Buralarda səhiyyə sisteminin anası ağlar günə qalıb... - İTTİHAM
Tarix: 3-10-2018, 09:25 | Çap et
Akademik Zərifə Əliyeva adına Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında yaşanan acınacaqlı durumun varlığı, bu gün də əksər mətbu orqanların toxunduğu mövzulardan biridir. Baxmayaraq ki, bu günə kimi rayonun səhiyyə sahəsində hökm sürən acınacaqlı durumun varlığı haqda bir neçə dəfə tənqidi açıqlamalar dərc etmişdik. Hətta, aidiyyəti qurumları baş verənlərlə bağlı lazımınca məlumatlandırsaq da, nədənsə Ramiz Pirverdiyevin rəhbərlik etdiyi bu sahədə “haqq-ədaləti” bərpa etmək mümkün olmadı. Bir neçə gün bundan əvvəl yerli sakinlərdən bir neçəsi “Gündəm Xəbər”ə bildirdilər ki, Gədəbəy MRX-da yaşananlar, bəlkə də ölkəmizin qərb zonasında fəaliyyət göstərən səhiyyə ocaqlarından heç birində yaşanmır. Çünki, adı çəkilən rayonun səhiyyə ocağında hər bir müayinə və müalicənin konkret “toskı”sı var. Düzdür, xəstəxana bir neçə il bundan əvvəl əsaslı təmir olunub nələr dəyişdirilsə də, dəyişdirilməyən baş həkim cənab Ramiz Pirverdiyevin “daxili konstitusiyası” oldu. Çünki, həmin “konstitusiyada” görüləcək hər işin konkret dəyəri müəyyən olunub. Yəni hansısa şöbə müdiri, hansısa həkim, hansısa tibb bacısı və yaxud da texniki işçilərdən biri müəyyən olunmuş “sərhəddi” pozarlarsa, o halda həmin şəxsin baş həkim tərəfindən cəzalandırılması qaçılmaz olacaq. “Gündəm Xəbər”ə çatdırılan məlumatlarda o da qeyd olunur ki, rayonun təcili-tibbi yardım stansiyasında sıravi sürücü işləyən İlqar adlı şəxs, bu gün əsl söz sahibidir. Belə ki, o, MRX-nın baş mühasibi vəzifəsini daşıyan Səkinə xanıma bağlı şəxs olduğundan, istədiyi yaxın qohum-əqrəbasını xəstəxanada işə düzəltdirə bilir. Bir sözlə o, olduqca hörmətli şəxs olduğundan sözü-söhbəti baş həkimin yanında keçərli olur. Amma, belə bir hörmət-izzətin bəzi incəlikləri var ki, onu da müəyyən çevrə bilir. Yəni, adını çəkdiyimiz bu İlqar adlı şəxs xəstəxana daxili yeyintilərdən dəqiq məlumatlı şəxs olduğundan, baş həkim onun qarşısında bir növ duruş gətirə bilmir və şərtlərinə əməl etməyə də məcbur olur. Ona görə də, hələ ki, baş həkim bu şəxsin istəkləri ilə oturub-durmağa möhtacdır. Bundan əlavə, xəstəxananın balansında olan “UZİ” aparatından biri poliklinikadadır və onu MRX-nın baş mühasibi olan Səkinə xanımın gəlini işlədir. Biri isə, Səkinə xanımın evindədir ki, onu da gəlini hər həftənin altıncı-bazar günləri evlərində işlədir. Hər “UZİ”yə düşməyin haqqı 20 AZN-dir. Hər iki aparatdan hər kəsə pulsuz xidmət göstərmək məqsədilə istifadə olunmalı olduğu halda, təəssüflər olsun ki, hər iki “UZİ” aparatından Səkinə xanım gəlir əldə etmək məqsədilə istifadə etdirir. Bu da hüquqi nöqteyi-nəzərdən heç cür yolverilməz haldır. Baş mühasib vəzifəsini daşıyan Səkinə xanım bu ilin iyun ayında işə gəlməsə da, çox keçmədi ki, onu işinə qaytarırlar. Əldə etdiyimiz məlumatlara görə, bunun bir çox özəl səbəbləri olub. Diqqəti cəlb edən olaylardan biri də, Gədəbəyin səhiyyəsində yaşanan digər problemlərin varlığıdır. Bu haqda da məlumatlı mənbə “Gündəm Xəbər”ə bildirib ki, rayonun səhiyyə ocaqlarında xəstələrə verilməli olan ərzaq məhsulları, geyim