Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                     "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib .....                     Tibb bacısı necə ginekoloq oldu? .....                     `Bank Respublika`nın qurbanı oldu və... .....                     Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər .....                     Azərbaycan İrandan artıq heç nə ummur .....                 

Şübhəli yanğında Səlim Müslümov izi... - İDDİA
Tarix: 5-06-2018, 08:45 | Çap et
Şübhəli yanğında Səlim Müslümov izi...
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ona tabe olan qurumlarda yoxlama apardığı bir vaxtda Dövlət Sosial Müdafiə Fondunda(DSMF) yanğın baş verməsi çox ciddi iddiaların ortaya çıxmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyi DSMF-də baş verən yanğınla bağlı yaydığı rəsmi məlumat isə iddialarda yer alan məlumatların həqiqətlə əlaqəsinin olmasını bir qədər də inandırıcı edib. Yada salaq ki, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Digər otaqlar isə yanğından mühafizə olunub.

Fonddakı sənədlər tezalışan materialdan hazırlanıb?

Hansı sənədlərin yanması, yanğının hansı şöbədə meydana gəlməsi haqda bilgi yoxdur. Yanğının qəsdən və ya təsadüf nəticəsində baş verdiyi də bilinmir. “DSMF-də sənədlər niyə yanıb” sualı açıqdır və iddialar əsasən qəsdən yandırılma versiyasının üzərində cəmləşib. Bu da təsadüfi deyil.

Siyavuş Novruzov da dedi, faktlar ortalıqda...

Son aylarda mətbuatda DSMF-də baş vermiş böyük korrupsiya cinayətləri haqda məlumatlar yayılıb. Kifayət qədər ciddi olan bu iddiaların Hesablama Palatasının müfəttişləri tərəfindən yoxlandığı da bildirilir. Yayılan məlumatlardan birində deyilir ki, Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmiləri ilə əlbir olub və atəşkəsdən 24 il sonra 900 rayon sakininə Qarabağ veteranı statusu verdirib. Bu şəxslərin əksəriyyəti isə Qarabağda müharibə getdiyi illərdə Azərbaycanda olmayıblar, o dövrdə Rusiya bazarlarında alver ediblər. Bu məsələ bir neçə ay əvvəl mətbuatda tirajlanan zaman Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun kəskin reaksiya vermişdi. YAP icra katibinin müavini demişdi ki, ölkədə 90 min nəfər cibində müharibə veteranı vəsiqəsi gəzdirir: “Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min 2 ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.

900 nəfər güllə səsi eşitməyən 1 qərarla Qarabağ veteranı statusu necə aldı?

YAP icra katibinin dediklərində böyük həqiqətlər olduğunu yayılan məlumatlarla da təsdiqləyir.

Təkcə Gədəbəyin sabiq icra başçısının 900 nəfər güllə səsi eşitməyəni 1 qərarla Qarabağda döyüşmüş, canından keçmiş şəxslərin sırasına qoşması ilə bağlı suallar bu gün də aktualdır. Bu gün də bilinmir ki, Gədəbəy Rayon İcra Hakimiyyəti hansı faktları əsas tutub atəşkəsdən 24 il sonra həmin şəxslərin müharibədə iştirakını sübut edə bilib? Bu adamlar ötən 23 ildə Qarabağ veteranı statusu verilməsi üçün müvafiq qurumlara müraciət etməyiblərsə, Ramiz Yediyarov onların müharibədə döyüşmələrinə necə şahidlik edə bilib? Ən başlıcası isə 900 nəfərə status verilməsi 500-1000 manat civarında rüşvət hesabına başa gəldiyi haqda məlumatlar da var.

“Müslümovçular”ı işdən qovur, cinayətləri araşdırırlar

Hazırda Hesablama Palatası müfəttişləri Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentində geniş yoxlamalar aparırlar. Müfəttişlərin bu faktı da araşdırdıqları haqda konkret bilgilər yoxdur. Bilinən odur ki, sabiq nazir Səlim Müslümovun xüsusi nəzarətində olan bu departamentdən qeyri-qanuni fəaliyyətə görə xeyli əməkdaş işdən çıxarılıb. Hesablama Palatası 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və tabe qurumlarında apardığı araşdırmalar zamanı da çox ciddi, bir sıra hallarda cinayətə bərabər faktlar aşkar etmişdi.

181 vəfat etmiş şəxsin hesabına özlərinə həyat qurublar

Məsələn, Hesablama Palatasının 2016-cı ili əhatə edən auditinin nəticəsində üzə çıxmışdı ki, Səlim Müslümovun işçiləri 181 nəfər rəhmətə getmiş pensiyaçının hesabını bağlamayıblar. Yəni rəhmətliklərin adından dövlət büdcəsindən nə az, nə çox 624 min 500 manat alıb ciblərinə qoyublar. Bu hələ harasıdır? Eyni şəxsə Səlim Müslümovun işçilərinin 2 pensiya kartı verdikləri halları da az olmayıb. Eyni adam Pensiya Fondunun, məsələn, Xətai şöbəsindən də, Səbayel şöbəsindən də pensiya alıb. Audit dövründə 35 belə şəxs üzə çıxarılmışdı. Onlara ikiqat pensiya ödənildiyi təsdiqlənmiş və bu maxinasiyadan dövlət büdcəsinə ümumilikdə 319 min 100 manat məbləğində zərər dəydiyi məlum olmuşdu. 2016-cı ildə fondun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsində qeydiyyatda olan müəssisə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olan 492 nəfər, İri Sığortaedənlərlə İş İdarəsində isə 416 nəfər fondun müxtəlif şəhər və rayonlarında əlilliyə görə əmək pensiyasını tam məbləğdə alıb, bu səbəbdən artıq ödənilən pensiya məbləği ümumilikdə 1 milyon 920 min 600 manat olub.

Bu da süd məsələsi....

Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər üzrə 01.01.2016-cı il tarixə Konfederasiyanın hesabında 662 min 700 manat məbləğində qalıq olmasına baxmayaraq həmin vəsait təsdiq olunmuş illik xərclərdə nəzərə alınmayıb. Qanunvericilikdə fondun vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinin ildə bir dəfədən az olmayaraq yoxlanılması nəzərdə tutulsa da, fond və nazirlik tərəfindən konfederasiyada müvafiq yoxlamalar həyata keçirilməyib.

Hesablama Palatasının bu hesabatı o dövrdə də DSMF sistemindəki ciddi maxinasiya mexanizminin olmasını ortaya qoyurdu. Ölmüş şəxslərin adına pensiya ödənməsi, bir nəfərə 2 rayondan pensiya verilməsi halları fondun bütün rayonlarında mövcud olan mənimsəmə mexanizminin tərkib hissələri idi.

2 milyard 500 milyon manat büdcə vəsaiti harada “yandı”

Belə iddialar da vardı ki, Səlim Müslümovun nazir, bundan əvvəl isə DSMF sədri olduğu illər ərzində təkcə bu istiqamət üzrə 2-2,5 milyard manat vəsait yoxa çıxarılıb. Hesablama Palatasının 2016-cı ilə dair hesabatı da fond sistemində oturuşmuş korrupsiya sxemi yaradılmasını ortaya qoyub. Hesablama Palatasının əvvəlki yoxlamaları ilə indiki arasında da çox ciddi keyfiyyət fərqinin olması xəbərləri də var. Bu isə o deməkdir ki, ortaya daha böyük korrupsiya faktları Hesablama Palatasının rəsmi hesabatı şəklində çıxa bilər.

Bu iddialar fonunda Səlim Müslümovun susqunluq nümayiş etdirməsi, haqqında digər ittihamların da tirajlanmasına yol açıb. Modern.az saytı yazır ki, bir müddət əvvəl iddia olunurdu ki, eks-nazir Nazirlər Kabinetində yer almaması xəbərinə çox pis olub və hətta guya infarkt keçirib. Səhhətində yaranan problemlər xəbər gündəmini zəbt etdikdən sonra indi də eks-nazirin xaricə köçəcəyini söyləyənlər var.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22
Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14
Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06
Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru