Ziya Məmmədovun “keçid biznesi” fırıldağı - İTTİHAM
Tarix: 27-12-2018, 08:44 | Çap et
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun və onun oğlu Anar Məmmədovun dövlətdən oğurladıqları milyonlar hesabına qurduqları biznes strukturlarında zaman-zaman sahibkarların, ticarətçilərin başına müsibətlər gətirilib. Ziya Məmmədov nazir olarkən həm nəqliyyat sahəsində, həm də özlərinə məxsus biznes şəbəkəsində “qoçuluq” prinsipini prioritet seçdikləri də sirr deyil.
Bu günlərdə əməkdaşımıza bir neçə sahibkarın verdiyi məlumatdan aydın olur ki, adları yalnız korrupsiyada, digər neqativ proseslərdə çəkilən Ziya və Anar Məmmədovlar bir müddətlik taym-autdan sonra yenidən ənənəvi prinsipləri ilə hərəkətə keçiblər. İş adamları qeyd edir ki, Məmmədovlar saxta olduğu şübhə doğurmayan sənədlər ortaya çıxarmaqla, özbaşınalıqlar etməklə metronun “28 May” stansiyasının qarşısındakı yeraltı keçiddəki ticarət mərkəzindəki icarədar olan bir neçə sahibkarın obyektini mənimsəməyə çalışırlar.
Sahibkarlar söyləyir ki, Ziya Məmmədov nəqliyyat naziri olarkən vəzifəsindən sui-istifadə etməklə, metronun 28 may stansiyasının qarşısındakı dövlət vəsaiti ilə inşa olunan keçidi ticarət mərkəzi edərək, öz mülkiyyətinə çevirib. Faktiki olaraq həmin keçiddəki ticarət mərkəzi bu gün də Ziya Məmmədovun sərəncamındadır.
Vaxtilə keçidi ələ keçirdikdən sonra Məmmədovlar orada obyektləri icarəyə vermək üçün sahibkarlardan mülk ölçüsünə görə 30-200 min manat civarında “şirinlik” də alıblar. Sahibkarlar bildirir ki, bunun müqabilində onlarla müddətsiz müqavilə bağlanıb: “Hazırda keçid ”Royal İstate" şirkətinin balansındadır və bu şirkətin də icraçı direktoru Ziya Məmmədovun bacısının kürəkəni Anar Novruzovdur. Vaxtilə “Royal İstate” Anar Məmmədova məxsus “Qarant Holdinq”in balansında yaradılmışdı. Hazırda Məmmədovlar saxta sənədlərlə keçiddəki arxasız hesab etdikləri, əzə biləcəklərini düşündükləri bir neçə obyekt icarədarı ilə müqaviləni qanunsuz olaraq pozmaqla, obyektləri mənimsəmək istəyirlər. Belə ki, icarədarlardakı müqavilədə icarə müddəti “müddətsiz” göstərilsə də, indi Anar Novruzov bizə saxta və qanunsuz olduğu şübhə doğurmayan sənəd göstərir və orada icarə müddətinin 2018-ci ilin dekabrında tamamlandığı əksini tapır".
Sahibkarlar qeyd edir ki, onlar belə bir müqaviləyə imza atmayıblar: “Bizim əlimizdəki müddətsiz müqavilədir və oradakı imzamızla Anar Novruzovun ortaya çıxardığı sənəddəki imzalar fərqlidir, yəni saxtadır. Məqsəd bizim faktiki və qanuni sənədlərlə sərəncamımızda olan obyektimizi mənimsəməkdir. Anar Novruzov iddia edir ki, guya keçiddəki ticarət mərkəzini özəlləşdiriblər. Amma ora strateji yerdir, Bakının yeraltı sığınacağı kimi nəzərdə tutulub və qətiyyən özəlləşdirilə bilməz”.
Sahibkarlar bildirirlər ki, icarə müqaviləsində nəzərdə tutulan öhdəlikləri onlar yerinə yetirsələr də, Anar Novruzovun icraçı direktoru olduğu, faktiki Ziya Məmmədovun olan ticarət mərkəzi həm dövlət qurumlarını, həm də sahibkarları aldadır, “qoçuluq” edir: “Belə ki, bizim ödədiyimiz icarə haqqını onlar dövlətə təqdim etdikləri sənədlərdə azaldır və bununla vergidən külli miqdarda yayınmalar edirlər. Vaxtilə bu obyektləri icarəyə götürəndə 100-150 min manat ”şirinlikləri" şirkətin təmsilçisinə vermişik. İndi deyirik ki, əgər obyekti bizə icarəyə verməkdən imtina edirsinizsə, verdiyimiz 100-150 min manatı geri qaytarın, ondan da imtina edirlər. Məqsədləri odur ki, bu obyektləri yenidən 200-300 min manat alıb, icarəyə versinlər, icarə haqlarını da bahalaşdırsınlar".
Sahibkarlar deyir ki, Bakıdakı digər yeraltı keçidlər də Ziya Məmmədovun oğlu Anar Məmmədovun monopoliyasındadır: “”Beşmərtəbə"dəki - “Azdrama”nın qarşısındakı keçiddə olan obyektlər də Anar Məmmədova məxsusdur. Azərbaycan hakimiyyətinə, dövlətinə zərbə vuran Anar Məmmədov hazırda qaçıb xaricə getsə də, bütün obyektlərdən yığılan pullar indi də ona göndərilir".
İnternet resurslarında qısa bir incələmə aparanda məlum oldu ki, “Royal İstate” şirkətinin adı böyük maxinasiyalarda da hallanır. Belə ki, “Royal İstate”nin Virciniya adasında “Montgomery İndustreis” LTD şirkətinin törəməsi adı ilə ofşor qeydiyyatı haqda ötənlərdə xeyli yazılıb.
Ən mühüm məqam isə odur ki, hələ də Ziya Məmmədovun nəzarətində olan “28 May” metro stansiyası ətrafındakı keçid məhz dövləti vəsaiti ilə tikilib və bu gün həmin yeri Məmmədovlar öz dədə mülkləri kimi istifadə edirlər.
Sahibkarların sözlərinə görə, Məmmədovların, faktiki olaraq onların təmsilçisi Anar Novruzovun bir fırıldağı da ondan ibarətdir ki, icarədarlarla müqavilə blankında şirkətin adı “Royal İstate” kimi göstərilir. İndi isə icarədarlara göstərilən saxta müqavilələrdə şirkətin adı “Royal Estate” qeyd olunur. Belə başa düşülür ki, Ziya Məmmədov dolandırıcılıq, diqqətdən yayınmaq məqsədilə şirkətin adına da “bir balaca” əl gəzdirib.
Sahibkarların sözlərinə görə, dövləti milyardlarla manat ziyana salan, ölkə boyunca yol çəkilişləri zamanı ayrılan vəsaitlərin azı 50 faizini mənimsəyən və buna görə məsuliyyətə cəlb edilməli olan Ziya Məmmədov və qohumları faktiki olaraq yenidən “dirilərək” “at oynadırlar”: “”Royal Estate" şirkətinin icraçı direktoru onun bacısının kürəkəni Anar Novruzovdur. Şirkəti qeyri-rəsmi o və Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə idarə edir. Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov isə burada qeyri-rəsmi baş maliyyəçidir. Bu, həmin Davud Əfəndizadədir ki, Ziya Məmmədov nəqliyyat naziri olarkən Bakı Sərnişindaşıma Nəqliyyat İdarəsinin rəisi vəzifəsini tuturdu. Bakıda keçirilən Avropa Oyunları zamanı 3 əcnəbi vətəndaşın avtobusun altına qalması da yaddaşlardadır. Həmin avtobus şirkətini Davud Əfəndizadə himayə edirdi və bu hadisə birbaşa təxribat idi. Dövlətə bu qədər ziyan vuran adamlar yenə də meydan sulayırlar. Biz onların əməlləri ilə bağlı dövlət başçısına, hüquq-mühafizə orqanlarına müraciət edib, bu qanunsuzluqların araşdırılması, Məmmədovların növbəti özbaşınalıqlarına son qoyulması üçün yardım istəyəcəyik". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Dünən, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Dünən, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Dünən, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Dünən, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Dünən, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Dünən, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Dünən, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Dünən, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Dünən, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Dünən, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Dünən, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Dünən, 08:51 |
|
|
|
|