Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                 

Əkbər Hacıyev ətrafında MÜƏMMA... - İDDİA
Tarix: 24-06-2019, 10:04 | Çap et
Əkbər Hacıyev ətrafında MÜƏMMA...
Ötən gün Azərbaycanın Baş naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclasın gündəliyinə “Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, “Ölkə əhalisinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” və “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması işlərinin gedişi haqqında” məsələlər daxil edilib.

Təbii enerji qaynaqlarının mühüm seqmentini təşkil edən qaz sektorunun Azərbaycanın sosial-iqtisadi həyatında vacib rola malik olduğunu bildirən Baş nazir qeyd edib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamında Energetika Nazirliyinə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılıb.

Baş nazir bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları, bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını verib.

Novruz Məmmədov deyib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu günə qədər bir sıra mühüm layihələr icra olunub. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir. Baş nazir əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı görülən işlərdən danışaraq siyahıyaalma məntəqələrinin komplektləşdirilməsinin, zəruri avadanlıqlarla təchiz olunmasının və bununla bağlı əhalinin məlumatlandırılması işlərinin vacibliyini vurğulayıb.

Maraqlıdır, “Azəriqaz” bu müddət ərzində nöqsanları aradan qaldırmaq üçün hansı işləri görüb?

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, hasilat sənayesindəki çatışmazlıqlar dəfələrlə tənqid olunub:

“Cərimələrin tətbiqində, sayğac plomblarının qırılmasında ciddi nöqsanlar var. 2003-cü ildə Heydər Əliyevin imzaladığı fərmanla Dövlət Neft Şirkətinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə ARDNŞ strukturuna dəyişikliklər edildi. Təəssüflər olsun ki, bu qərara biganə münasibət bəsləyən Energetika Nazirliyi, SOCAR və “Azəriqaz” rəhbərləri cəzasız qalıblar. Hesab edirəm ki, struktur islahatları işinə məsuliyyətsiz yanaşdığı üçün ilkin olaraq Energetika Nazirliyindən başlanmalıdır. Çünki digər qurumlar Energetika Nazirliyinə tabedir. Eyni adamlar vəzifədə qalıb eyni siyasəti davam etdirirlər. Ekspertlər dəfələrlə vurğulayıblar ki, problemlərin həll edilməsi üçün “Azəriqaz” SOCAR-ın tabeçiliyindən çıxarılmalıdır. Hasil edənlə satan bir əldə cəmləşə bilməz, bu qeyri-mümkündür. Heç bir ölkədə bu təcrübə yoxdur. Satışla məşğul olan bir yox, bir neçə qurum olmalıdır. Özəl qurumların satışla məşğul olması daha məqsəduyğun olardı. Neçə ki, “Azəriqaz” SOCAR-ın tərkibində qalır, vəziyyət belə də davam edəcək”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Hesablama Palatası “Azəriqaz”da apardığı yoxlamanı səbəbsiz dayandırıb:

“Palata yoxlamanı dayandırmasına aydınlıq gətirmir. Ümumiyyətlə, bu gün əhali təchizatın və xidmətin yaxşılaşdırılmasından hələ də xeyir görməyib. Qış mövsümü başlayan kimi, daha çox çətinliklər ortaya çıxır. Birmənalı olaraq bu gün ölkədəki qaz itkisi 20-30 faizə çatır. Ölkə ərazisində qazlaşdırma tam başa çatmayıb. Son 3 ildə SOCAR prezidenti Rövnəq Abdullayev hər dəfə ölkə başçısı qarşısında çıxış edəndə deyir ki, artıq ölkə ərazisi üzrə qazlaşma 93 faizdir, ilin axırınadək 95 faizə çatacaq. Tam dəqiqliyi ilə deyə bilərəm ki, ölkə ərazisi üzrə nə 93, nə də 95 faiz qazlaşma var. Bu gün müxtəlif rayonlardan verilən məlumatlardan bəlli olur ki, kəndlərin çoxunda qazlaşma yoxdur, yaxud da boruları çəkiblər, işlər yarımçıq qalıb”.

Mirvari Qəhrəmanlı hesab edir ki, qaz itkisinin qarşısını alacaq heç bir tədbir görülmür:

“Bu itkini əhaliyə tətbiq olunan cərimələr hesabına kompensasiya edirlər. 2017-ci ildə ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun imzaladığı bir sənəd hazırladı. Bu, cərimələrin tətbiqi ilə bağlı bir sənəd idi. Əgər həqiqətən də, sayğacdankənar istifadə müşahidə olunsaydı və ya abonent tərəfindən tutulan digər bir səhv aşkarlansaydı, o zaman “Azəriqaz”a 3 aylıq dəymiş ziyan ödənilməli idi. Yəni abonent 3 ay ərzində nə qədər qaz istifadə edibsə, bu əsasla da cərimə tətbiq olunurdu. SOCAR bu qərarı daxili əmrləri ilə 6 aya qədər uzatmışdı. Artıq 6 ayı qaldırıb 3 ay ediblər. Bəlkə də bəzi yerlərdə cərimələr 6 aylıq dəymiş ziyanla hesablanır. Rayonlarda özbaşınalıqlar var.

Bütün bunların kökündə qohumbazlıq durur. Təəssüflər olsun ki, bu şəbəkədə “Azəriqaz”da o dərəcədə inkişaf edib ki, əgər o zəncirin biri qırılsa, çox adam işdən çıxarıla bilər. Ölkə başçısının apardığı islahatlar hasilat sənayesinə tətbiq olunmalıdır. SOCAR biznes quruma çevrilməli, onun tərkibindən artıq qurumlar çıxarılmalı, müqavilə ilə işləməlidir. “Azəriqaz”da yenidənqurma işləri aparılmalı, təcrübəli kadrlar işə cəlb olunmalıdır. Hər yoldan keçəni rəhbər, idarə rəisi təyin etmək olmaz. Sadaladıqlarım gözlənilənlərin 10 faizidir. Əgər bunlar baş verməsə, bunun birinci adı prezident sərəncamlarına sayğısızlıq olur. Ümumiyyətlə, prezidentin sərəncamına reaksiya verilmir, buna görə də qurum rəhbərləri ciddi cəzalandırılmalıdır. Bir sözlə, “Azəriqaz” fəaliyyəti ilə əhalinin sosial durumunun pisləşməsinə xidmət edir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru