Orada gələni-gedəni soyurlar, kimsə də səsini çıxarmır - ŞOK QİYMƏTLƏR
Tarix: 25-08-2017, 09:55 | Çap et
Yay mövsümünün başa çatmasına az müddət qalıb. Buna baxmayaraq, Azərbaycanın əsas turizm bölgələrindən olan Şimal-Qərb bölgəsindəki turizm obyektlərinə insan axını davam edir. Füsunkar təbiəti ilə yerli və xarici turistlərin zövqünü oxşayan Xızı rayonunun Altıağac qəsəbəsində də turist sıxlığı müşahidə edilir. Altıağac Milli Parkında Avropadan, Asiyadan, Ərəb yarımadası və Fars körfəzi ölkələrindən təşrif buyurmuş xeyli turistə rast gəlmək mümkündür. Burada restoran və istirahət mərkəzləri tipli iaşə obyektləri də kifayət qədərdir. Bu obyektlərin əksəriyyətində özünəxidmət mövcuddur. Turistlər burada piknik təşkil etmək imkanına malikdirlər ki, elə əksəriyyət də qiymətlərin bahalığı ucbatından məhz istirahətin bu növünə üstünlük verirlər. Bölgədə turistlərə xidmət edən istirahət mərkəzlərindən birinin sahibi Pərviz Şıxəliyev, 29 ildir obyekt idarə etdiyini bildirir. Sputnik Azərbaycan-a danışan Şıxəliyev, gələn turistlərə restoran xidmətləri ilə yanaşı, özünəxidmət imkanlarının da yaradıldığını, turistlərin sayından da məmnun qaldığını qeyd edib. Onun fikrincə, burada təklif etdikləri qiymətlər turistlər üçün münasibdir. "Bir nəfər səhər süfrəsi üçün 20-30 AZN dəyərində vəsait xərcləyir. Bu isə kifayət qədər münasib qiymətdir" – deyə obyekt sahibi bildirir. Lakin turistlər heç də belə düşünmürlər. Onlar qiymətlərin bahalığından şikayət edirlər. Buna görə də, istirahət üçün özünəxidmət imkanları olan yerləri seçirlər. Altıağacda birnəfərlik səhər menyusu və qiymətlər belədir: Qaynadılmış iki yumurta – 1 AZN, Yağda qızardılmış 2 yumurta (qlazok) – 2 AZN 1 ədəd çörək – 1 AZN Bir boşqab pendir – 2 AZN Bir qab şor – 1 AZN 1 qab bal – 5 AZN Samovar çayı — 10 AZN. Bu qiymətlərlə 1 nəfərin səhər yeməyi 23 AZN-ə başa gəlir. Əgər kimsə burada ailəsi ilə birlikdə nahar və şam yeməyinə otursa, cibində azı 100-140 AZN pulu olmalıdır. Menyuya spirtli içki əlavə olunduqda isə, qiymətlər daha da artır. Çünki burada bir şiş kabab, çeşidindən asılı olmayaraq 5 AZN, kənd çolpasının kababı 12 AZN, cücə çığırtması 15 AZN, sac kababı 20-25 AZN təşkil edir. Bura gələnlər, yerli və xarici turistlərin regionda ən çox Türkiyə və Gürcüstana axın etdiyini deyirlər və bunu Azərbaycandakı istirahət məkanlarının baha olması ilə əlaqələndirirlər. Gədəbəy rayonundan "Altıağac"a istirahətə gələn Eynulla Fətəliyev deyir ki, qonşu Gürcüstanda qiymətlər buradan qat-qat ucuzdur və orada günləri daha maraqlı keçirmək üçün yaxşı şərait var. O, buradakı bəzi istirahət mərkəzlərindəki antisanitariyaya da diqqət çəkib. "Nə turistlər özləri, nə də obyektləri işlədənlər təmizliyə riayət edirlər. Bəzən zibillik və tullantılardan gələn üfunət iyindən adam oturmağa yer tapmır" – deyir Fətəliyev. Onun fikrincə, Altıağacda 10 gün ailəvi dincəlmək üçün, azı 2000 AZN pul lazımdır: "Halbuki, Gürcüstanda 700-800 AZN-ə 10 gün müddətində daha keyfiyyətli dincəlmək mümkündür". Burada hər kəs o fikirdədir ki, əgər qiymətlər aşağı olsa, xidmətin keyfiyyəti isə yüksəlsə, bu məkanlara turistlərin axını daha çox ola bilər. Yerli turistlər xüsusilə xarici turistlərə qarşı soyğunçuluqdan gileylənirlər. "Xarici turistlərə 5 manatlıq şeyi 50-100 manata sırıyanda, biz xəcalət çəkirik ki, bu qədər də vicdansızlıq olmaz. Axı bu turist növbəti dəfə bura gəlməyəcək. Adamlar özləri öz əlləri ilə çörəklərini kəsirlər. Başa düşmürlər ki, insaflı qiymətlərlə və yüksək xidmətlə ömürlük çörək qazana bilərlər" – deyə Bakıdan bura dincəlməyə gəlmiş Kamran Quliyev bildirir. O, Mədəniyyət və Turizm Nazirliyinin bu soyğunçuluğa bir əncam çəkməsinin vacib olduğunu deyir: "Turizmin inkişafı təkcə onu bəyan etməklə olmur. Bu, çox incə sahədir və xüsusi yanaşma tələb edir. Turizmdə pulu birdəfəyə qazanmırlar. Bu sahədən pul qazanmaq istəyənlər əvvəlcə daimi turist qazanmağa çalışmalıdırlar. Amma buradakı yüksək qiymətlər və aşağı xidmətlərlərlə, turistləri nəinki qazanır, hətta qaçırdırıq". Bakıdan Altıağaca dincəlməyə gələn Südabə Mahmudova isə hesab edir ki, turizm sahəsindəki bahaçılıq və özbaşınalığa görə, Mədəniyyət və Turizm Nazirliyi günahkardır: "Biz qiymətlərə etiraz edəndə, obyekt sahibləri deyirlər ki, "icra orqanları, vergi, yoxlama, filan bizdən yüksək haqq alır, ona görə də qiymətləri qaldırmaq məcburiyyətindəyik". Turizmə məsul olan Mədəniyyət və Turizm Nazirliyindən soruşmaq istəyirəm: siz nə işlə məşğulsunuz, niyə nəzarət etmirsiniz?" "Gürcüstanda, Türkiyədə dövlətin turizmə xüsusi nəzarəti var. Heç kəs özbaşınalıq edə bilməz. Çünki hamı bilir ki, ölkənin əsas gəliri turizmdəndir. Bizdə isə bu sahənin sadəcə adı var. Buraxıblar səriştəsiz adamların ümidinə, onlar da ağıllarına nə qiymət gəlsə, onu qoyurlar. Xidmət də ki, bir qəpiklik" — S. Mahmudova əlavə edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Bu gün, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Bu gün, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Bu gün, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
|