işlərinin satın alınması" adlı I lot üzrə keçirdiyi tenderin smetası 210.000 manat, yenə də "cari təmir işlərinin satın alınması" II lot üzrə tenderin smetası isə 103.629 manat olub. Hər iki tenderin qalibi "Convertal Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir. Ancaq Lənkəran Dövlət Universitetinin sifarişçisi olduğu 2 (iki) lot üzrə 313.629 manat dəyərində tenderin qalibi olan "Convertal Servis" MMC-nin nə əlaqə telefonu, nə web ünvanı var. İnternet üzərindən apardığımız araşdırmada "Convertal Servis" MMC barəsində heç bir informasiyaya rast gəlinmir. İndiyədək hansı işləri görməsi barədə heç bir məlumat olmayan "Convertal Servis" MMC-nin maddi-texniki bazası, işçi qüvvəsi, mütəxəssis kontingenti və eləcə də mallar üzrə mənşə və uyğunluq sertifikatlarının olub-olmaması barədə də informasiya yoxdur.
Təhsil nazirliyinə universitet tikən şirkətin sahibi kimdir? "Convertal Servis" MMC 2018-ci ilin mart ayının 1-də təsis edilib. 10 manat nizamnamə kapitalına sahib olan "Convertal Servis" MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri Corat qəsəbəsi, Məhərrəmoğlu küçəsi, 86 ünvanıdır.
Şirkətin təsisçisi və direktoru Cavadov Murad Vahid oğludur. Əldə etdiyimiz məlumata görə 1996-cı il təvəllüdlü, orta təhsilli Cavadov Murad hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət günəmuzd fəhlə işləsə də, hazırda işsizdir. Murad Cavadov eyni zamanda "Convertal Servis" MMC-nin yox, ümumilikdə 5 MMC-nin təsisçisi və direktorudur. İşi yoxdu, amma dövlətə bir milyon yarıma yaxın borcu var Cavadov Murad Vahid oğlu ötən il Təhsil Nazirliyinin tenderinin qalibi olmuş "Convertal Servis" MMC ilə yanaşı, daha dörd MMC-nin təsisçisi və direktorudur. Cavadov Murad Vahid oğlunun adına təsis edilən şirkətlərin beşi də eyni gündə, 2018-ci ilin mart ayının birində dövlət reyestrində qeydiyyata alınıb. Bu şirkətlərin - "Hennes İnşaat" MMC, "Sanofi Eko Təchizat" MMC, "Roche Trading" MMC, "İntel Dizayn" MMC və "Convertal Servis" MMC-nin hər birinin nizamnamə kapitalı 10 manatdır. Təsis olunduqları müddətdən 15 ay keçən şirkətlərin ciddi vergi borcu yaranıb. Vergilər nazirliyinin rəsmi saytından əldə etdiyimiz məlumata görə adıçəkilən şirkətlərin bu günə olan vergi borcu ("Hennes İnşaat" MMC - 115.387 manat, "Sanofi Eko Təchizat" MMC - 553.364 manat, "Roche Trading" MMC - 41.333, "İntel Dizayn" MMC - 30.403 manat, Convertal Servis" MMC -531.076 manat) ümumilikdə 1.271.562 manatdır. Ölkədən çıxışına qadağa qoyulub
Azər İsmayılov (Mənbə: https://courts.gov.az/az/main/judge/Azer-Ismayilov_65) 2018-ci ilin 13 dekabrında 2 saylı Ərazi Vergilər İdarəsinin iddiası ilə Sumqayıt Şəhər Məhkəməsində hakim Azər İsmayılovun sədrliyi ilə Cavadov Murad Vahid oğlunun ölkədən çıxışına qadağa qoyulub. Səbəb kimi isə "Hennes İnşaat" MMC, "Sanofi Eko Təchizat" MMC, "Roche Trading" MMC, "İnten Dizayn" MMC və "Convertal Servis" MMC-lərin dövlətə yaranmış külli miqdarda vergi borclarının olması göstərilib. Təhsil nazirliyi və Universitet rəhbərliyi susur
Natiq İbrahimov (Mənbə:https://www.lsu.edu.az/rector.html ) Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetindən mövqe öyrənməyə çalışdıq. Lənkəran Dövlət Universitetinin rektor əvəzi Natiq İbrahimova ünvanladığımız suallara universitetdən qısa zamanda cavablandıracaqlarını desələr də, heç bir cavab verilmədi. Təhsil nazirliyindən də məsələyə mövqe öyrənməyə çalışdıq. Lakin Təhsil nazirliyi də Lənkəran Dövlət Universiteti kimi suallarımızı cavablandırmadı. Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidməti deyir bizlik deyil
Zahid İsayev (Xidmət rəisi - mənbə: google) Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüqquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayevin adından Qlobal.az-a daxil olan məktubda deyilir: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qаnununun 2-ci maddasinə uyğun olaraq satınalan təşkilat malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə va təşkilatları (idаrələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çох olan müəssisə və təşkilatlardır. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq satınalma prosedurlarında iştirak etmak üçün malgöndərənlərin (podratçılann) ixtisas göstəriciləri həmin maddadə qeyd olunan tələblərə cavab verməlidir. Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə əsasən mаlgöndərənlərin (podratçılarln) ixtisas göstəriсilərinin "Dövlət satınalmaları haqqında" Qanunda müəyyən olunmuş tələblərə uyğunluğununu müəyyən edilməsi, tenderin əsas şərtlər toplusunun va tепdеr еlапının təsdiq olunması, iddialılardan daxil оlап tепdеr təkliflərinin qiymət|əndirilməsi, müvafiq satınalma рrоsеdurunun qalibinin müəyyənləşdirilməsi, satınalma müqaviləsinin bağlanması satınalan təşkilat və опuп tərəfindən formalaşdırılan tender komissiyasının səlahiyyətlərinə aiddir. Hesablama Palatası deyir hələ hesablamamışıq
Vəfa Mütəllimova (Mənbə: http://www.sai.gov.az/1/static/103) Lənkəran Dövlət Universitetində 2018-ci üzrə audit aparılıb-aparılmaması ilə bağlı Hesablama Palatasına müracit etdik. Hesablama Palatasının İcmal Analitik Şöbəsinin müdiri Vəfa Mütəllimova Lənkəran Dövlət Universitetində 2018-ci il üzrə audit aparılmadığını bildirdi. Qlobal.az Cahandar İsmiyev Zəfər İmanquliyev Cavadov Murad Vahid oğlunun ölkədən çıxışına qadağa qoyulması barədə Məhkəmə qətnaməsinin surəti
Cavadov Murad Vahid oğlunun adına təsis edilən MMC-lər
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|