Rüfət Aslanlının həbsi aktuallaşır... – ilginc korrupsiya faktları
Tarix: 24-10-2018, 08:56 | Çap et
Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlı barədə hər gün yeni məlumatlar aşkarlanmaqdadır. Onun harın həyat tərzi, bahalı avtomobilləri, müxtəlif saatları və sair barədə ölkə mətbuatında çoxsaylı materiallar dərc olunur.
Həmin materiallardan aydın olur ki, sabiq Palata rəhbəri çox dəbdəbəli həyat tərzi keçirib, bahalı aksesuarlara, əyləncə və gəzintilərə külli miqdarda pullar xərcləyib. Məsələn, haqqın.az saytının yaydığı son məlumatdan R.Aslanlının Londonda bir hoteldə qalmağa minlərlə funtsterlinq xərclədiyi ortaya çıxır. Belə ki, 2016-cı ilin avqust-oktyabr aylarında Palata rəhbəri olaraq o, Londonun “Windzor Suite” hotelində qalmağa bir dəfə 3600, ikinci dəfə isə 4300 funtsterlinq pul xərcləyib. Ödənişləri isə özünün “Lloyds Bank PLC”dəki hesabından icra edib. Bundan əlavə, R.Aslanlı Beynəlxalq Bankın sabiq direktoru Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bazarlıq etdiyi “Harrods” adlı ticarət mərkəzindən böyük məbləğdə alver edib. Belə ki, 2016-cı ilin 2 sentyabr tarixində onun kart hesabından həmin ticarət mərkəzi üçün 31 min 435,15 dollar çıxılıb. Elə həmin gün həmin ticarət mərkəzində R.Aslanlı daha 40 min 561 dollar xərcləyib.
Habelə, 2017-ci ilin yanvarında o, İsveçrədəki “Michaud Verbier SA” cəvahirat mağazasından bir gündə 104 min 545,44 dollarlıq alış-veriş edib.
Göründüyü kimi, R.Aslanlının xərcləmələri onun statusu, aylıq vəzifə maaşı ilə müqayisədə yüz dəfələrlə yüksək məbləği əhatə edir. Bu məlumatların açıqlanması R.Aslanlının həbsinə səbəb ola bilərmi? Onun barəsində xərcləmələri və əmlakı ilə bağlı iş qaldırıla bilərmi?
Rüfət Aslanlı banklardakı qeyri-sağlam durumu normala salmağa məsul edildiyi halda, onun özünün maliyyə sektorunda korrupsiyaya qurşanması məsuliyyətini ikiqat artırır.
Suallara cavab verən hüquqşünas-ekspert Əkrəm Həsənov deyir ki, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət sayılmır: “Yəni cinayət deyil, ümumiyyətlə, buna görə məsuliyyət nəzərdə tutulmur. Məsələn, Böyük Britaniyada 50 min funtsterlinqdən artıq olan əmlak barədə mənbəyinin göstərilməsi tələb olunur. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevaya qarşı bu qanun əsasında iş qaldırılıb. Mənbəyini sübut edə bilməsə, əmlakı əlindən alınacaq. Bizdə isə bununla bağlı heç bir norma yoxdur. Heç Azərbaycanda dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsi qaydası da yoxdur. Daha doğrusu, bununla bağlı müəyyən işlər görülsə də, uzun illərdir proses yubadılır. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir”.
Hüquqşünas bildirir ki, Azərbaycanda insanlar, o cümlədən keçmiş vəzifəlilər konkret əməllərə görə cəzalandırılır: “Məsələn, korrupsiyaya görə cəzalandırma olur, yaxud mənimsəmə, rüşvət alma faktlarına görə olur. Rüfət Aslanlıya gəlincə, Palataya rəhbərlik etdiyi dövrdə baş verən bir sıra faktlara görə onun barəsində cinayət işinin qaldırılması mümkündür. Məsələn, ”Bank Standard"ın sağlamlaşdırılması adı ilə xeyli miqdarda vəsaitin hara getdiyi məlum deyil. Belə ki, Mərkəzi Bankdan bu bankın sağlamlaşdırılması üçün 115 milyon manat götürülüb. Sənədlərdə göstərilir ki, guya bu məbləğin 75 milyon manatı “StandardBank”ın əmanətçilərinə ödənilib. Mən bu gün “StandardBank”ın Kreditorlar Komitəsinin sədriyəm. O bankda pulu qalan 44 min fiziki və hüquqi şəxsi təmsil edirəm. Bu şəxslər bildirirlər ki, bizə heç nə verilməyib. Bəs onda bu pul kimə verilib? 2016-cı ilin mayından sentyabrınadək “StandardBank”ın sağlamlaşdırılması prosesi gedib. Bu prosesə Maliyyə Bazarlarına Nəzarət Palatası, Palataya isə Rüfət Aslanlı rəhbərlik edib".
Ə.Həsənov bildirir ki, əslində R.Aslanlının rəhbərlik etdiyi Palata “StandardBank”ın sağlamlaşdırılmasını da qanunsuzluqlarla icra edib: “Sağlamlaşdırma üçün plan hazırlanmalı və Nazirlər Kabineti tərəfindən təsdiqlənməli və qərar verilməli idi. Palata belə bir qərar olmadan sağlamlaşdırmaya başlayıb. Bundan əlavə, sağlamlaşdırma prosesi müddətində heç bir əmanətçiyə banka qoyduğu əmanəti götürməyə icazə verilmirdi - Rüfət Aslanlının əmri ilə. Bu halda Mərkəzi Bankdan alınan pullar hansı əmanətçilərə verilib? Habelə, sağlamlaşdırma getdiyi 5 ay ərzində ”StandardBank"da hər ay 30 milyon manat “itib”. Bu, Ali Məhkəmənin təsdiq etdiyi ləğv planında əksini tapan faktdır. Bu pullar hara gedib? Dəfələrlə bu sualları vermişəm, cavab verən yoxdur. Düşünürəm ki, bu faktlar üzrə cinayət işi qaldırılıb, günahkarlar cəzalandırılarsa, onların arasında Rüfət Aslanlı da ola bilər". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|