Həkimlə hakimin birgə HOQQABAZLIĞI... - GİLEY
Tarix: 9-10-2018, 09:39 | Çap et
Rubrika.Az saytına müraciət edən Cəmil Ələkbərov üzləşdiyi dələduzluq faktından şikayətçidir. Uzun müddətdir ki, bir neçə nəfər tərəfindən aldadılmasına, dələduzluq faktının təkzibolunmaz dəlillərlə sübuta yetirilməsinə baxmayaraq məhkəmələrin işi birtərəfli qaydada apardığını, dələduzları müdafiə etdiyini bildirən şikayətçi ölkə başçısından kömək istəyir. “Bakı Medikal Plaza Klinikasının sabiq baş həkim müavini işləyən Qasımov Feyzulla Apo oğlu və qanunsuz hüquq xidmətləri göstərən, özünü hüquqşünas kimi təqdim edən, əvvəllər də dələduzluğa görə həbs olunan, hal-hazırda Bakı Baş Polis İdarəsində barəsində dələduzluq maddəsi ilə istintaq gedən, oğlu Rafael Qasımov məni və atamı yüksək vəzifəyə vakansiya olan yerlərə işə düzəltmək adıyla 50000 dollar pulu iş otağında məndən almışdır. Feyzulla Qasımov“əlim hər yerə çatır, Səhiyyə naziri ilə bağda tez-tez görüşürəm, oğlum Rafael hüquqşünas işləyir, sənədləşmə işlərində bizə kömək edəcək. Onun özünü də bu yaxınlarda icra başçısı qoyacaqlar, əmrin gözləyirik” deyərək bizi aldatmış, əvvəlcədən planlaşdırılmış ssenari üzrə pulumuzu almışdır. Atam Hüseyn Ələkbərova dəfələrlə Səhiyyə Nazirliyindən özünü Gülmirzə Poladov kimi təqdim edən şəxs zəng vuraraq Feyzullanın xahişi əsasında bu işlə məşğul olduğunu, nazirin də məsələdən xəbərdar olduğunu və bu yaxınlarda bizi qəbul edəcəyini bildirdi. F. Hüseynov dəfələrlə bizi nazirin qəbulu adıyla Səhiyyə Nazirliyinə göndərib, saatlarla ordagözləməli olmuşuq, sonra zəng vurub ki, nazirin qonağı var ,qəbul qaldı başqa vaxta. Gülmirzə Poladovun zənglərindən sonra Feyzullaya tam inanıb pulu ona vermişəm. Pulu Feyzullaya verdikdən dərhal sonra Gülmirzə Poladovun zəngləri kəsildi.Atamla nazirliyə getdik, G.Poladovun otağına yaxınlaşıb hər dəfə bizə zəng olunan nömrəyə zəng vuranda telefonda cavab verənin əsl G.Poladov olmadığını başa düşdük. Çünki əsl G.Poladov otağında öz müavini ilə söhbət edirdi. Biz aldadıldığımızı anladıq. Məlum oldu ki, bizə G.Poladov adıyla zəng vuran Feyzullanın hüquqşünas oğlu Rafael Qasımovdur. İfşa olduqlarını görən dələduz ata-bala yalvarmağa, pulu qaytarmaq üçün vaxt istəməyə başladılar.” Məqsədlərinə nail olmaq üçün Qasımovlar hətta Mehriban xanım Əliyevanın adından belə istifadə etməkdən çəkinməyiblər. “Feyzulla məni Natiq adlı şəxslə öz iş otağında tanış etdi, bildirdi ki Natiq Mehriban xanım Əliyevanın, nəvələrinin şəxsi cangüdəni, ailənin etibarlı adamıdır. Naxçıvan MR, Daxili İşlər Nazirliyi generalı Telman Əliyevin bacısı oğludur, mən Telman Əliyevi müalicə etmişəm. Onlarla çox yaxınam. Feyzulla dəfələrlə deyirdi ki, biz Azərbaycana silah gətiririk, G.Poladov bizdən silah istəyib, tamojnuda ləngiyir, onun hədiyyəsi çatmayıb ona görə o da bizim işi ləngidir. Natiq adlı şəxs hətta mənə silah göstərərək Feyzullanin ondan xahiş etdiyini demişdi. Feyzulladan pulumuzu tələb etdikdə isə pulun H.Eliyev Fonduna köçürdüyünü bildirdi. Sonradan məlum oldu ki, bizə Mehriban Əliyevanın şəxsi cangüdəni kimi təqdim edilən Natiq adlı şəxs, Feyzullanin və oğlu Rafaelin dostudur. Əvvəllər dələduzluga görə həbsdə yatıb. Heydər Əliyev Fondunun əməkdaşi kimin təqdim olunan Cavanşir muəllim isə taksi sürücüsü işləyir.” Aldadıldıqlarına tamamilə əmin olan şikayətçilər hüquq-mühafizə orqanlarına müraciət edirlər. “Şikayətim əsasında Xətai RPİ-də cinayət işi başlansa da cinayətkarlar azadlıqda gəzdi, necə deyərlər "kəndxudanı gör kəndi çap" prinsipi ilə öz dələduz əməllərinə davam edirdilər. Heç bir tədbir görülmədiyi üçünBakı şəhər prokuroru İlqar Abbasova müraciət etdim, 2 dəfə özunun, müavinlərinin qəbulunda oldum. İş Xətai RPİ-dən alınıb Bakı şəhəri Baş Polis İdarəsinə verildi. Müstəntiq Rauf Məmmədov işə yenidən baxaraq cinayəti tam sübuta yetirdi və dələduz Feyzulla Qasımov həbs olundu. Bundan sonra " cinayətkar dəstənin" daha bir üzvü ortaya çıxdı. Feyzullanın kürəkəni, BDU-nun hüquq fakültəsinin sabiq dekan müavini, professor Məhəmməd İmanlı prosesə qoşuldu. O daha təhlükəli bir cinayətkardır, əvvəllər Korrupsiya idarəsitərəfindən evində cinayət başında həbs edilib, külli miqdarda pul müsadirə olunub. Məhəmməd İmanlı Bakı şəhəri Baş Polis İdarəsinə gələrək müstəntiqin yanında cinayəti etiraf etdiyini və dəymiş 50 000 dollar ziyandan 20000 AZN ödəmək istədiyini, qalan pulu isə 1 aya ödəyəcəklərinə dair yazılı intizam verdi. Nəticədə mən Feyzulla Qasımovun ev dustaqlığına buraxılmasına etiraz etmədim və o ev dustaqlığına çıxdı. Lakin F. Qasımov ev dustaqlığına çıxan kimi pulu ödəməkdən qəti imtina etdi, Məhəmməd İmanlı bildirdi ki, Feyzullanı türmədən çıxarmaq üçün belə etdik, sənə veriləsi pul yoxdur. Get bildiyini elə.” Beləcə növbəti dəfə aldadılan şikayətçi yenidən məhkəmələrə üz tutmalı olub. “Beləcə dələduzlar məni növbəti dəfə aldadaraq aradan çıxmağı bacardılar. Məhəmməd İmanlı çəkinmədən deyirdi ki, hüququ mən yazmışam, mənə heç kim bata bilməz. Həkim Feyzulla, hüquqşünas oğlu Rafael Qasimov və kürəkəni professor Məhəmməd İmanlı. Hər üçü dələduzluğa görə həbs olunub, hakim qarşısına çıxarılıb, həbsxanada yatıblar. Bu ailənin necə təhlükəli olduğunu düşünmək yəqin ki çətin deyil. Məhəmməd İmanlı və Rafael Qasımov işin Ağır Cinayətlər Məhkəməsinə getməməsi üçünmənə ödəməli olduqları 57552 AZN pul əvəzinə 30000 AZN ve mülki qaydada borc müqaviləsi təklif etdilər. Mənə qarşı növbəti tələni hazırladılar. Razı olmayacağım təqdirdə bu 30000 AZN - i hansı hakimin qarşısına qoysalar Feyzullani təmizə çıxaracağını, onların sözüylə desək " açıb buraxacagini" dedilər. Lakin mən razı olmadım, bildirdim ki, nece borc müqaviləsi ola bilər ki,burada borc məsələsi yoxdur. Məhəmməd İmanlı növbəti dəfə məni aldadaraq cinayət işini mülki işə çevirmək istədi. Ağır Cinayətlər Məhkəməsində işə hakim Cavid Hüseynovun sədrliyi ilə baxıldı. Məhkəmə artıq yekunlaşıb, hökm oxunmaq ərəfəsindədir Lakin, məhkəmə qəsdən uzadılır. Dələduz Feyzulla məhkəmədə özünü sanki evindəki kimi sərbəst aparır, mənə replikalar atır, hakim isə bunlara göz yumur, Feyzullanı əzizləyir. Məhkəmənin birtərəfli aparılması isə hamıya aşkar görünür.” Şikayətçi bildirir ki,bu cinayət işiylə bağlı 15 nəfər şahid qismində dindirilib. Hamısı Feyzullanı ifşa edirlər. Səs yazıları belə təqdim olunub, ekspertiza rəyindən keçib. Feyzulla tərəfindən isə bir nəfər də olsun belə şahid yoxdur. Şikayətçi qeyd edir ki, qarşı tərtəf onu təhdid etməkdən belə çəkinmir : “Rafael Qasimov un sözü burda yerinə düşür. O, mənə deyir ki, Cəmil 30000 manat pulu götürüb bizdən əl çək, Məhəmməd İmanlı professordu, hüquq məhkəmə işçiləri hamısı onun tələbələri, dostlarıdır. Bu pulları hansı hakimin "qabağına atsa" atamı buraxacaq. Bəli, deyəsən burada Məhəmməd İmanlının sözünü tuturlar, görünür o hakimin "qabağına dediyini atıb". Əks təqdirdə biz zərərçəkmiş tərəf kimi dəfələrlə vəsatət verdik ki, ev dustaqlığı ləğv olunmalıdır. Çünki Feyzulla verdiyi 20000 AZN pulu ödəniş kimi yox, məhz ev dustaqlığına çıxmaq üçün məni növbəti dəfə aldatmaq üçün verib. Bunu məhkəmə zamanı hakimin sualına cavab verərkən deyir- Cinayəti boynuma almıram, 20000 pulu mən qaytarmadim, kürəkənim Məhəmməd verib, özü də çox nahaq yerə verib.” Şikayətçi cənab Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək yardım istəyir: “Məhkəmələr birtərəfli qaydada dələduzları müdafiə edirlər. Cinayət işi təkzibolunmaz faktlarla sübuta yetirilsə də sanki gözəgörünməz bir güc dələduzları himayə edir. Məgər qanunlar bir neçə nəfərin iradəsindən zəifdirmi? Tələb edirəm ki, ev dustaqlığı ləğv edilməli, Feyzulla Qasımov dərhal həbs olunmalıdır. Mənədəyən ən ziyan tam ödənməlidir. Cinayət əməlinə hüquqi qiymət verilməsi üçün iş nəzarətə götürülməlidir. Məhəmməd İmanlı çəkinmədən deyir ki, hakim bizim adamdır, işi sifarişlə ona verdirdim. Hakimin yaxın adamı Bakı şəhəri Baş Polis idarəsində işləyir, O da bizə kömək etdi. Atasına bizi tapşırdı. Cinayətkarlara gəlir mənbəyi kimin baxan "dırnaq arası " hakimlər cəzalandırılmalıdır. Ötən 10 ilin statistikasına baxdıqda dələduzluq cinayətləri 3 dəfə artıb. Səbəbin isə dələduzlara cəza kəsən hakimlərdə axtarmaq lazımdır. Deməli, dələduzlara lazımi cəza verilmir, sərbəst buraxılır, növbəti cinayətin baş verməsinə zəmin yaratmış olurlar. Tələb edirəm ki, mütəşəkkil dəstənin üzvləri dərhal həbs olunsunlar. 1. Qasımov Feyzulla Apo oğlu. Nədənsə iş otağınin qarşısında Apo yox Ələkbər oğlu yazılmışdır. Atasının adını belə dəyişməklə masqalanmaga çalışıb. “Bakı Medikal Plaza” Klinikasının sabiq baş həkim müavini. 2. Qasımov Rafael Feyzulla oğlu. " Fetoçudur". Əvvəllər dələduzluğa görə həbs olunub. Hal-hazırda Bakı şəhər Baş Polis idarəsində istintaq gedir. Qanunsuz hüquq xidmətləri göstərir. Azərbaycan bayrağı meydanında, Təhsil nazirliyində işləyib. Əməllərinə görə qovulub. 2. Kürəkəni Məhəmməd İmanlı.. BDU-nunhüquq fakültəsinin sabiq dekan müavini. Professor. Dələduzluğa görə Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindənevində cinayət başında həbs olunub. 4. Məmmədov Natiq-residivist, dələduz. Hal-hazırda axtarışdadır. İnanıram ki, cinayətkarlar tezliklə öz layiqli cəzalarına çatacaq, başqalarının da onların əməllərindən ziyan çəkməməsi üçün qanunların bütün sərtliyi tətbiq olunacaqdır. Dövlətimizin, hüquq-mühafizə orqanlarının imicinə ləkə vuraraq dəstə üzvlərini himayə edənlər də öz layiqli cəzalarını alacaqlar. “
Azərbaycanda hüquqi sistemin təkmilləşdirilməsi üçün son illər əsaslı islahatlar aparılıb. Lakin, təəssüflər olsun ki, hələ də ədalət prinsiplərindən uzaq olan, öz şəxsi maraqlarını üstün tutan şəxslər hüquq-mühafizə orqanlarında qalmaqdadır. Məhz belələrinin himayədarlığı ilə F. Qasımov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə bu gün azadlıqdadır, öz əməllərini sərbəst şəkildə davam etdirirlər. Qeyd edək ki, belə çirkin hallardan biri də digər zərərçəkənin Maşallah Bayramovun oğlunu Prezident Aparatına işə düzəltmək adl ilə 34.000 ABŞ dolları pul almışlar. Həmin dəstə Bakı Baş Polis İdarəsində mözvu ilə bağlı istintaq gedir. Lakin şikayətçilərin bildirdiyinə görə, onlara məlum olmayan səbəbdən “istintaq işi” uzadılır. Əgər tez bir zamanda onların əməllərinə son qoyulmazsa hələ çox insanlar dələduzluğun qurbanı olacaqlar. Unutmayaq ki, cinayətkar dəstənin üzvləri qədər onları himayə edənlər də məsuliyyət daşıyırlar. Qeyd etdiyim kimi dələduz dəstənin üzvləri öz əməllərini həyata keçirmək üçün yüksək vəzifəli şəxslərin, hətta Heydər Əliyev Fondunun adından belə istifadə edirlər. Bu onların nə qədər qorxunc bir qüvvə olduğunu, heç nədən çəkinmədiyini göstərir. Dövlət qurumlarının, Heydər Əliyev Fondunun adına ləkə vuran qruplaşmanın üzvləri tezliklə öz layiqli cəzalarını almalıdırlar!“
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|