Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                 

Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…
Tarix: 12-06-2019, 09:12 | Çap et
Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri
Məlum olduğu kimi, bir müddət əvvəl ölkənin bank sektoru ilə əhali arasında ciddi problem yaranmışdı. Ölkədə baş verən gözlənilməz iki devalvasiya hadisəsindən sonra əhalinin çox böyük bir təbəqəsi dollarla olan kreditləri banklara geri qaytarmaqda çətinliklər çəkdi. Bunun da nəticəsində ölkədə problemli kreditlərdən əziyyət çəkən böyük bir vətəndaş ordusu yarandı.

Həmin müddət ərzində banklar əhaliyə heç bir güzəşt etməmək yolunu tutdular. Onlar əhalidən müxtəlif üsullarla pullarını geri almaq üçün baş sındırırdılar. Bunların heç biri fayda vermədikdə isə vətəndaşlar məhkəmələrə verilirdi. Həmin müddət ərzində əmlakı müsadirə edilən, hətta krediti ödəmədiyinə görə həbsə salınanlar da olub. Nəhayət, problemin ciddi xarakter aldığını görən ölkə rəhbərliyi bu məsələyə əncam çəkmək yolunu tutdu. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə vətəndaşların kredit borcları ilə bağlı ciddi güzəştlər tətbiq edildi. Devalvasiyadan sonra bankların əhalidən aldığı pulun böyük hissəsi kompensasiya şəklində vətəndaşlara qaytarıldı.

Ancaq buna qədərki dövrü tədqiq edəndə məlum olur ki, banklar onlara borcu olan vətəndaşlara qarşı çox böyük qanunsuzluqlara yol veriblər. Belə hərəkətlərin də əksəriyyəti vətəndaşla bank arasında borcun alınması üçün istifadə edilən kollektor şirkətlər tərəfindən edilib. Həmin vaxt ölkədə banklarla bağlı geri qaytarılmayan kredit və borc problemi həll edilmədikcə, kollektorlarla bağlı dəhşətli nüanslar ortaya çıxırdı. Edilən şikayətlərdən məlum olurdu ki, kollektorlar banklarla əlbir olaraq kreditini geri qaytara bilməyən vətəndaşa hədə-qorxu gəlmək və başqa qanusuz üsullarla pulu tələb edirdilər. Ən maraqlısı isə budur ki, banklar bu qanunsuz fəaliyyətə qoluzorlu idmançıları, hətta bir neçə dəfə residiv əməl törətmiş keçmiş məhkumları da cəlb edirdilər. Aparılan araşdırmalar zamanı məlum olub ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslər borclu vətəndaşlara qarşı olmazın cinayətlər ediblər. Borclu olan xanımları ofisə dəvət edib, onlara qarşı nalayiq hərəkətlərə yol verib, sonra videoya çəkib, “borcunu qaytarmasan bunu yayacayıq” deyənlər də olub. Vətəndaşı yolun ortasında avtomobilindən düşürüb, sonra döyüb avtomobilini əlindən alanlar, heç bir məhkəmə sanksiyası olmadan, borclunun evinə girib istədiyi əşyanı götürüb aparanlar da qanunsuz fəaliyyət göstərən banka məxsus qoçu dəstələrin əməlləri sırasına aiddir. Maraqlıdır ki, ölkədə kollektorların fəaliyyəti qanunla tənzimlənməsə də, vətəndaşa qarşı təzyiq və təhdidlərlə məşğul olan həmin qurumlar edilən şikayətlərə baxmayaraq, hər hansı məsuliyyətə də cəlb olunmurlar. Bu sahənin ekspertləri hesab edirlər ki, kollektor adı ilə fəaliyyət göstərən şəxslərin əməlləri qanunsuzdur. Çünki banklar problemli borc işini kollektor qurumuna verəndə bank sirrini pozmuş olurlar. Həm banklar haqqında qanuna, həm də Mülki Məcəlləyə görə, bankla olan istənilən əməliyyat haqqında, kredit haqqında məlumatı yalnız müştərinin özünə vermək olar, bir də müəyyən dövlət orqanlarına. Kollektor qurum olaraq bunların heç birinə aid deyil. İlk növbədə burada bank sirri pozulur. Digər ölkələrdə icazə verilir ki, kollektora həmin məlumatlar verilsin. Amma həmin ölkələrdə də kollektorların fəaliyyəti qanunla tənzimlənir. Xarici ölkələrin iş prinsiplərindən məlumdur ki, hər kəs kollektor işi ilə məşğul ola bilməz. Birinci növbədə onun özünün pulu olmalıdır. Müəyyən nizamnamə kapitalı olmalıdır ki, bilinsin, bu insanlar ciddi insanlardır, quldurlar, residivist cinayətrkarlar deyil. İkinci məsələ odur ki, kollektorların təhsilinə, təcrübəsinə qanun müəyyən tələblər qoyur, qanunda müəyyən məhdudiyyətlər olur. Hansısa cinayətə görə məhkum olunmuş şəxs kollektor işləyə bilməz. Yəni bütün bu məhdudiyyətlərə cavab verən şəxslər xaricdə kollektor ola bilərlər. Xaricdə qanunlar tənzimləyir ki, kollektor hansı yolla, hansı üsullarla hansı vətəndaşlardan borcu tələb edə bilər, gün ərzində vətəndaşa neçə dəfə zəng etmək hüququna malikdir, necə danışmalıdır və sair. Hətta orada vətəndaşa da ixtiyar verilir ki, kollektorla olan görüşünü videoya çəkə bilsin. Qanun bunların hamısını tamamilə tənzimləyir, bizdə bunların heç biri yoxdur. Azərbaycanda kollektorun nizamnamə kapitalı yüz manatdır, yəni pulları yoxdur. İlk gündən ona istiqamətləniblər ki, camaatın pulunu əllərindən alsınlar. İstədikləri vaxt vətəndaşlara zəng edirlər, söyürlər, qorxudurlar, evinə gedirlər, döyürlər, saxlayırlar. Hətta ölkədə kollektorlardan biri bir müddət əvvəl vətəndaşdan böyrəyini satmağı istəmişdi. Bu baxımdan, kollektor fəaliyyətinin tənzimlənməsi ortaya ciddi məsələ kimi çıxır. Problermli kreditlərin mövcudluğunun ən qızğın vaxtında kollektorlar borcluların başına min oyun açıb və təəssüf ki, bütün bunlar cəzasız qalır. Kollektorların müştərilərin başına açdığı oyunlara hansı formada hüquqi qiymət verilməlidir?

Aydın Hüseynov: “Belə hərəkətlər olubsa…”
Millət vəkili, iqtisadçı Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə rəhbərliyi tərəfindən vətəndaşların problemini aradan qaldırmaq istiqamətində ciddi addımlar atılıb: “Bilirsiniz ki, Prezidentin müvafiq fərmanı ilə 10 min dollara kimi borcu olan vətəndaşlarla bağlı çox humanist addım atıldı. Bununla bağlı olan bütün prosedurlar birtərəfli qaydada ləğv edildi. Hətta problemli kreditlərlə bağlı məhkəmələrin gedişinə belə son qoyuldu. O ki, qaldı bankların həm keçmişdə, həm də indiki dönəmdə öz borclarını qanunsuz üsullarla tələb etməsinə, bu yolverilməzdir. Banklarımız bu cür məsələlərdə qanuni tələblərə riayət etməlidirlər. Vətəndaşın bank qarşısında hər hansı öhdəliyinin olması heç də o anlama gəlmir ki, ondan pulu qanunsuz elementlərin təzyiqi ilə almalısan. Bunun üçün qanunun tələbləri mövcuddur. İnsanı hədələmək, şantaj etmək isə cinayətdir. Banklar çalışmalıdırlar ki, müştəri ilə dil tapsınlar. Ölkə rəhbərliyi belə humanist addım atırsa, banklar nədən sərt və hətta cinayət üsullarından istifadə etməlidir? Bu heç də o demək deyil ki, müştərilər də götürdüyü öhdəlikləri yerinə yetirməkdən əsaslı səbəblər olmadan boyun qaçırmalıdırlar. Vətəndaşa hədə-qorxu gəlmək, onunla başqa üsullarla danışmaq qəti şəkildə yolverilməzdir. Belə hərəkətlər olubsa, onu edənlər, mütləq mənada, qanun qarşısında cavab verməlidirlər”.
Məhəmmədəli QƏRİBLİ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru