İnam Kərimov və komandasına şok ittihamlar: - KTN-də milyonluq maxinasiyalar
Tarix: 26-02-2019, 10:07 | Çap et
Azərbaycanda kənd təsərrüfatı sahəsində problemlər yaşanmaqdadır. Ölkənin təbii imkanları yüksək olsa da, aqrar sahənin inkişafına nail olmaq hələki mümkün olmayıb. Əksər ekspertlər bunu aqrar sahəyə rəhbərlik edən şəxslərin qeyri-peşəkarlığı ilə əlaqələndirirlər. Ölkə başçısının sərəncamı ilə bir ilə yaxındır ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi dəyişdirilib. Lakin bu zaman kəsiyində bu sahədə nəzərə çarpacaq dəyişiklik yoxdur.
100 minlik səfər xərci – Lyüks təyyarə, bahalı hotel…
Yeni nazir İnam Kərimov qısa müddətdə komandada ciddi dəyişiklik etsə də, hətta xaricdən mütəxəssislər gətirsə də, ortada real nəticə hiss olunmur. Aqrar sahə üzrə mütəxəssislər də yaxın gələcəkdə hansısa dəyişikliyin olacağını istisna edirlər. Amma qısa müddət keçməsinə baxmayaraq, İnam Kərimov və komandası ilə bağlı neqativ fikirlər səslənməyə başlayıb. Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi ölkədə heyvandarlığın, xüsusən də qoyunçuluğun inkişafı üçün müxtəlif tədbirlər həyata keçirməyə başlayıb. Bu məqsədlə öncə Kənd Təsərrüfatı Nazirliyinin bir neçə əməkdaşı Cənubi Afrika Respublikasına səfər edib. Səfərdə məqsəd Azərbaycana qoyunların idxalı üzrə proqramın icrasıdır. Amma nazirliyin əməkdaşlarının bu ölkəyə səfəri zamanı böyük vəsaitləri xərcləməsi ciddi müzakirəyə səbəb olub. Belə ki, Azərbaycandan Cənubi Afrika Respublikasına təyyarə xərcləri təxminən 5 min manat olub. Nümayəndə heyətinin bir neçə nəfər oluğunu nəzərə alsaq, bilet pulunun 20 min manat olduğu ortaya çıxır. Hotel və digər xərcləri nəzərə alsaq, 100 min manata yaxın vəsaitin xərcləndiyi aydınlaşır. Maraqlısı isə budur ki, bu vəsait sadəcə, vəziyyətlə bağlı məlumat almaq xarakterli olub. Yəni, bu barədə məlumatı daha az vəsait xərcləməklə də əldə etmək olardı.
Heyvandarlıqdan xəbərsiz komandanın yeni “icad”ı…
Mövzu ilə bağlı fikirlərini bölüşən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli deyib ki, Kənd Təsərrüfatı Nazirliyində rəhbər dəyişikliyi olsa da, idarəetmənin mahiyyətində hər hansı bir dəyişiklik olmayıb. Onun sözlərinə görə, İnam Kərimov və yeni komandası da dövlət büdcəsinin səmərəsiz xərclənməsi, hətta göyə sovurulmasında daha irəli gediblər: “Nazirliyin bəzi nümayəndələri Afrikaya səyahət ediblər və bu səyahətə görə dövlətin yüz minlərlə vəsaitini xərcləyiblər. Mən qəsdən səyahət ifadəsini işlədirəm ki, İnam Kərimov və kadrlarının kənd təsərrüfatı ilə bağlı hansısa ölkələrə səfəri səyahət xarakteri daşıyır. Tam əminliklə deyə bilərəm ki, bu adamların Afrikaya səfərinin hər hansı işgüzar nəticəsi olan deyil. Bu günlərdə nazir də Fransaya səfər edib. O da heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparır, müzakirələrdə iştirak edir. Hər iki səfərin Azərbaycanda heyvandarlığın inkişafı ilə bağlı hər hansı nəticə verə biləcəyi ehtimalı sıfıra bərabərdir. Ona görə ki, bu gün Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsi üçün hər hansı xarici amil yoxdur. Yəni, xaricdən asılılıq yoxdur. Buradan da aydın görünür ki, bu adamların heyvandarlıqdan xəbərləri yoxdur. Azərbaycanda iribuynuzlu heyvanların 90 faizi cins mal-qaradır. Hələ sovet dönəmində ölkəyə cins mal-qara gətirilib, ölkənin cins tərkibi tamamilə dəyişdirilib. Bəzi heyvanlara yaxşı qulluq olmadığı üçün cırlaşıb. Qoyunçuluqla bağlı da analoji fikirləri söyləmək olar. İndi bunlar deyirlər ki, guya bura qoyun gətirəcəklər və cins heyvanların artırılması ilə məşğul olacaqlar. Bu cəfəng fikirlərlə əsaslandırmaq istəyirlər ki, çəkilən xərc boş yerə getməyəcək. Amma tam əminliklə deyirəm ki, o xərclər havayı yerədir. Yəni, bir həftəlik səfərə yüz minlərlə manat vəsaitin xərclənməsini heç cür əsaslandıra bilməzlər”.
7 milyonluq mərkəzin aqibəti…
Müsahibimiz qeyd edib ki, nazirlik rəsmiləri bir müddət əvvəl yaradılan mərkəzin fəaliyyətini inkişaf etdirmək əvəzinə, yeni xərc yerlərinin yaradılmasına çalışırlar. Onun sözlərinə görə, məhz bu məqama görə, yeni rəhbərliyi köhnələrdən fərqləndirmək olmur:
“Bu adamlar hələ bilmirlər ki, bu dəqiqə Azərbaycanda heyvandarlığın əsas problemi yemçiliyin inkişafı ilə bağlıdır. Bu gün heyvanların cins tərkibinin dəyişdirilməsi o qədər də problemli məsələ deyil. O vaxt 7 milyon avro vəsait xərcləndi, süni mayalandırma mərkəzi yaradıldı. Mərkəzə müasir avadanlıqlar gətirildi. Bu gün qoyunçuluqda da, iribuynuzlu heyvandarlıqda da süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlar almaq mümkündür. Yəni, buna görə, Afrikaya, Fransaya səfər edib təyyarəyə, hotellərə yüz minlərlə vəsaiti göyə sovurmaq lazım deyil. Mən, konkret faktı deyirəm. Ölkədən bir addım belə kənara qoymadan heyvandarlığı inkişaf etdirmək mümkündür. Amma görünən odur ki, nazir və komandası xarici səfərlər etmək, səyahətə çıxmaq üçün bu variantı gündəmə gətiriblər. Yaxşı olardı ki, onlar Afrikaya səyahətə çıxanda 50 min manatı təyyarə biletinə yox, rayonlarımıza səfərlər edib problemi yerində həll etməyə çalışaydılar. Yerlərdə yem bazamızın hansı səviyyədə olduğu ilə maraqlanaydılar, vəziyyəti təhlil edəydilər, mövcud problemin aradan qaldırılmasına cəhd edəydilər. 10-15 manata avtobus bileti alıb yaxın rayonlarımızın birinə getsəydilər, Afrika, yaxud Fransa səfərindən daha səmərəli olardı”.
Yeni nazirin komandası “pul silməyə” hazırlaşır
Ekspert onu da qeyd edib ki, xarici səfərlərin xərcləri ilə yanaşı, əlavə vəsaitlərin tələb olunması da gündəmə gələcək:
“Diqqət edirsinizsə, rəhbərlik dəyişəndən bəri təklif olunan layihələrə əlavə vəsait tələb edilir. Ona görə də düşünürəm ki, yeni komandanın üzvləri yüzminlik səyahət xərcləri ilə kifayətlənsələr, şükr etməliyik. Amma bununla kifayətlənməyəcəklər. Onlar Prezidentə təklif hazırlayacaqlar ki, Afrikadan, Fransadan, yaxud hansısa başqa ölkədən ölkəyə yeni cins heyvanların gətirilməsi üçün vəsait ayrılsın. Belə demək mümkündürsə, əvvəlki nazirlər necə işləyirdisə İnam Kərimov və komandası da o yolu tuturlar. O vaxt bir baş iribuynuzlu heyvanı 2 min dollara alıb 5 min dollara sənədləşdirmişdilər. Hiss edirəm ki, bunlar da o istiqamətdə iş aparıb təkliflər verəcəklər ki, yeni cins mal-qara, yaxud qoyun alıb gətirsinlər. Yoxsa bunların Afrikada, Fransada nə işləri var?
Hökumətdə bu təklifləri dəyərləndirəcək mütəxəssislərin olmadığı üçün qəbul olunacaq və yenə milyolarla dövlət vəsaiti talanacaq. Bunlar özləri aqrar sahəni bilməsələr də, korrupsiya və mənimsəmə üsülu ilə pul qazanmağı çox yaxşı bilirlər. Amma tam məsuliyyətimlə deyirəm ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin səviyyəsi uşaq bağçası səviyyəsindədir. Bu adamların bilgisi də, davranışı da, hərəkəti də, gördükləri işlər də, uşaq bağçası səviyyəsindədir, ancaq onların iştahı uşaq bağçası səviyyəsində deyil”.
Texnika alverində milyonluq maxinasiyalar
V.Məhərrəmli onu da xüsusi vurğulayıb ki, Kənd Təsərrüfatında ən böyük korrupsiya aqrolizinqdədir.
“Bu sahəyə dövlət büdcəsindən milyonlarla vəsait ayrılır. Amma o pulların böyük hissəsi korrupsiyaya uğrayır. Gedib ucuz gübrə alırlar. Təsiredici qüvvəsi iki dəfə aşağı olan gübrə alıb gətirirlər. Biz o gübrəni İrana göndərdik, ordan bizə sənəd təqdim elədilər ki, təsiredici qüvvəsi iki dəfə aşağıdır. Eləcə də ölkəyə gətirilən dərman pereparatları da eyni vəziyyətdədir.
Texnika sahəsində də vəziyyət acınacaqlıdır. Kombayn alırlar, sənəddə qeyd olunur ki, bu texnika full vəziyyətdədir, amma elə deyil. Bəzi texniki avadanlıqları çıxartdırıb ucuz alırlar. Sizə bir rəqəm deyim. Şəkidə bir il ərzində bir milyon manata yaxın naxinasiya aşkarlandı. Yəni, hələ aşkarlanan bu idi, özü də bir rayonda. Nəzərə alsaq ki, ölkə üzrə nə qədər filial var və nə qədər maxinasiya ola bilər, o zaman yüz milyonlarla vəsaitin korrupsiyaya uğradığını təsəvvür eləmək çətin deyil. Axı, ölkə xaricində olan alış-veriş prosesində də maxinasiyalar çox olur. Məsələn, Çindən çəltik üçün ucuz kombayn alıb gətirmişdilər, onu buğda kombaynı kimi sənədləşdirmişdilər. Buğda biçinində ondan istifadə elədilər və fermerlərə böyük ziyan vurdular. Heç onu sonra çəltikdə də istifadə etmədilər. Kombaynın qiyməti hardasa 70-80 mindir, onu 100-120 minə sənədləşdirirdilər. Bəzi halda o 70 minlik kombaynı 40 minə alırlar, yəni detalları keyfiyyətsiz olanı sifariş edirlər. O texnikalar da burda dözmür, 1-2 il işləyəndən sonra sıradan çıxır. Bax belə fəndlərlə o sahəyə ayrılan maliyyə resurslarının yarısını mənimsəyirlər” – deyə ekspert əlavə edib.
“Aqrolizinq”i kim və niyə ələ keçirir?
Müsahibimiz nazirlik rəsmilərinin başqa niyyətləri barədə də məlumat verib. O bildirib ki, nazirlikdəkilər çalışırlar ki, bəzi qurumları ləğv edərək onların maddi-texniki bazasını bu və ya digər yollarla mənimsəsinlər:
“İndi təklif edirlər ki, “Aqrolizinq” ləğv edilsin. Yəqin ki, buna gedəcəklər. Bunun əsaslı səbəbləri var. Birincisi, “Aqrolizinq”in texnikalarını satıb pul qazanacaqlar. İkincisi, onun yerində özəl müəssisələr yaradılacaq, bax, həmin müəssisələr öz qohum-əqrəbalarının adına olacaq. Üçüncüsü, o sahəyə dövlət büdcəsindən maliyyə resursunun ayrılması nəzərdə tutulur. Biz isə deyirdik ki, özəl müəssisələr özləri işləri qursunlar, rəqabət olsun. Ancaq bunlar belə təklif verir ki, heyvandarlıqda da, texnikada da 50-60 faizlik güzəştlər olsun. Yəni, bunların qohumları gedib baha qiymətə texnika alıb gətirəcək, iki qat qiymətə sənədləşdirəcək, dövlət büdcəsindən də pul alacaqlar. Beləliklə yenə hərtərəfli qazanc əldə edəcəklər. Əgər obrazlı desək, incə buzov iki ananı əmən kimi, nazirliyin rəhbərliyi həm fermerlərdən, həm də dövlətdən pul qazanacaqlar. Sizə deyim ki, yenilər maxinasiyanı gözəl bilirlər, digər tərəfdən, orda qoca qurdlardan da qalıb. Lazım gələndə, onlar da yol göstərirlər. Bu cavanlar da elə işlərdə zirəkdilər. Diqqət edirsinizsə, artıq Afrikaya, Fransaya gedib çıxıblar, sövdələşmə aparırlar. Belə bir şəraitdə kənd təsərrüfatının inkişafına nail olmaq mümkün deyil.
Düşünürəm ki, yeni rəhbərlik kənd təsərrüfatı ilə deyil, başqa işlərlə məşğuldurlar. İndi mövsümdür, bunlar kəndlərdə olmalıdırlar, vəziyyətlə maralanmalıdırlar ki, məhsul yığımında göyə baxmasınlar. Amma bunlar dünən gəliblər, bu gün lyüks təyyarələrdə xaricə səfərlər edirlər. Hər halda, real mənzərə budur. Bundan sonra necə olacaq, onu zaman göstərəcək”.(mia.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|