Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                 

Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq... - İnam Kərimovu narahat etməli olan MƏNZƏRƏ
Tarix: 25-08-2018, 10:36 | Çap et
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...
Bir neçə gün öncə Astara rayonunun Şüvi kənd sakini Şaban Məmmədova məxsus fermer təsərrüfatında 100-ə yaxın iribuynuzlu heyvanın kütləvi şəkildə tələf olması barədə məlumat vermişdik. Kənd sakini bildirmişdi ki, heyvanları gənə əleyhinə dezinfeksiya edildikdən sonra zəhərlənib. Dünən səhər saatlarında isə qonşu Şuvaş kəndində daha 8 inək eyni səbəbdən zəhərlənib.

Heyvanları ölmüş Şuvaş kənd sakini Firdovsi Mahmudov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, ilk dəfədir belə hadisə ilə üzləşir: “Dünən səhər saat 07:30-da yoldaşım heyvanları gənələrə qarşı dezinfeksiya etdi. 10 dəqiqə keçməmiş isə bütün inəklərin zəhərləndiyini dedi. Gəlib gördüm ki, 3-4 buzov həyətdə o baş-bu başa qaçır, dilləri ağızlarından sallanıb və ağızları köpüklənir. Sonra isə hərəsi bir tərəfə yıxılıb çabalamağa başladı”.

F.Mahmudov bu hadisə ilə bağlı Rayon Baytarlıq İdarəsinə də müraciət etdiyini qeyd edib: “İdarədən bizə dərmanı dozadan artıq istifadə etdiyimizi dedilər. Bu işlə birinci il deyil ki, məşğuluq, gözümüzü açandan həyətimizdə mal-heyvan saxlamışıq. Bu illər ərzində də belə fəsadla qarşılaşmamışıq. İlk dəfə deyil ki, dozasını bilməyək. Bu il də hər il olduğu kimi dərmanlamışıq. Kim istəyər ki, öz heyvanına ziyan vursun?”

Kənd sakini 8 baş inəyinin zəhərləndiyini, onlardan 5-nin öldüyünü, 3-nün isə xilas edildiyini deyib: “İş orasındadır ki, dünən heyvan 8-10 dəqiqə ərzində ölüb, ancaq heyvanların üstündəki gənələr dünəndən bəri ölməyib. Mənə deyirlər ki, dərman sovrulandan 12 saat sonra ölür. Qonşu kənd sakininin inəkləri isə 3 sutkadır zəhərlənib, amma onların üstündəki gənələr də hələ ölməyib”.

Şikayətçi onu da əlavə edib ki, istifadə etdikləri dərman müxtəlif qablaşdırmada olsa da, tərkibləri eyni olub: “Mənim istifadə elədiyim dərman ampula şəklindədir, qonşu kənddə istifadə edilən isə litrlik qabda olub, ancaq eyni tərkibdədirlər. Qida Təhlükəsizliyi Agentliyindən gəlib həmin dərmanı yoxladılar, dedilər ki, bu dərman İordaniya istehsalıdır, 2016-cı ildən isə ölkə ərazisində satışı qadağan olunub. Həmin dərmanı rayon apteklərinin birindən almışdım. Bundan əvvəllər də istifadə eləmişdim, amma belə fəsadlar olmamışdı”.

F.Mahmudov tələf olan heyvanlardan götürülmüş nümunələri Lənkəranda yerləşən laboratoriyaya aparıb. İddia etdiyinə görə, orada qəribə cavabla qarşılaşıb: “Laboratoriyada məndən diri balıq gətirməyimi istədilər. Təəccüblə diri balığın nəyə lazım olduğunu soruşdum. Bildiriblər ki, ölmüş heyvanların ətindən balıqlara yedirəcəklər və sonra onları yoxlayacaqlar. Alınan nəticəni isə gələn həftənin 1-2-ci günləri mənə deyəcəklər”.

“İndi digər həmkəndlilərimiz də heyvanlarını dezinfeksiya etməkdən qorxur. Hazırda heyvanlarda bəs deyən qədər gənə var və heyvanları talayır. Dünən Baş Baytarlıq İdarəsindən də mütəxəssis gəlmişdi, ona bu barədə də məlumat verdim” – deyə kənd sakini vurğulayıb.

Bir neçə gün 100-ə yaxın heyvanı tələf olan fermer Şaban Məmmədov da Sputnik Azərbaycan-ın bölgə müxbirinə hadisə barəsində ətraflı məlumat verib. Bildirib ki, həmin gün xilas edilən inəklərdən biri də tələf olub: “Nə qədər köməklik göstərdiksə, xeyri olmadı. Sağ qalan heyvanlara da nəsə olub. Fermanın ərazisinə gəlmirlər, insanları görən kimi qaçırlar. Hələ ki, heyvanlar normal vəziyyətdə deyil”.

Fermer zəhərlənmiş inəklərini kolbasa sexlərinə verməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Mənə şər atırlar, xəstə inəyimi belə, heç vaxt kolbasa sexinə verməmişəm, o qalmışdı ki, zəhərlənib ölmüş malları. Mən bilirəm ki, kolbasanı bizim xalq yeyir”.

O qeyd edib ki, heyvanların basdırılması Rayon Baytarlıq İdarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib: “Öz vəsaitim hesabına ekskavatorlar gətirdim, dərin çalalar qazdırıb heyvanları dezinfeksiya edilmədən basdırdıq”.

Fermerin iddia etdiyinə görə, ona şifahi olaraq, dezinfeksiya üçün istifadə etdiyi dərmanın 2016-cı ildə ölkə ərazisinə gətirilməsinin qadağan olunduğu bildirilib: “2016-cı ildən 2 il vaxt keçməsinə baxmayaraq, indi də bu dərmanlar satışdadır, indi də bu fəsadlar başımıza gəlib. Xahiş edirik ki, bununla bağlı bir tədbir görülsün”.

Ş.Məmmədovun sözlərinə görə, Rayon Baytarlıq İdarəsi onu özbaşına dərman almaqda və dərmandan dozasından artıq istifadə etməkdə ittiham edir: “Bunun dərman dozası ilə heç bir əlaqəsi yoxdur. Burda ancaq biz fermerləri günahkar çıxarmaq istəyirlər. Mən 100% əminəm ki, bu dərmanın tərkibində kimyəvi təsir var. Özbaşına dərman almağıma gəldikdə isə, gətirib bizə dərman, texnika versinlər. Biz də pulumuzu ora-bura xərcləməyək, özümüzə ziyan vurmayaq”.

“Gedək dövlətdən dərman alaq, dövlətin texnikasını gətirib heyvanları çimizdirək. Nə dərman verirlər, nə də texnika. Bir xəstəlik düşən kimi də gəlib ağzımızdan vururlar ki, “biz bu işin qaydasını bilirik, siz heç nə bilmirsiniz” – deyə fermer əlavə edib.

Məmmədov təsərrüfatından bir neçə baş qoyun da saxlayır. Dediyinə görə, artıq qoyunlardan da biri xəstələnərək ölüb. Bir neçəsində isə xəstəlik əlamətləri yaranıb. O, qoyunlarının zəhərlənmiş inəklərin öldüyü ərazilərdə otlayaraq zəhərləndiyindən şübhələnir.

Astara şəhəri ərazisində yerləşən bir neçə baytar aptekinə baş çəkib, kənd sakinlərinin dezinfeksiya üçün istifadə etdikləri sözügedən dərmanla maraqlandıq. Lakin heç bir aptekdə həmin dərman olmadı. Bizə həmin dərmanın satışının qadağan edildiyi bildirildi.

Sputnik Azərbaycan baş vermiş hadisəyə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin də münasibətini öyrənib. Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib ki, Şaban Məmmədov böyük bir təsərrüfat sahibidir: “Baytarlıq qanunvericiliyinə görə, həmin vətəndaş baytar həkim saxlamalı idi və baytar həkiminin iştirakı ilə həmin heyvanlar çimizdirilməli idi. Təəssüf ki, sahibkar bu qaydalara əməl etməyib, həmçinin çimizdirmə üçün tələb edilən dərmanı resept yazılmadan, özbaşına aptekdən alıb və özbaşına çimizdirmə aparıb. Bunun nəticəsində də 78 baş heyvan tələf olub”.

Yolçu Xanvəli bildirib ki, həm götürülən patoloji materiallar, həm də çimizdirmədə istifadə edilən kimyəvi maddədən götürülən nümunələr Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına göndərilib: “Müayinələr başa çatdıqdan sonra tam bəlli olacaq ki, bu, necə baş verib. Amma sahibkarın verdiyi izahata görə, o normadan artıq kimyəvi maddədən istifadə edib”.

Astara Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölmüş inəklərin cəsədlərindən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran Sınaq Laboratoriyasına göndərilib: “Həftənin 1-ci günü gələn cavablardan sonra dəqiq səbəb bəlli olacaq. Əgər doğrudan da dərmanın tərkibində nəsə varsa, bizə də aydın olsun. Bizə də maraqlıdır, o dərmanın tərkibində nə var ki, heyvanlar zəhərlənib?”

“Hər iki fermer gənəyə qarşı 60%-lik “Diozolin” tərkibli dərman vasitəsindən istifadə etdikdən sonra inəkləri tələf olub. İnəkləri dərmanlayan şəxsləri danışdırdıq. Bəlli oldu ki, 10 qramlıq ampulanın içərisindəki dərmanı suya həcmini bilmədən, gözəyarı qatıblar. Halbuki, ampulanın üzərindəki təlimatda yazılıb ki, 1 milli litr dərman vasitəsi 2 litr suya qatılmalıdır” – deyə qurum rəsmisi deyib.

İdarə rəisi onu da qeyd edib ki, tələf olmuş heyvanlar sahibləri tərəfindən basdırılsa da, ərazi İdarə əməkdaşları tərəfindən dezinfeksiya edilib.

Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...
Belə davam edərsə, qucağına almağa cücə də tampayacaq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru