Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... .....                     Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir .....                     Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? .....                     Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi .....                     Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... .....                     Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb .....                     "Mən ailəmin çörəyindən kəsib, odun alıram" .....                     “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" .....                     AYNA-dan qulaqardı YANAŞMA .....                     Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? .....                     Vüqar Qurbanov onu baş həkim təyin etdi .....                     ABŞ-dan Bakıya gözlənilən məktub: .....                     Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu .....                     Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? .....                     “Veysəloğlu”da yeni təyinat .....                     Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı .....                     Azərbaycanda DƏHŞƏT: .....                     MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər .....                     AQTA-da hansı ölkənin qanunları işləyir? .....                     Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib .....                     BRICS-in Kazan sammiti narahatedici siqnaldır .....                     İran-Azərbaycan münasibətləri niyə gərginləşib? .....                     Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" .....                     “Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək .....                     Tehranın Zəngəzur qorxusu: .....                     Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir .....                     Bu quruma yeni mətbuat katibi təyin edildi .....                     Qaziyə məxsus tikilidə uçqun: .....                     “Vecon Consultıng” illik hesabat açıqladı .....                     Mayora hücum edənlər bu maddə ilə ittiham edilir .....                     Qazaxda yol infrastrukturu yenidən qurulur .....                     İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib .....                     “Azər Baxşəliyevin həyat yoldaşı bizdən xahiş etdi ki...” .....                     “Rəşadın təyyarəsinin vurulmasında Rusiyanın əli var” .....                     "Rusiya Azərbaycana təzminat ödəməlidir" .....                     İctimai fəal Afiəddin Məmmədova cəza istənilib .....                     Salyanda ərini doğrayan qadın tanınmış həkimin qızıdır: "15 ildir ki..." .....                     "Donor vasitəsilə süni mayalanmaya son qoyulsun!" .....                     Havanın arabir yağıntılı olacağı gözlənilir .....                     Vəzifəli qohumuna güvənib QOÇULUQ EDİR... .....                 

“Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...” - ETİRAZ
Tarix: 3-09-2016, 08:55 | Çap et
“Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...”
Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Stomatoloji Klinikaya girişin pullu olması barədə Hurriyyet.org “Yeni rektorun nəzir qutusu” başlıqlı yazı dərc etmişdi. Yazıda klinikaya müraciət edən şikayətçilərə istinadla qeyd olunurdu ki, bu tibb müəssisəsinə giriş pullu – 2 manat olub. Pullu xidmətə narazılıq edən xəstələrə bildirilib ki, bu, yuxarıdan göstərişdir, Tibb Universitetinə yeni rektor təyin olunan Gəray Gəraybəylinin tapşırığı əsasında belə edilir.

Türmə, yoxsa klinika qapısı?

Bu günlərdə həmin klinikada olduq. Stomatoloji Klinikaya girişdə həmişə gördüyümüz mənzərədən fərqli bir görüntünün şahidi olduq. Qeydiyyat şöbəsində sayı artan işgüzar görkəmli xanımların işi də artıb, “şıdırğı qeydiyyat” gedir. Girişdə dayanan “bazburudlu” mühafizəçilər sanki qızıl mühafizə edirlər, klinikanın dəhlizinə qədəm qoymaq mümkün deyil, “qeydiyyatdan keçin, sonra yaxınlaşın” deyirlər. Xanımlara yaxınlaşıb, qeydiyyatdan keçib, həkim qəbuluna düşmək istədiyimizi bildirdik.
- Həkiminiz kimdir?
- Burda tanıdığım diş həkimi yoxdur, siz kimi məsləhət bilirsiz?
- 2 manat ödəniş edin, mühafizəçilərə yaxınlaşın, onlar sizə kömək edər.
- 2 manat nə üçündür?
- Həkimin konsultasiyası üçün.
- Bu, yeni qaydadır? Niyə?
Sualı bir neçə variantda təkrar versəm də, xanımlar başlarını aşağı salıb özlərini eşitməzliyə vurdular. Ödəniş etdik. Xanımlardan biri cavab almaqda israrlı olduğumuzu görüb, mühafizəçini səsləyərək “bu xanım həkim məsləhəti almalıdır, orda hansı həkim boşdursa, aparın onun yanına” dedi.
Mühafizə “barrikada”sını aşanda, pilləkənlərdə mühafizəçilərə etiraz edən, zorla müvazinətini saxlayan yaşlı bir qadın deyinirdi: “Elə bil türmə qapısıdır, niyə buraxmırsız? Təzə hoqqa çıxarıblar...”
Mühafizəçi bir neçə həkimin qapısını döydü, məşğul idilər. Qırmızı xalatlı xanım, əlinin altında xəstə, şikayətimi “atüstü” dinlədi, qiymətləri xırdaladı: “Bir dişin sinirini çıxarmaq dərmanların keyfiyyətinə görə 50, 80, 100 manatdır”. Təəccüb etdiyimi görüb, “bəlkə başqa həkim sizə daha münasib qiymət deyər, bizdə belədir” deyə cavab verdi. Başqa həkim də dişlərimizin vəziyyətinə baxıb, başqa qiymətlər “oxudu”: “Vinir 200, implant 400 manatdan başlayır”.

Yuxarıdakılar işini qapıçılarla qurar

Klinikadan çıxanda ağ xalatlı bir xanıma yaxınlaşdıq. Belə təəssürat yaradırdı ki, həkimdir, xəstə sorağıyla klinikanın çıxış qapısında dayanıb. “Bu pullu xidmət nə vaxtdan başlayıb, nə səbəbə bunu edirlər” sualımıza qadın əliylə yuxarı işarə edərək dedi: “Bizlik deyil, yuxarıdan göstəriş belədir. Bu məsələnin burdakılara heç bir aidiyyatı yoxdur. Ötən ayın 1-dən qayda belə qoyulub. Biz nə edə bilərik?”, – deyə çarəsiz çiyinlərini çəkdi, narazı olmağını dili deməsə də, hərəkətləri dedi. Deyə bilmədiklərini də klinikadan çıxanda bizimlə yoldaşlıq edən başqa bir xanım söylədi: “Təzə rektor təzə qayda çıxarıb, bundan həkimlərin də hamısı narazıdır, klientləri qaçır axı, ona görə. Burda deyirlər ki, yuxarıdakılar işlərini qapıdakılarla qurur, həkimlərə də plan qoyulduğu üçün qiyməti artırmağa məcburdurlar”.
Bundan öncəki yazıda Səhiyyə Nazirliyi, Tibb Universitetinin mətbuat xidmətiylə əlaqə saxlayıb, “yeniliyin” səbəbilə bağlı kiçik araşdırmamızda qeyd edilib. Nazirliyin mətbuat xidməti klinikanın təsərrüfat hesablı olduğunu bildirib.
Yeni rektor gələndən klinika təsərrüfat hesablı olub? İndiyə qədər hansı statusla fəaliyyət göstərib? Nazirlikdən cavab verilib ki, qiymətdən xəbərsizdirlər, bunun üçün ATU-nun mətbuat xidmətilə əlaqə yaradaq.

Tibb Universitetindən yuxarıdakılar...

ATU-nun mətbuat xidmətindən Günel Aslanova məsələdən xəbərsiz olduğunu deyib, klinikanın rəhbəri Alqış Səfərovun mobil telefonunu bizə verdi. Edilən zənglərimizə cavab ala bilməsək də, budəfəki aramamızda kilinikanın rəhbəri telefonu açdı. Sualımıza sualla cavab verdi: “Siz klinikanın qapısı üzərindəki lövhədə nə yazıldığını gördünüz?
Dedim ki, Azərbaycan Tibb Universiterti Stomatoloji Klinika lövhəsi yazılıb .
- Yox, ondan yuxarıda nə yazılmışdı?
- Ondan yuxarıda nə yazıldığına diqqət etmədim.
- Ondan yuxarıda Səhiyyə Nazirliyi yazılmışdı. Bu Səhiyyə Nazirliyinin orqanıdır, siz niyə, Səhiyyə Nazirliyinə müraciət etmədiniz?

Rəhbərin sualı: 2 manat nədir ki?..

- Etdik, bizə cavab verildi ki, xəstəxana təsərrüfat hesablıdır. Mətbuata demisiniz ki, 2 manat xidmət haqqıdır və Nazirlər Kabinetinin qərarı ilə bütün xidmətlər pulludur. Hansı qərardan söhbət gedir?
- Nazirlər Kabinetinin təşkil etdiyi əsasnaməyə görə 2002-ci ildən bütün xidmət pulludur. Gedin Tibb Universitetinə maraqlanın, görün, hansı nömrəli qərarla, əmrlə Stomatoloji Klinikanın əsasnaməsi təsdiqlənib. 2002-ci ildən 2 manata ambulator xəstəlik vəsiqəsinin açılması və həkimin məsləhəti daxildir, hər yerdə qiymətlər necə artıb, amma 2002-ci ildən bəri bu qiymət olduğu kimi qalıb. Azərbaycan səhiyyəsində harda 2 manata həkim məsləhəti var? Əlbəttə, heç yerdə. Bir də axı 2 manat nədir ki, avtobusa minib, şəhərin o baş-bu başına gedəndə, bir günlük yol xərci edir...
Görəsən, klinika rəhbərinin xəbəri yoxdur ki, 2 manat orta statistik bir ailənin istehlak səbətinin bir günlük, hətta elə ailələr var 2 günlük istehlak xərcidir. Axırıncı devalvasiyadan sonra 2 manata yalnız yavan çörəklə güzəranını yola verən ailələr var. Bu 2 manat itkisi belə ailələrin zibilikdən qida axtarması qədər acı nəticəyə gətirib çıxara bilir.

Baş həkimsayağı “hörmət”: “Bütün kolleqalarınıza yardım etmişik, sizə də edək...”

Baş həkim klinikaya gəlib, ona baş çəkməməyimizdən də narazılılıq etdi: “Bəs hörmətli mətbuat nümayəndəsi klinikamıza gəlib, niyə bizə xəbər etməyib? Kolleqalarınızla maraqlanın, bütün Bakı şəhəri üzrə görün indiyədək bizə müraciət edən jurnalistin hansı bizdən narazı qayıdıb. Onlar bizdən nə boyda yardım alıblar, dişlərini müalicə etdiriblər, çəkdiriblər, düzəltdiriblər, bütün hamısı da ödənişsiz. Hamısının dişiylə bağlı şikayətinə baxmışıq. Əlbəttə ki, siz də qapını döysəydız, heç imkan verməzdik ki, 2 manat da xərcləyəsiz...”
Klinika rəhbərinə dedik ki, bütün jurnalistlər güzəştli kateqoriyaya aiddirsə, biz də bunu qəzet vasitəsilə elan edərik, yaz-pozu əhli də diş sarıdan ag günə çıxar. Alqış Səfərov dedi ki, nəinki jurnalistlər, bütün vətəndaşlara imkan daxilində güzəşt var: “Adi vətəndaşlar da nə kömək istəyirlər, hamısını alırlar. Heç bir bölgü, kateqoriya-filan yoxdur, hamı Azərbaycan vətəndaşıdır”.

Həkimin ixtiyarı yoxdur ambulator qeydiyyatsız xəstəni müayinəyə götürsün

Beləcə baş həkim dilxoşluq edib, “rüşvət, hörmət, xidmət” eyhamı ilə bizi yola vermək istədi. Amma növbəti sualımız onu təbdən çıxardı:
- Güzəşt varsa, pullu məsləhət, pullu xidmət nəylə bağlıdır? Bu klinikaya rentgen üçün mən bir neçə dəfə müraciət etmişəm, heç vaxt 2 manat ödəməmişəm. Bəs necə olur ki, bu qayda 2002-ci ildən tətbiq edilir?
Baş həkim nədənsə xoflandı:
- Hələ əvvəlcə deyin görüm siz orda nəyə gülürsünüz?
- Heç nəyə. Kondisionerə yaxın dayanmışıq, ola bilsin, onun səsidir.
- Məgər sizin kondisioner gülməyi də bacarır?
Sonra da yüksək səslə kiməsə çımxırdı:
- Əəə, qapını bağla... (Səsinin tonunu dəyişdi) Doğru deyrisiz, rentgen müayinəsi pulsuzdur, amma həkim yanına gedirsinizsə, məsləhət pulludur. Bu, bütün dünyada qəbul olunmuş qaydadır. Başqa klinikalarla müqayisədə bu, ən ucuz qiymətdir. Azərbaycanın səhiyyə qanunvericiliyinə görə, həkimin ixtiyarı yoxdur ki, xəstəni ambulator vərəqəsiz qəbul etsin.

Zədələnmiş diş sinirindən qurtulmaq - 100 manat

- Amma klinikanızda bildirdilər ki, “konsultasiya haqqı” ötən ayın 1-dən tətbiq olunur.
- İndiyədək həkimlər xəsətələri ambulator qeydiyyatsız qəbul edirdilər. Bu düzgün deyil. Məsələni nəzarətdə saxlamaq üçün universitet rəhbərliyi bu qərarı verdi. Bütün bunlar insanların sağlamlığını qorumaq üçündür.
- Bəs həkimlərin müalicə xərcləri niyə bu qədər bahadır? Məsələn, bir dişin sinirinin çıxarılmasına 50-100 manat səsləndirdilər.
- Bəli, elədir. Azərbaycana daxil olan bütün stomatoloji materialların qiyməti qalxıb. Stomatologiyada xərclər artıb, ona görə də müxtəlif kateqoriyalara görə qiymətlər də müxtəlifdir.

Cangüdənlər nazir üçün cibgüdənlik edir?

Ola bilsin, Stomatoloji Klinikadan razı qayıdan, dişlərini sazladan “jurnalistlər” bu yazıdan sonra Hurriyyet.org saytına və “Hürriyyət” qəzetinə diş qıcasınlar. Amma biz nəyi gördük, nəyin şahidi olduq, onu yazdıq. Klinika rəhbərinin qeyri-müəyyən cavablarından və eyhamından isə belə görünür ki, edilən “yeniliklər”ə yuxarı instansiya - Səhiyyə Nazirliyi daha çox cavabdehdir.
Diş klinikasının rəhbərinin 2 manatlıq xidmətin dilə-dişə düşməsindən əndişələnməsi bir yana, üstəlik də 2 manatı cüzi məbləğ hesab etməsi də təəccüb doğurur. Hər xəstənin gündə 2 manatlıq qeydiyyatı aylıq 200 minlik, milyonluq məbləğlərə gətirib çıxarırsa, deməli, klinikanın qapısındakı cangüdənlər heç də boş yerə cib də güdmürlər. Qapıçıdan, mühafizəçidən tutmuş nazirədək hamı binəva əhalinin cibinə göz dikib. Sanki son devalvasiyanın da baiskarı bu əhalidir, indi də etdiyi qəbahətlərin bədəlini ödəyir.
Manatın məzənnəsi düşdükcə xidməthaqları da qalxır. Görəsən, bu millətin məhvə məhkumluğu haqda gizli qərar verilməyib ki?!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Bu gün, 16:30
Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Bu gün, 16:26
Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Bu gün, 16:17
Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Bu gün, 16:13
Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Bu gün, 16:08
Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Bu gün, 16:03
"Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Bu gün, 16:01
“Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Bu gün, 15:55
AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Bu gün, 15:52
Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Bu gün, 15:49
Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Bu gün, 15:47
ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Bu gün, 15:28
Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Bu gün, 15:26
Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:24
“Veysəloğlu”da yeni təyinat - ƏMR
Bu gün, 15:22
Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Bu gün, 15:22
Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Bu gün, 15:15
MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Bu gün, 15:13
AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:08
Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Bu gün, 15:02
BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Bu gün, 15:01
İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Bu gün, 14:02
Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Bu gün, 14:00
“Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Bu gün, 13:58
Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Bu gün, 13:05
Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Bu gün, 13:02
Bu quruma yeni mətbuat katibi təyin edildi
Bu gün, 13:00
Qaziyə məxsus tikilidə uçqun: - Külli miqdarda zərər dəydi
Bu gün, 12:56
“Vecon Consultıng” illik hesabat açıqladı – Qiymətləndirmə şirkəti ötən ili uğurla başa vurub
Bu gün, 12:54
Mayora hücum edənlər bu maddə ilə ittiham edilir - Həbsləri istənilir
Bu gün, 12:48
Qazaxda yol infrastrukturu yenidən qurulur
Bu gün, 12:44
İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
Bu gün, 12:42
“Azər Baxşəliyevin həyat yoldaşı bizdən xahiş etdi ki...” - İlkin Həsəni
Bu gün, 12:39
“Rəşadın təyyarəsinin vurulmasında Rusiyanın əli var” – GİZLİNLƏR AÇILIR
Bu gün, 12:34
"Rusiya Azərbaycana təzminat ödəməlidir" - ÇAĞIRIŞ
Bu gün, 12:33
İctimai fəal Afiəddin Məmmədova cəza istənilib
Bu gün, 12:24
Salyanda ərini doğrayan qadın tanınmış həkimin qızıdır: "15 ildir ki..." - Şok təfərrüatlar
Bu gün, 12:21
"Donor vasitəsilə süni mayalanmaya son qoyulsun!" - Baş Prokurora və Ombudsmana MÜRACİƏT
Bu gün, 12:20
Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:15
Vəzifəli qohumuna güvənib QOÇULUQ EDİR... - AzGerneft MMC-də NƏ BAŞ VERİR?
Bu gün, 12:14
Neçənci mərtəbədən mənzil alsaq, zəlzələ zamanı daha təhlükəsiz olar? - "Düşünürlər ki, birinci mərtəbədə yaşayıram, düşüb qaçaram"
Bu gün, 12:04
Qadağan edilən yemək xaş deyil, kəllə-paçadır - İLGİNC
Bu gün, 12:00
"Yeni raket sınağı rəqiblərimizi çəkindirmək məqsədi daşıyır" - Kim Çen İn
Bu gün, 11:58
Fransanın casus şəbəkəsi nələrə cəhd edib? - Məhkəmə prosesində yeni məqamlar
Bu gün, 11:57
Sosial şəbəkədə tanış olduğu kişini evə gətirir, əri və başqa bir kişi isə... - MƏHKƏMƏ
Bu gün, 11:43
Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib - TƏFƏRRÜAT
Bu gün, 11:42
Azərbaycan 16 min manata 6 baş eşşək aldı - Hər bir eşşək 2.663 manata başa gəlib
Bu gün, 11:40
"Zevs" ləqəbli yutuberdən şikayət var: "İnsanları yeni üsulla aldadır" - TƏFƏRRÜAT
Bu gün, 11:34
"O, evlənsə mən harada qalacağam? Atamdan bizə bir ev qalıb..." - Sosial yardımı isə...
Bu gün, 11:20
“Avropada iş” adı ilə 171 nəfərin xeyli pulunu aldı - MƏHKƏMƏ BAŞLADI
Bu gün, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru