“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                     Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı .....                     Mərdan Əliyev vəzifəsindən azad edildi .....                     Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir .....                     Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" .....                     "Cənab Prezident mənə böyük etimad göstərib" .....                     Açıq mesajın şifrəsi .....                     Xamenei Azərbaycandan üzr istəməlidir! .....                     Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır .....                     “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib .....                 

Elmar Vəliyev nədən qanunlara ayaq uydurmur? - İDDİA
Tarix: 31-07-2017, 09:30 | Çap et
Elmar Vəliyev nədən qanunlara ayaq uydurmur?
Ölkə başçısının tapşırığından sonra Respublikanın müxtəlif şəhər və rayonlarında yaşıllıqları məhv edənlərə qarşı sərt tədbirlər görülməkdədir. Prezident hər dəfə ölkənin ekoloji durumu ilə bağlı fikirlərini bölüşəndə xatırladır ki, heç kim ağacları kəsməməli yaşıllıqlara ziyan vurmamalıdır.
Son günlər Respublika Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər nazirliyi yaşıllıqları məhv edən, ağacları qanunsuz yolla kəsənlərə qarşı sərt tədbirlər görür. Bu mənada bir neçə nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi və bəzilərinin barəsində araşdırmaların başlanması buna missal ola bilər.
Lakin, verilən tapşırıq və görülən tədbirlər bəzi məmurları qanunsuz əməllərindən çəkindirməyib. Bu mənada Respublikanın ikinci böyük şəhər olan Gəncədə yaşıllıqların məhv edilməsi davam edir. Realliq.info qeyd edir ki, şəhərin icra başçısı Elmar Vəliyevin şəxsi maraqlarına qurban verilən yaşıllıqların yerində obyektlər tikilməkdədir. Maraqlıdır ki, Elmar Vəliyev Prezidentin tapşırıq və tövsiyyələrinə məhəl qoymayaraq illərlə böyük zəhmət hesabına əmələ gəlmiş parkları da dağıtmaqdadır.
Gəncə şəhər, Kəpəz rayon icra hakimiyyətinin binasının qarşısındakı parkda baş verənlər şəhər sakinlərinin etirazına səbəb olub. Elmar Vəliyevin tapşırığı ilə parkın Gəncə çayı sahili boyunca olan yaşıllıqlar məhv edilərək yerində obyektlər tikilməkdədir. Həmin parkda iri ağacların kəsilməsinə gəncəlilər biganə qalmır.
Realliq.info – ya müraciət edən şəhər ziyalıları bildirir ki, həmin parkda 50 -60 yaşı olan ağaclar belə kəsilib. Ağacları kəsərək parkın ərazisində obyektlər və evlər tikilir: “Prezident bir neçə gün öncə yenə qeyd etdi ki, ağacları kəsmək olmaz. Ağacları kəsənlərə, yaşıllıqları qanunsuz məhv edənlərə qarşı qanunla sərt cəzalar verilməlidir. Lakin Gəncənin icra başçısı buna məhəl qoymur. Onun torpaq satışı ilə məşğul olan adamı Gəncə memarlıq və şəhərsalma şöbəsinin rəisi olan Məharət Mustafayev qanun tanımır. Parkın Gəncə çayına baxan hissəsi tamamilə məhv edilib. Kim Məharət Mustafayevə sotuna 6 min manat verirsə məsələ bitir. Yəni gecə ilə parkın yaşıllığı məhv edilərək satılır”.
Gəncəlilər onu da qeyd edir ki, şəhərin bir sıra ərazilərində kütləvi torpaq satışı həyata keçirilir. Qanunsuz sərəncamlarla satılan torpaqların haqqı isə Məharət Mustafayevə verilir.
Digər maraqlı məqam ondan ibarətdir ki, Məharət Mustafayev bəzi vətəndaşlardan əvvəlcədən rüşvət alaraq onlara torpaq verəcəyini vəd edib. Lakin vətəndaşlar hər gün Mustafayevin qəbuluna getsələr də istəklərinə çata bilmirlər.
Elmar Vəliyevin Gəncənin bəlasına çevirdiyi Məharət Mustafayevin yaxın keçmişinə nəzər salanda məlum olur ki, bu məmur qanunsuz əməlləri ilə daim diqqət mərkəzində olub.
Realliq.info saytının araşdırmalarına görə sabiq başçının hələ 3 il öncə Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarıb, onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər yayılmışdı. Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi.
Məharət Mustafayev bu kimi qanunsuz əməllərindən sonra cəzalandırıldı. Prezidentin sərəncamı ilə Nizami rayon icra başçısı vəzifəsindən qovulan məmurun sonralar gəncəlilərə başağrısı olmayacağı düşünülürdü. Lakin sən demə Elmar Vəliyev Prezidentin tapşırıqlarına da məhəl qoymur. Çox keçmədi ki, Gəncənin meri hamının qəzəbini qazanan Məharət Mustafayevi şəhər Memarlıq və şəhərsalma idarəsinin rəisi təyin etdi. Qalmaqallı hərəkətləri ilə ad çıxaran Mustafayevin birdən-birə belə vəzifəyə gətirilməsi təəccübə səbəb olub.

Onu da qeyd edək ki, icra başçısı vəzifəsini itirsə də Məharət Mustafayev qeyri-rəsmi şəhərin baş memarı vəzifəsini icra edirdi. Respublika Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə barəsində cinayət işi açılan və Prezident tərəfindən vəzifəsindən qovulan məmurun yenidən önəmli sahəyə rəhbər təyin olundu.
Bununla da məqsədinə çatan Elmar Vəliyev şəhərdə torpaq biznesinə nəzarəti sərbəst olaraq Mustafayevə tapşırdı. Başqa dillə desək dəllalın heç kimdə olmayan “məharətindən” yararlanmağa davam edir.
Realliq.info –ya müraciət edərək baş verən özbaşınalıqlardan bəhs edən vətəndaşlar Prezidentdən kömək istəyirlər. Onlar Elmar Vəlıyevin qanunsuz sərəncamları ilə məhv edilən yaşıllıqların və parkların yenidən bərpa ediləcəyinə ümid edirlər.

Ekologiya və Təbii sərvətlər nazirliyinin baş verənlərə münasibətini öyrənməyə çalışdır. Nazirlikdən bildirdilər ki, qeyd olunan faktlar araşdırılır və əlavə məlumat veriləcək.
Məsələyə Gəncə şəhər icra hakimiyyətinin münasibətini öyrənməyə çalışdıq. Lakin icra hakimiyyətindən sorğumuza cavab ala bilmədik.
Araşdırmalarımız davam edir.
Realliq.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19
Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14
İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05
Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03
Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56
Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33
Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru