Azərbaycanın ən yaşlı icra başçısından ƏN SON XƏBƏR - konserv zavodunun 150 səhmdarını çölə atdırıb
Tarix: 18-03-2019, 08:55 | Çap et
Xudatın konserv zavodu daha xudatlıların deyil. Onlara bu müəssisədə nə iş verilir, nə də səhmdarlarının pulları ödənilir. Həftəsonu rayonda olarkən söhbətləşdiyimiz bir qrup səhmdar belə deyir.
Onların sözlərinə görə, zavod 1970-ci ildə fəaliyyətə başlayıb, tərəvəz istehsalı ilə məşğul olub. Müəssisənin qara günlərinin təməli isə 1998-ci ildə qoyulub.
Яндекс.Директ
Есть противопоказания. Посоветуйтесь с врачом. Путевки в Нафталан с лечением! naftalan.tours
Автоцистерны от производителя ЧМЗ! chmz.org Sovet vaxtı 5000-ə yaxın işçisi, 200 kooperativi, uşaq bağçaları, hektarlarla torpağı olan zavod müstəqillikdən sonra hissə-hissə “əriməyə” başlayıb.
Səhmdarlar deyirlər ki, müstəqilliyin ilk vaxtlarında zavodun fəaliyyəti axsamağa başlasa da, 1999-cu ilə qədər müəssisəni birtəhər ayaq üstə saxlamağa nail olublar. Amma bundan artığına da gücləri çatmayıb.
İqtisadiyyat Nazirliyinin balansında olan zavodun qapıları bir də 2010-cu ildə açılıb, di gəl xudatlıların üzünə yox...
Belə ki, Naxçıvandan Xudata gələn iş adamı İsmayıl Səfərov zavodu alıb, spirtli içkilər istehsal etməyə başlayıb.
Səhmdarlar deyirlər ki, xeyirli olsun, bir sözümüz yoxdur: “Lakin bu 9 il ərzində ilk növbədə bizimlə hesablaşmaq, səhmdarların haqqını qaytarmaq, kimisinin özünü, kimisinin övladını bu zavodda işlə təmin etmək lazımıydı”.
Zavodu alan İ.Səfərov isə 150 səhmdarın nə sözünü eşidib, nə işə götürüb, nə də Xaçmaz Rayon Məhkəməsi səhmdarların qaldırdığı iddia üzrə işə baxıb. Əksinə, kooperativlər, bağçalar belə satılıb. Kəsəsi, zavod müdiri deyib ki, “Xudatda mənəm, Bağdadda kor xəlifə”.
Onun bu arxayınlığını isə Xaçmazın icra başçısı olan həmyerlisi Şəmsəddin Xanbabayevin himayədarlığı ilə izah edirlər.
Deyilir ki, İH başçısı iş adamının arxasında dayanıb və səhmdarların şikayətini sayan yoxdur. Əvəzində isə zavoda əksəriyyəti şimal bölgəsindən olmayanlar, qeyri-xudatlılar işə götürülür.
Səhmdarlar deyirlər ki, İ.Səfərov xudatlıları zavodda işə götürməklə, rayonda işsizlik problemini müəyyən dərəcədə həll etməklə prezidentə böyük yaxşılıq etmiş olardı: “O vaxt Cəlilabaddan olan bir iş adamı - Şamil müəllimin əli ilə avadanlıq alıb zavoda gətirdilər. Buna görə 3 milyon yarım vəsait xərclənmişdi. Sonra onunla arasında nə oldusa, Şamil müəllim uzaqlaşdı. 2010-cu ildə iclas keçirildi, İsmayıl müəllim bütün idarəçiliyi əlinə cəmlədi, zavodun darvazalarını bağladı, bir adamı içəri buraxmadı. Nəinki biz səhmdarlara, heç yerli adamlara da iş vermədi", - deyə səhmdar Qalib Salmanov bizimlə söhbətində bildirir.
Onunla həyat yoldaşı zavodda səhmdardırlar və deyir ki, zavoda işçilər başqa bölgələrdən gətirilir: “Amma bizə iş verilmir, qoyduğumuz depozitlər var, pullarımız qaytarılmır. Burada işləyən 150, işləməyənlərlə birlikdə 500-ə yaxın səhmdar var. Əlavə olaraq, 58 hektar yarım torpağımız olub, rəhmətlik Qüdrətdən sonra mən müdirlik eləmişəm. İş olmayanda camaat həmin torpaqda tərəvəz əkirdi, gətirib zavodda istehsal edirdik. Bu adam isə həmin torpağı 200 minə satıb. Xaçmaz-Xudatda hegemonluq edən icra başçısı Şəmsəddin Xanbabayev də onun arxasındadır. Xaçmaz prokurorluğuna müraciət eləmişik. Müraciətdə səhmdarların hüquqlarının pozulduğunu bildirmişik. Cavab gəlib ki, məktubunuz dəftərxanaya alındı. Vəssalam. 2012-ci ildə Xaçmazın məhkəməsinə müraciət eləmişik. Yalandan dedilər ki, guya ərizə düz yazılmayıb, sənədlər qaytarıldı. Bu adam məhkəməyə də təsir göstərir, bizim işimizə baxılmır. Səhmdarlar, baş mühasib işləmiş şəxslər apelyasiya şikayəti veriblər. Ona görə istəyirik ki, səsimiz cənab prezidentə çatsın. Bizim tək ümidimiz onadır".
Digər səhmdar Nadir Xıdırovun dediyinə görə, səhmdarlara nə torpaq, nə də əmlak verilib: “Mənim yoldaşım da səhmdardır. Bizim haqqımız ödənməyib. Sonuncu iclas ayın 5-də oldu, heç bir nəticə əldə edə bilmədik. İsmayıl Səfərov heç kəsi eşitmir, kimsə ona bata bilmir. Biz istəyirik ki, cənab prezident səsimizə səs versin. Kasıb camaatıq, qoy kömək eləsin, burda kasıb-kusublar işləsinlər.
Yaxşı, bizə iş verilmir, heç olmasa balalarımız işləsinlər. Mən zavodun qazanxanasında işləmişəm, oranın mazutu, tüstüsü ciyərlərimdədir. İndi mən kənarda qalmışam, kimlərsə burda kef çəkir".
N.Xıdırov bildirir ki, 1977-ci ildən zavodda can qoyub: “Budur mənim haqqım? İsmayıl Səfərov bizi yaxına buraxmır ki, sözümüzü deyək. Bu boyda zavodda qazanır, 10 ildir araq çəkir, sonra Rusiyaya satışa göndərir, amma səhmdarları günahkar çıxarır, deyir ki, üstümə gəlirlər".
Səhmdar Nadirşah Qafarov da narazılardan biridir. O, işə götürsələr, zavoda işləməyə getməyə hazırdır: “Fəhləyə gündə 10 manat verirlər, işləməyə razıyıq. Biz burda işsiz-gücsüz qalmışıq, gedib kənardan işçi gətirirlər. Bizim müraciətimiz prezidentə və Mehriban xanımadır. Bu gün hamı gözünü onlara dikib, çünki başqa səsimizi eşidən yoxdur. Dövlət rəhbərliyindən xahiş edirik ki, bizə köməklik olunsun. Bu qədər adam 2010-cu ildən mübarizə aparır. Amma bizə təzyiq göstərirlər, işimizə baxmırlar. Başçı prezidentin səlahiyyətli nümayəndəsidir, camaatla işləməlidir, sözümüzü dinləməlidir. Bu gün prezident xalqla görüşlər keçirir, məktubları əlbəəl alır, problemlərini həll edir. Biz də istəyirik ki, cənab İlham Əliyev Xudata gəlsin, biz səhmdarların şikayətlərini eşitsin, dadımıza çatsın".
Səhmdarlar deyirlər ki, zavod müdiri tərəfindən 58 hektarlıq yer 200 minə satılıb, bağçalar peşkəş olunub, özləri iş prosesindən kənarlaşdırılıb və yerli rəhbərlik onlara dəstək olmaq əvəzinə, İ.Səfərova qahmar çıxır. Sahibkarlar prezidentə üz tutaraq bu məsələyə xüsusi diqqət göstərməsini xahiş edirlər. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|