Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                 

AZAL-ın monopolist qiymət siyasəti... - Şirkət büdcəyə necə ziyan vurur?
Tarix: 22-02-2019, 09:30 | Çap et
AZAL-ın monopolist qiymət siyasəti...
Son zamanlar Bakıdan “Wizz Air” aviaşirkəti ilə səyahət edən sərnişinlər arasında narazılıqlar artıb.

Səbəb kimi qiymətlərin yüksək olması göstərilir. Müqayisə üçün bildirək ki, “Wizz Air” vasitəsilə Bakı-Budapeşt istiqamətində uçuşun gediş və dönüş qiyməti 540 avrodur. “Wizz Air” vasitəsilə Kutaisi - Budapeşt istiqamətində uçuşun gediş və dönüş qiyməti isə 150 avrodur. Göründüyü kimi, qiymətlərdə 3 dəfədən çox fərq var.

Xatırladaq ki, prezident İlham Əliyevin hökumətin 2015-ci il iyulun 13-də keçirilən iclasında Azərbaycanda turizm sektorunun inkişafını əngəlləyən üç əsas səbəbin olduğunu demişdi: bahalı aviabiletlər, viza prosedurlarının mürəkkəbliyi və bölgələrdə otellərin qiymətlərinin həddən artıq baha olması. Prezident onu da qeyd etmişdi ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmnunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.

İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək demişdi ki, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ın reysləri ilə uçanlar təsdiq edir:

“Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?”

İlham Əliyev problemin aradan qaldırılması üçün göstəriş vermişdi. Tənqiddən sonra Azərbaycan Hava Yolları (AZAL) turizm şirkətlərinə aviabiletlərin qiymətlərinin aşağı salındığı barədə rəsmi məktub göndərmişdi. Görünən odur ki, bir müddət qiymətlər endirilsə də, sonradan qiymət siyasətinə yenidən baxılıb. Ümumiyyətlə, AZAL hədsiz baha qiymət siyasəti yürüdür. Qiymətləri endirmək üçün zəruri olan addımları atmır, yeni aviaşirkətlər cəlb edilmir. Gürcüstanda isə vəziyyət tam fərqlidir. Əlavə aviaşirkətlər cəlb etməklə, hava limanında təqdim edilən servislərin qiymətlərini endirməklə, rəqabətli mühit yaratmaqla daha çevik qiymət siyasəti yürüdürlər. Gürcüstanın hava uçuşlarından əldə etdikləri vəsaitin 30 faizinin Azərbaycan vətəndaşları hesabına olduğunu bildirib.

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, AZAL-la bağlı narazılıqlar həmişə olub. İqtisadçı deyib ki, mövcud vəziyyət gələcəkdə də belə narazılıqların həmişə özünü göstərəcəyini deməyə əsas verir:

“Bunun başlıca səbəbi ondan ibarətdir ki, AZAL-ın aviadaşıma xidmətlərində alternativ rəqabət ortağı yoxdur. Faktiki olaraq, hava nəqliyyatında istər sərnişindaşıma, istərsə də yükdaşımada AZAL-dan başqa qurum yoxdur. Doğrudur, “Buta Airways”, “Viz Air”, eləcə də “Silk Way Airlines” kimi yük və sərnişindaşıma törəmə aviaşirkətləri var. Amma bunlar sanki müstəqil şəkildə yaranmış şirkətlər deyil. Tam mənada demək olar ki, adıçəkilən aviaxidmətlər AZAL-ın törəmə şirkətləridir. İnkişaf etmiş ölkələrin təcrübələrinə baxsaq, onlarda nəqliyyatın digər sektorlarında olduğu kimi, hava nəqliyyatında da alternativ, bir-birindən asılı olmayan və qarşılıqlı rəqabət aparan müxtəlif şirkətlər fəaliyyət göstərir. Rəqabət məhz bu cür şəraitdə yaranır. Bütün bunlardan irəli gələrək hər bir şirkət ayrı-ayrı tariflər üzrə müvafiq qiymət siyasəti həyata keçirir. Təəssüf ki, Azərbaycanda belə şərait yoxdur. Ümumiyyətlə, AZAL-ın təklif etdiyi xidmətlər üzrə tariflərinin yüksək olması barədə narazılıqlar əvvəllər də olub, indi də var və bu, həmişə də belə olacaq. Amma bu o demək deyil ki, AZAL-ın göstərdiyi xidmətin səviyyəsi aşağıdır, dünya standartlarına uyğun deyil. AZAL-ın təyyarə parkında bu gün dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan ən müasir təyyarələr mövcuddur. AZAL-ın təyyarələrində müxtəlif istiqamətlər üzrə sərnişindaşımalarda göstərilən xidmətin səviyyəsi də kifayət qədər yüksək səviyyədədir. Amma ortada rəqabət amili olmadığına görə, AZAL qiymətləri mövcud tələblərə, o cümlədən alternativsizlikdən irəli gələn şəraitə uyğun olaraq özü diktə edir. Bu da haqlı narazılıq yaradır. Amma Azərbaycanda bu sahədə mövcud qiymətlərin qonşu Gürcüstanla müqayisə edilməsi də düzgün deyil. Çünki Azərbaycanda sərnişinlərin aviareyslərə tələbatı Gürcüstanla müqayisədə qat-qat yüksəkdir. İstərdim ki, AZAL-ı Rusiyada, Avropada, Türkiyədə mövcud olan aviaşirkətlərlə müqayisə etsinlər”.

Pərviz Heydərov onu da qeyd edib ki, sərnişindaşımalar üzrə mövcud qiymətlər təkcə yerli sərnişinlər üçün mənfi hal sayılmır:

“Azərbaycanda dövlət qeyri-neft sektorunun əsas rolu kimi turizmin inkişafını qarşıya məqsəd qoyub. Son illər Azərbaycanda bu istiqamətdə mühüm işlər görülüb. Turistlərin cəlbi baxımından, aviabiletlərin yüksək qiymətə olması neqativ şərait yaradır. AZAL-ın monopolist mövqeyi ölkə iqtisadiyyatının digər sektorları üzrə mənfi tendensiyalar doğurur. Qiymətin yüksək olmasının yerli sərnişinlər üçün narazılığından daha çox, məsələnin digər tərəfinə diqqət yetirməyi vacib hesab edirəm. Belə ki, ölkəyə turist cəlbi üçün AZAL-ın qiymət siyasəti ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əsas rolu kimi, turizm inkişafı məqsədlərinə ziddir və buna mənfi təsir göstərir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Dünən, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Dünən, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Dünən, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Dünən, 09:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru