Gəncədəki silsilə terrorun mübhəmləri açılır - yeni və sensasion məlumatlar
Tarix: 13-07-2018, 09:38 | Çap et
Gəncədə baş verən iğtişaş zamanı polis zabitlərinə xəncərlə ölümcül xəsarət yetirmiş Fərrux Xəqani oğlu Qasımov vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib. DİN-in mətbuat xidmətindən verilən məlumatda deyilir ki, cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Yada salaq ki, Gəncədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən 2 polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülüb. Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət işi başlanıb. Qanlı cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və eyni təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən ediliblər. Rəşad Böyükkişiyev hazırda axtarışdadır. Bu arada Gəncədə baş verən olayların bir-biri ilə zəncirvari bağlılığını təsdiq edən məlumatlar almışıq.
Həmin məlumatlara görə, aydın olur ki, iyulun 3-də Yunis Səfərovun icra başçısı Elmar Vəliyevə və onun mühafizəçisi Qasım Aşbazova odlu silahdan atəş açması əvvəldən çox diqqətlə planlaşdırılan bir qanlı terror aktıdır. Həmin aktın planlayıcıları cinayətin baş verəcəyi andan sonra hadisələrin mümkün inkişaf istiqamətlərini, özlərinin yönləndirici funksiyalarının gerçəkləşməsi üçün atacaqları addımları və şübhələrin istədikləri istiqamətə yön almasını da detallı şəkildə işləyib hazır ediblər.
Ona görə də Gəncədə hadisələrin spontan baş verməsi versiyası aradan qalxır. Hüquq-mühafizə orqanlarının birgə məlumatlarında da bu məqam sezililir.
“Atamın səhhəti yaxşıdır, tezliklə daha yaxşı olacaq”
Bu gün Gəncədə Elmar Vəliyevə qarşı sui-qəsdin 10-cu günü tamamlanır. Ötən müddət ərzində başçının sağlıq durumu haqda ziddiyyətli xəbərlər gəlməkdədir. Onun hansı xəstəxanada olması haqda məlumatlar da bir-birini təkzib edir. Ən son xəbərlərdən birində Elmar Vəliyevin İsraildəki “Rambam” hospitalına aparılması bildirilirdi. Bu məlumat da sonradan təkzib olunub. Elmar Vəliyevin oğlu Elmir Vəliyev gununsesi.info əməkdaşının atasının sağlıq durumu ilə bağlı sualına belə cavab verib:
“Atamın səhhəti yaxşıdır, tezliklə daha yaxşı olacaq. O ki qaldı atamın Gəncədə polis zabitlərinin öldürülməsi olayından xəbərinin olub-olmamasına, bu haqda mən heç nə danışmaq istəmirəm. Özü gələr, medianın da suallarına cavab verər”.
Rusiya KİV-ləri Gəncə hadisələrini niyə “görmür”?
Sosial şəbəkələrdə Gəncədə baş verənlərlə bağlı diqqətçəkən müzakirələr aparılır. Rusiya KİV-lərinin İrəvandakı olaylardan anbaan xəbər, reportaj, şərh yazdığı bir vaxtda Azərbaycanın Gəncə şəhərində baş verənlərlə bağlı susqunluq nümayiş etdirməsinə məntiqi cavablar axtarılır. Eyni zamanda Gəncədə baş vermiş olaylarda hansı dövlətlərin maraqlı ola biləcəyi də müzakirə mövzusudur.
Gəncədəki olaylarda 30-a yaxın vəhabi iştirak edib...
Baş vermiş olaylarda xarici amil, müxtəlif maraq qruplarını təmsil edən şəxslərin iştirakı haqda xəbərlər gəlməkdədir. “Yeni Müsavat”ın əldə etdiyi sensasion məlumata görə, Gəncədə iğtişaşları törədənlərin azı 30 nəfəri vəhabi olub. Hadisədən əvvəl vəhabilərin ənənəvi geyimində olan qısa şalvarlı, bığsız və saqqallı olan şəxslər ətrafda olan çayxana, restoranlarda mövqe tutublar. Bu məlumatlar məsələnin mahiyyətini özlüyündə ortaya qoyur. İstintaq bu faktları nəzərə almalıdır. Son günlər bəziləri, o cümlədən müxalifət təmsilçiləri sual edirlər ki, Gəncədə xoşagəlməz hadisələrin baş verə biləcəyi haqda məlumatlar olduğu halda, çoxsaylı çağırışlar yayılmasına baxmayaraq meydana cinayət törədən şəxslər niyə daxil ola bildi? Təxribatçıların qarşısının alınmaması da başqa bir sualdır.
Çaşqınlığın səbəbi - yerli icmalardan alınan məlumatlar, kənardan gəlmələrin nəzərə alınmaması!
“Yeni Müsavat” bu suala da cavab axtarıb. Məlum olub ki, hakimiyyət orqanları aksiyadan əvvəl Gəncədəki aksiyada iştirak ehtimalı olan bütün çevrələrdən aşkar-gizli dəqiqləşmə aparıb. Dini, radikal, müxalifət təşkilatlarından əldə olunan məlumatlar aksiyanın baş tutmayacağı haqda fikirləri qətiləşdirib. Saat 20.10 radələrinə qədər aksiyanın elan olunduğu mərkəzi meydan tamamilə boş olub...
Xəncərli aksiyanın hərəkətverici qüvvəsi kənardan gələnlər və ya ora göndərilənlər olub
Beləliklə, polisin, mətbuatın və hər kəsin iş gününün sonunda, aksiya təyin olunan vaxtdan saatlar sonra qəflətən meydan ətrafındakı çayxana, kafe, restoran və məscid ətrafından, fərqli istiqamətlərdən kiçik dəstələrlə təxribatçılar meydana daxil olublar. Həmin vaxt meydanda azsaylı polis əməkdaşları olub. Ərazidə polislərin az olması isə aksiyadan öncə ən müxtəlif mənbələrdən alınan məlumatlara əsasən aksiyanın baş tutmayacağı ilə əlaqədar olub. Bu fakt onu deməyə əsas verir ki, Gəncədə baş verən qanlı olayların əsas hərəkətverici qüvvəsi kənardan gələnlərdən və ya ora göndərilənlərdən ibarət olub.
Hadisə yerində olan və hadisələrin startını öz gözləri ilə izləyən tele-jurnalist Mahir Məmmədli musavat.com-a deyib ki, 20.10 radələrində meydandakı oturacaqlarda oturan qadınlar qəflətən ayağa qalxıb, qışqırmağa başlayıblar və çantalarından boşqab və başqa predmetlər çıxardaraq, polislərə tərəf atıblar. Qrup halında duran polislər onlara tərəf gedəndə, ətrafı boşalmış rəis müavini İlqar Atakişiyevə qəfil hücum olub, onu vuraraq yıxıb, sonra da xəncərlə yaralayıblar...
Gəncəyə Moskvadan gələnlər də olub!
Gəncədə yerli icmalardan hər hansı biri aksiyaya dəstək versəydi, meydana 200-300 nəfərin əvəzinə qat-qat artıq insan toplaşardı. Gəncə dindarları da aksiyada iştirak etməyib. Əks halda, orada minlərlə yerli dindar olardı. Bir neçə il əvvəl Gəncədə yerli dindarlarla hakimiyyət nümayəndələrinin dəfələrlə toqquşmaları olub. İcazəsiz olan aksiyalara bir neçə min dindar çıxıb.
Son aksiyada isə iştirakçıların sayı qat-qat az olub, meydana toplaşanların bir qismi küçədən keçənlər, maraq üçün meydana gələnlər, jurnalistlər olub. Ən sensasion məlumat isə budur ki, aksiyada Moskva şəhərindən və Bakının ayrı-ayrı nöqtələrindən gələn şəxslər əsas iştirakçılar olub. Bu məlumat Gəncə olaylarında maraq qruplarının bir neçəsinin iştirakını təsdiqləyir. Həmin qruplar da Gəncədə qarışıqlığın baş tutmasında, məsələyə din çalarlarının verilməsi və İran izinin gözə girməsində maraqlı olublar. Lakin o da mütləq deyilməlidir ki, hadisə ərəfəsində İrandan yayın yapan bir neçə media quruluşu və facebook səhifəsi Azərbaycan əleyhinə təbliğat aparmaqla yanaşı, həm də çağırış və təhriklərdə bulunublar.
Qanına qəltan edilən polislər kimlərdir?
“Yeni Müsavat” həlak olan polislərlə bağlı da məlumatlar alıb. Gəncə Şəhər Polis İdarəsinin rəis müavini İlqar Atakişiyev polis sistemində, xüsusilə tutduğu postda əvəzolunmaz şəxs statusunda olub. Rəis müavini postunu tutduğu 20 il ərzində Gəncə Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə təyinatlar olsa da, onu dəyişməyiblər. Onun dəyişdirilməməsi önəmli səbəblərlə izah olunur. Vəzifədə olduğu müddətdə İlqar Atakişiyev Gəncə camaatının rəğbətini qazana bilib. Gəncədə tanınmış şəxslər deyir ki, İlqar Atakişiyev vəzifədə olduğu müddətdə kiminsə qolundan tutub polisə aparmayıb. Əksinə, tutulub polisə gətirilən gənc, istəmədən xətaya yol vermiş şəxsləri “bir daha etməz” deməklə azad etdirirmiş... Gəncədə polis sistemində onu xüsusi çəkiyə məxsus olan polis zabiti kimi xarakterizə edirlər. Odur ki, dəyişən rəislər də bu məqamları nəzərə alıb onunla işləyiblər. Onun hadisə baş verən gün meydanda silahsız, təkbaşına dayanmasının əsas səbəbi də məhz özünün Gəncədə nüfuzuna arxayınlığı olub. İlqar Atakişiyevə heç bir gəncəlinin əl qaldırmayacağını hər kəs bilirmiş.
İlqar Atakişiyev Gəncədə baş verən, hakimiyyətlə xalqın arasında olan gərginlikləri aradan qaldıran gizli qəhrəmanlardan olub. Səməd Abbasova gəlincə, belə məlum olur ki, o, Texnologiya Universitetini bitirib. Həmin universitetin məzunu olan “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu deyik ki, Səməd Abbasov iaşə mühəndisliyi oxusa da, hüquq-mühafizə orqanına xidmətə keçib. Rauf Arifoğlu Səməd Abbasov haqda ortaq dostlarından, Gəncədən olan tanışlarından xəbər aldığını da bildirdi. Dedi ki, Nizami rayon Polis İdarəsinin rəisi müavini olaraq o da eynilə İlqar Atakişiyev kimi barışdırıcı mövqedə olan, əxlaqlı, inanclı bir şəxs olub. Qarabağ seyidlərinin nəslindən olan polis zabiti olub.
Şiə icmasının seyid övladına əl qaldırması?
Belə bir halda ortaya məntiqi sual çıxır - əgər iğtişaşların törədənlər Gəncədəki şiə icmalarıdırsa, Əhli-beytin bir övladına xəncər qaldırılması nə dərəcədə doğrudur? Şiə icmasının seyid övladına əl qaldırması inandırıcı deyil.
Bu məqamlar baş verənlərdə Gəncə şiələrinin iştirakını olması haqda iddiaları rədd edir. Bununla yanaşı, Gəncə camaatının Elmar Vəliyevə məmur olaraq münasibətinin də kəskin olmasını, onun əhaliyə qarşı qeyri-etik davranışlara yol verməsini də qeyd edirik. Lakin baş verənlərin başçının hərəkətlərinə qarşı verilən təpki adlandırmaq da düzgün deyil.
Gəncədə bp əməkdaşı da tutulub!
Ən maraqlı bir məqam da olaydan az əvvəl Gəncədəki hotellərə, evlərə Bakıdan və ətraf rayonlardan gəlib otaq kirayə edənlərlə bağlıdır. Hazırda həmin şəxslərin kimlikləri müəyyən edilib, onların bəziləri də istintaqa cəlb olunublar. Saxlanılanlar arasında bp-nin Azərbaycan əsilli bir əməkdaşı da var. O, meydana yaxın hoteldə 10 günlük otaq bronlayıb, hadisəni, olayları balkondan videoya çəkirmiş...
Həmin şəxsə 20 sutka həbs cəzası verilib və hazırda onun baş verən olaylara nə dərəcədə aid olub-olmaması aydınlaşdırılır.
İstintaq və eyni zamanda bizim araşdırmalarımız davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
|