Ali Attestasiya Komissiyasında ilginc münaqişə - İDDİA
Tarix: 21-07-2017, 09:59 | Çap et
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında inanılmaz və ilginc münaqişə baş verib. Attestasiya Komissiyası sədrinin səlahiyyətlərini icra edən sədr müavini, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynovla qurumun şöbə müdiri Lətifə xanım arasında baş verən insident zamanı, "elmimizin görkəmli nümayəndəsi” tabeçiliyində olan zərif cinsin nümayəndəsini hamının gözü qarşısında ağıla belə gəlməyən söyüşlərlə təhqir edib. Münaqışə barədə müxbirimizə ətraflı məlumat verən, ancaq qurum rəhbərliyinin ona təziyq göstərəcəyindən ehtiyat edərək, adının açıqlanmasını istəməyən səxs qeyd etmişdir ki, hadisə ötən həftə komissiyanın ümumi yığıncağında baş vermişdir. Komissiya sədrinin səlahiyyətlərini icra edən Vəli Hüseynov qurumun əməkdaşlarının cağırdığı "ekstrennıy” yığıncağında bir qədər əsəbi, bir qədər də kobud şəkildə bildirmişdir ki, son vaxtlar burada baş verən bütün işlər haqqında müxtəlf orqanlara yerli-yataqlı informasiyalar ötürülür və komissiyada korrupsiya hallarının baş alıb getməsi haqqında "yalan” məlumatlar yayılır. Vəli Hüseynov heç bir arqument və fakt göstərmədən, məlumatların biləvasitə şöbə müdiri Lətifə xanım tərəfindən kənara ötürüldüyünü bildirərək, onu günahlandırmış və belə davam edərsə onu işdən qovacağı ilə hədələmişdir. Lətifə xanım israrla V.Hüseynovun dediklərini təkzib edərək, heç yerə və heç kimə burada baş verənlər barədə məlumat vermədiyini bildirsə də, sədr əvəzi ona qulaq asmaq belə istəməmiş və şöbə müdirinin şərəf və ləyaqətini alçaldan ifadələr işlətməyə başlamışdır. Vəziyyət gərginləşmiş və son vaxtlara qədər Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma xanım Abdullazadənin yaxın qohumu olduğu üçün Lətifə xanımla,bəlkə də bu orqanda çalışan bütün əməkdaşlardan daha nəzakətlə və ehtiramla davranan V.Hüseynov sanki affekt vəziyyətə düşərək hamının gözü qarşısında söyüş və təhqiramiz ifadələr işlətməyə başlamışdır. Hadisə barədə təfərrüatlara keçməmişdən əvvəl qeyd edək ki, yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət siyasətini həyata keçirən, onların respublikanın tələbatına uyğun hazırlanmasında və səmərəli istifadə olunmasında, habelə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin inkişaf perspektivlərinin öyrənilməsində iştirak edən ali dövlət qurumunda, nə qədər təəssüf doğurası hal olsa da, belə bir münaqişənin baş verməsi əslində gözlənilən idi. Çünki, Ali Attestasiya Komissiyasının sədri – görkəmli Azərbaycan alimi akademik Arif Şəfiyevin ötən ilin dekabrında vəfatından sonra bu dövlət orqanının fəaliyyəti haqqında heç də xoşagələn söhbətlər dolaşmır. Məsələn, elmi ziyalılarının nümayəndələri kuluarlarda belə fikirlər səsləndirirlər ki, əvvəllər Komissityanın müvafiq strukturları tərəfindən 2, hətta 3 dəfə müdafiəyə buraxılmasından imtina olunan işlər son bir neçə ayda tez-tələsik müdafiəyə buraxılır və "uğurla” müdafiədən keçir. Bəzi elmi işlərin müdafiə vaxtı çatsa da onlar ya qəsdən yubadılır, ya da əsasnaməyə görə Ekspert Şuralarına göndərilmək əvəzinə qapalı rəylərə yönəldilir. Yaxud, Ekspert Şuralarının təsdiq etdiyi elmi işlərtəkrar qapalı rəylərə göndərilir. Beləliklə, dövlət qurumunda bir etimadsızlıq ab-havası yaradılır ki, bu da Ali Attestasiya Komissiyasının əsasnaməsindən deyil, dövlət orqanının sədri vəzifəsini icra edən Vəli Hüseynovun iş prinsiplərindən, istəyindən irəli gəlir. Sədr əvəzi Vəli Hüseynovu daha çox qəzəbləndirən isə son vaxtlar Komissiyada ayaq açan korrupsiya hallarının artması haqqında məlumatların yayıllması olmuşdur və bu səbəbdən də qəzəb, söyüş və təhqir dolu çanaq şöbə müdiri Lətifə xanımın başında çatlamışdır. Belə bir dövlət qurumunun, necə deyərlər, elmimizin nəzarət braxılış məntəqsinin rəhbərindən öz ünvanına ağlına belə gəlməyən çirkin ifadələr eşidən Lətifə xanım şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirəndə, Vəli Hüseynov sanki, yuxudan ayılıb. Yığıncaq vaxtından tez başa çatıb. Üstündən heç bir gün belə keçməmiş, Lətafət xanımın tam ciddi və məhkəməyə müraciət edəcəyində israrlı olduğunu ətrafının gətirdiyi xəbərlərdən qətiləşdirən sədr əvəzi Vəli Hüseynov onu kabinetinə dəvət edir. Sanki heç iclasdakı qəzəbdən dili dodağı əsən, qarşısındakının qadın olduğunun fərqinə belə varmayıb söyüş söyən, təhqir dolu ifadələr işlədən adam deyilmiş kimi peşmançılıqla üzr istəməyə, hətta böyük səhv etdiyini boynuna almağa başlayıb ki, bəlkə Lətifə xanım onu bağışlaya. Amma işin bu sonluqla bitməsini istəməyən, böhtan və təhqiri üstündən götürməyə, hər şeydən əvvəl insan, sonra qadın, daha sonra alim ləyaqətini qorumaq istəyən Lətifə xanım sədr əvəzi Vəli Hüseynovdan yenidən iclas çağırıb, bütün kollektivin qarşısında söylədiklərini geri götürməyi, sonra üzr istəməyi tələb edib. Məsələnin çox böyük fəsadlar verəcəyini, onun sədrliyə gedən yolunu belə bağlayacağını, bəlkə köhnə vəzifəsini belə itirəcəyini ayıq başla dərk edən Komissiyanın sədr əvəzi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov şöbə müdirinin bu tələbi ilə razılaşıb. Yenidən iclas çağrılıb, kollektiv salona toplaşıb və bu dəfə gördükləri, yeni bir Vəli Hüseynovun yalvarışlarla dolu etirafları, hətta söyüşləri belə öz ünvanına geri götürdüyünü deməsi hamıda dərin ikrah hissi doğurub. Münaqişəyə son verilib, amma Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında gedən proseslərə, baş verən qaranlıq olaylara hələ son verilməyəcək. Çünki, sədr əvəzi Vəli Hüseynov yerində möhkəm oturub... Bütün bunlardan sonra dünyalarca məşhur olan Ezopun bir təmsili yadıma düşdü: Bir kor insanın əlinə hansı heyvanı verirdilərsə, o heyvana əlini sürtən kimi nə olduğunu dərhal deyirdi. Bir dəfə də onun qucağına bir canavar balası verdilər. O sakitcə əli ilə heyvanın tükünə əl sürtüb çox dərin düşünmədən dedi:”Bilmirəm bu hansı heyvanın – canavarınmı, tülkününmü və ya bunlara bənzərhansısa heyvanınmı balasıdır, ancaq bir şeyi bilirəm ki, yaxşısı budur onu qoyun sürüsünün arsına buraxmayın. \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
• Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33 |
|
|
|
• Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
|