Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                 

Dərdlərini deməyə belə qorxurlar... - ŞOK İDDİA
Tarix: 10-06-2019, 09:20 | Çap et
Dərdlərini deməyə belə qorxurlar...
Babək rayonunun Cəhri kəndində içməli suya mikrob bulaşıb. Yoluxma nəticəsində artıq bir neçə nəfər dünyasını dəyişib.
“Hürriyyət” qəzetinə məlumat verən mənbənin bildirdiyinə görə, mənşəyi bilinməyən mikroba əsasən uşaqlar yoluxublar.
Mikroba yoluxan bəzi uşaqlar müalicə almaq üçün Bakıya göndərilib. Həmin uşaqlardan birini xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən uşağın qardaşının vəziyyəti də xeyli ağırdır.
Əldə etdiyimiz bu məlumatı araşdırmaq üçün bir çox klinikalarla əlaqə saxladıq. Araşdırmamız nəticəsində həqiqətən də Cəhri sakini olan bir uşağın zəhərlənmədən öldüyünü müəyyənləşdirə bildik. Uşağın kimliyi də tərəfimizdən dəqiqləşdirildi. Leyla Əkbərova adlı qızcığazın Mərkəzi Neftçilər Xəstəxanasının labaratoriyasında qan analizi verdiyi ortaya çıxdı. Bununla bağlı əldə etdiyimiz sənədi yayımlayırıq.

Təəssüf edirik ki, uşaqları zəhərlənən ailənin başçısının hadisə ilə bağlı fikirlərini öyrənmək cəhdimiz heç bir nəticə vermədi. Bir övladını itirən, digər övladı isə həyati təhlükə ilə üz-üzə qalan ailə başçısı Naxçıvandakı rejimin qorxusundan susmağı məsləhət bildi.
Adlarının açıqlanmasını istəməyən Cəhri sakinlərinin əməkdaşımızla söhbətlərində bildirdiklərinə görə, kəndlərindəki su problemi yeni deyil: “Uzun illərdir ki, kəndimiz içməli su problemi ilə üz-üzədir. Kəndimizə su Məşədi Abbas çeşməsi adlanan bulaqdan gəlir. Çar Rusiyası dövründə kəndin xeyriyyəçi zəngini Məşədi Abbas tərəfindən çəkilən bu kəhriz hazırda digər kəndlərin kanalizasiya suları ilə çirklənir. Dəfələrlə Naxçıvan MR rəhbərliyinə edilən şikayətə isə cavab verən tapılmır”.
Sakinlərin iddiasına görə, Məşədi Abbas çeşməsindən axıb gələn suyun doldurulduğu hovuzlarda anti-sanitariya halları baş alıb gedir: “Məşədi Abbas çeşməsinin qidalandığı Cəhri çayının digər kəndlərin çirkab suları ilə kirlənməsi azmış kimi, həmin suların toplandığı hovuzların ətrafı sahibsiz itlərlə doludur. Bəzən sakinlər bu hovuzların içərisindəki it, pişik və digər heyvanların ölmüş cəsətlərini çıxarırlar. Əlaqədar qurumlar isə problemlə maraqlanmaq istəmirlər.
Qeyd edək ki, Cəhri kənd sakinlərini narahat edən bu problem MR rəhbərliyinə də əyandır. 2017-ci ildə eyni məsələ ilə bağlı apardığımız araşdırma zamanı rəsmi şəxslərdən biri faktı etiraf edərək demişdi: “Babək rayonunun Payız və Cəhri kəndlərindən keçən Cəhri çayına hər iki kəndin çirkab suları axıdılır. Məşədi Abbas və Çimən kəhrizləri isə həmin çayaltı yatağa vurulmuş kəhrizlər olduğuna görə, onlarda çirklənmələr gedir”.
Suların təmizliyinə cavabdeh olan AMEA Naxçıvan bölməsinin Təbii Ehtiyatlar Hidrogeologiya və mineral sular labaratoriyası isə öz vəzifə borcunu yerinə yetirmək əvəzinə, faktı müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışır. İki il əvvəl gündəmə gətirdiyimiz problemlə əlaqədar yaydığı rəsmi açıqlamada Muxtar Respublikanın içməli su qaynaqlarından vaxtaşırı analizlərin alındığını bildirən labaratoriya Məşədi Abbas çeşməsinin nəinki çirklənmədiyini, əksinə müalicəvi süfrə suyuna malik olduğunu bəyan etmişdi. Kənd sakinləri isə istifadə etdikləri musluqlardan hər hansı nümunə alındığını görmədiklərini deyir və əlaqədar qurumlara ən elementar vəzifə borclarını xatırladırlar:
“Məşədi Abbas bulağının gözündən yox, evlərə paylanan hissəsindən su nümunələri götürmək lazımdır”.

