"25 hektar pambıq sahəmizi nə üçün külə döndərirlər?" - GİLEY
Tarix: 4-08-2018, 09:21 | Çap et
Ağdam rayon Əfətli kənd sakini Məmmədov Zöhrab Allahverdi oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına şikayət ünvanlayıb. Qlobal.az elektron poçtuna göndərilmiş şikayəti olduğu kimi təqdim edir: "Hörmətli Prezident! Mən dəfələrlə aidiyyatı qurumlara, Ağdam rayon İcra Hakimiyyətinə, Ağdam Mexaniki Suvarma İdarəsinin işçilərinə və Ağdam rayon Kənd Təsərrufatı İdarəsinin rəisi Teyyub Nəcəfova müraciətlər etmişəm ki, mənim Əfətli kəndinin yuxarı hissəsində, ermənilərlə təmas xəttinin altında dövlət fondunda olan və pambıq əkilmiş torpaqların bir hissəsində (təxminən 25 ha) mən də 2.5 ha pambıq əkmişəm. Ümumilikdə həmin 25 ha torpaq sahəsinin, yəni pambıq əkilmiş sahənin suvarılması üçün su yoxdur. Biz həmin pambıq çiyidini demiyə, arat olunmamış sahəyə əkmişik və hal-hazırda suyun olmaması ucbatından suvara bilmirik. Ancaq fakt ondan ibarətdir ki, su olmamasına görə həmin pambıq sahəsini suvara bilmirik! Hörmətli Prezident! Əkmiş olduğum pambıq sahəsinin suvarılması üçün pambıq sahəsinin yaxınlığında subartezian quyusu var. Ancaq Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri H.Əzimzadə həmin quyunun silindiyini bildirir. Həmin 25 ha sahənin suvarılması üçün artezian quyusu ola-ola bizim pambıq sahələrimiz nə üçün yanmalıdır? Cənab Prezidentimizin kənd təsərrüfatının inkişafı üçün vermiş olduğu sərəncamlara Ağdam Mexaniki Suvarma İdarəsinin rəhbərliyi nə üçün əməl etmir və biz kəndçilərin 25 hektar pambıq sahələrimizi nə üçün külə döndərir? Sizlərə pambıq sahəmizin əvvəlki və indi vəziyyətinin video və fotoşəkillərini göndərirəm. O şəkillərə baxanda yəqin ki, bu məsələdə günahkar olan məmurlar haqqında aidiyyatı qurumlar lazımı ölçü götürəcəklər. Hörmətli Prezident! Mənim dəfələrlə etmiş olduğum müraciətlərimə Ağdam rayonunda məhəl qoyan yoxdur. Cənab Prezidentimiz bütün çıxışlarında qeyd edir ki, kənd təsərrüfatının inkişaf etdirmək lazımdır. Biz kəndçilər də cənab prezidentimizin çıxışlarına qoşularaq torpaq sahələrində pambıq əkmişik. Ancaq həmin pambıq sahələrimizi (25 ha pambıq sahəsini) Ağdam rayonundakı məmurlar susuzluqdan yandırırlar. Biz sakinlər nə edəcəyimizi bilmirik. Bu məsələ ilə bağlı mən 2018-ci ilin iyul ayında Ağdam məhkəməsinə müraciət edərək, iddia ərzəsi qaldırdım. Ancaq Ağdam rayon Məhkəməsi mənim iddia ərzəmə baxmaqdan imtina etdi və mənə şəxsən bildirdi ki, bu məsələyə baxmaq bizim səlahiyyətlərimizdə deyil. Mən çox hörmətli Ədliyyə Nazirimiz Fikirət Məmmədova üzümü tutub deyirəm mən indi hara müraciət edim? Hansı rayon məhkəməsinə dərdimi deyim? Hörmətli Prezident! Mənim "Ağdam Kənd Təsərrüfatı” MMC-ilə əkmiş olduğum pambıq sahəsini susuzluqdan yandırıb külə döndəriblər. Dəfələrlə yazılı müraciətlərimə baxmayaraq sahənin suvarılmasına Ağdam rayonundakı məmurlar köməklik etmədilər. Artıq pambıq sahəsi yararsız vəziyyətdədir. Mən Ağdam rayon Kənd Təsərrufatı İdarəsini bu məsələ ilə bağlı Ağdam Rayon Məhkəməsinə versəm də Ağdam Rayon Məhkəməsi mənim, bir sadə kəndçinin hüquqlarını qorumaq əvəzinə bəzi məmurların sifarişi ilə mənim iddia ərizəmi qəbul etmədi. Bu cür hal ciddi qanun pozuntusu deyilmi? Hörmətli Prezident! Bu məsəlinin həlli üçün Kənd təssərrüfatı üzrə bir mütəxəssis gəlməlidir və faktı bizlərin iştirakı ilə yoxlamalı və yerində akt tərtib etməlidir. Bir komissiya ayrılsa mən yazdıqlarımın həqiqət olduğunu öz gözləri ilə şahidi olacaqlar. Çox xahiş edirəm bir komissiya ayrılsın mənə və dövlətimizə dəymiş ziyana görə öz vəzifələrində sui-istifadə edən dövlət qurumlarının rəhbərləri haqqında lazımı ölçü götrülsün və dəymiş ziyan ödənilsin! Sonda xahiş edirəm təcili olaraq bu problemin həll edilməsi ilə bağlı müvafiq hərəkətlərin yerinə yetirilməsinə göstəriş verəsiniz! Hörmətlə: İmza: Məmmədov Zöhrab Allahverdi oğlu 03.08.2018." Pambıq sahəsinin indiki vəziyyəti Pambıq sahəsinin əvvəlki vəziyyəti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
|