formaları, müxtəlif dərman və preparatlar, lazımi avadanlıqlar onlara verilmədiyindən, hətta bir çox təminolunmalar ödənilmədiyindən, bu gün atılan addımlar çoxsaylı xəstələrin haqlı narazılığına səbəb olmaqdadır. İmtiyazlı xəstələrə verilən dərman preparatlarının “qeybə çəkilməsi”, daha dəqiq desək, rayonun mərkəzi ərazilərindəki apteklərdə satdırılması və s. Ramiz Pirverdiyevin idarəçiliyinə lazımi qiyməti verməyə imkan verir. Faciə odur ki, yaşananlar baş həkimin gözləri qarşısında baş verir, birbaşa onun diqtəsi ilə həyata keçirilir. Ramiz Pirverdiyev isə ictimai qınaqdan ehtiyat etmir və gündəlik Gədəbəy səhiyyəsini uçurumun astanasına sürükləməkdə davam edir. Mərkəzi xəstəxananın bir növ inhisarda saxlanması da, daha çox müzakirə olunan mövzulardandır. Məsələn çatdırılan məlumatlara görə, MRX-nın şəkər şöbəsinə müdirlik edən Əlviz həkimin oğlu Səbuhinin ali təhsili yoxdur. O, özü ilə ora-bura gəzdirdiyi diplomunu saxta yolla Elşad Abdullayevin rektoru olduğu Beynəlxalq Universitetdən alıb. Bundan əlavə o, həqiqi hərbi xidmətdə olmayıb və xəstəlik adı altında, hətta özünə saxta yolla hərbi bilet də düzəltdirib. Bu gün o, rayonun Saratovka kəndində yerləşən xəstəxanada yarım ştat cədvəli üzrə də həkim işləyir. Səbuhi rayonun PŞ-nin qarşısında özünə qırmızı şiferlə bir villa tikdirib, gəl görəsən. Mehdi Quliyev küçəsində isə, özünə yeni bir ev alıb və onu kirayəyə verib. Bu gün o, şəkər xəstəsi olmayanlara xəstəlik kağızı düzüb qoşur ki, həmin şəxslər pensiya ala bilsinlər. Bu şəxs xəstələrdən 20 manat pul almamış, şəkərə aid olan aparatları onlara vermir. Əgər lazımi yoxlamalar aparılsa, o halda Səbuhinin xəstə olmadığı aşkara çıxar və onun məqsədli şəkildə həqiqi hərbi xidmətdən yayınması da bəlli olar. Hal-hazırda bu şəxsin 100 ədəd arısı və 14 min manat dəyərində ağ rəngli “NİVA” markalı avtomobili var. Rayonun Miskinli kənd xəstəxanasındakı biabırçılıqların da həddi-hüdudu yoxdur. Yəni, burada elə bir yeyintilərə yol verilir ki, eşidib bilən hər kəs sanki dəhşətə gəlir. Belə ki, bu xəstəxananın baş həkimi qadın olsa da, onu heç zaman iş başında tapmaq olmur və onun görməli olduğu işləri, Miskinli kəndində müəllim işləyən həyat yoldaşı Duman müəllim aparır. Eyni zamanda o, lazımi sənədlərə saxta yolla imzasını da atır. Xəstəxana dörd kənd sakinlərinə xidmət etmək məqsədilə tikilib. Vəziyyətin belə bir hal almasına əsas səbəb, ştat cədvəli üzrə Miskinli kənd xəstəxanasında baş həkim vəzifəsini daşıyan şəxsin Rüfət Aslanlının əmisi qızı olmasıdır. Hazırda xəstəxanada heç bir televizorun, kompyuterin, xolodelnikin və s-in olmasından söhbət gedə bilməz. Yəni, verilən nə olubsa hamısı satılıb və əldə olunan pullara Duman müəllim özünə 19 min manat dəyərində “ŞEVROLET” markalı niva maşını alıb.
P.S. Bu gün Gədəbəy səhiyyəsinin acınacaqlı durumu daha çox müzakirəyə ehtiyacı olduğundan, bir mətbu qurum olaraq problemlərin varlığına bundan sonra da diqqət yetirəcəyik. O halda hər kəsə bəlli olacaq ki, adı çəkilən rayonun səhiyyəsi ilə bağlı artıq əməli addımlar atmağın zamanı çatıb. Mövzu diqqətimizdədir. GundemXeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|