Xatırladaq ki, Cəhri Naxçıvan Muxtar Respublikasının ən böyük kəndlərindəndir. 15 mindən artıq insanın məskunlaşdığı bu kəndin sakinləri arasından mövcud hakimiyyətin ən yüksək pillələrində yer alan iri məmurlar var. Muxtar Respublikadan Azərbaycan Respublikası Milli Məclisinə seçilən 7 deputatdan 2-si Cəhridəndir: Siyavuş Novruzov və Eldar İbrahimov. Ən acınacaqlısı isə budur ki, həmin deputatlar öz həmkarları Qüdrət Həsənquliyevin Naxçıvan kəndləri ilə bağlı qaldırdığı məsələni süngüylə qarşılamış və Muxtar Respublikada hər şeyin güllük-gülüstanlıq olduğunu bildirmişdilər. Onların doğma kəndlərində isə öldürücü bakteriyaların bulaşdığı sular öz ənənəvi təyinatından uzaqlaşaraq, Cəhri sakinləri üçün əsl ölüm mənbəyinə çevrilib.
Əldə etdiyimiz digər bir məlumat isə xeyli ciddi suallara yol açır. Bildirildiyinə görə, əslən bu kənddən olan Qurban Məmmədov Cəhridə yeni artezan quyusu qazdırmaq təşəbbüsü ilə çıxış edib. Prinsipcə, həmin artezan quyusu üçün o qədər də böyük vəsait tələb olunmurmuş – 20 min manat. Kənd zəngin sakinləri bu təşəbbüsə qoşulmadıqlarından Q. Məmmədovun özü tələb edilən vəsaiti şəxsən boyununa götürüb və bu məqsədlə Muxtar Respublikanın Ali Məclisinin sədrinin müavinlərindən Mirhəşim Seyidovla görüşüb. Naxçıvanın ali rəhbərliyini bu xeyirxah təşəbbüsə razı salmaq üçün öz vəsaitilə ərsəyə gətirəcəyi kəhrizə hətta Vasif Talıbovun adını vermək istədiyini bildirib. Aldığı cavaba isə xeyli təəccüblənib: Sədr icazə vermədi. Beləcə, ya cənab sədrin özü, ya da onun komandası Vasif Talıbov adının Cəhri camaatının yaddaşında Məşədi Abbasla birgə əbədiləşməsini istəməyib.
Nəticədə Cəhri kəndi bu günkü ağır vəziyyətlə üz-üzə qalıb. Aldığımız son məlumata görə, Cəhridən daha bir neçə ailənin uşaqları müalicə üçün Bakıya göndərilib. Bakı ilə yanaşı, Türkiyə və İran xəstəxanalarına üz tutanlar da var.
Cəhrinin su problemlərinin yay aylarına təsadüf etməsi də ciddi problemlərə səbəb olub. Bir tərəfdən Naxçıvanın ilan mələdən istisi, digər tərəfdən isə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi daha artıq su sərfiyyatı tələbatı yaradır. Ən önəmlisi isə, xüsusilə bu aylarda dünyanın müxtəlif yerlərinə səpələnmiş cəhrililər yay tətili üçün öz doğma yurd-yuvalarına qayıdırlar. Kənddə öldürücü su probleminin ortaya çıxması yurd-yuvasına təşrif buyuran cəhrililərin dərhal oranı tərk etmələrinə səbəb olur.
\\“Hürriyyət”\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru