Təhsil Nazirliyinin boğazına keçən kal armud... - Bu Beyləqan Təhsil Şöbəsi nə matah olub?..
Tarix: 2-04-2016, 10:07 | Çap et
Xəbər verildiyi kimi, Beyləqan Təhsil Şöbəsində bir müddət idi yoxlama aparılırdı. Maliyyə Nazirliyinin Ağcabədi Regional Maliyyə İdarəsinin apardığı yoxlama nəticəsində rayon təhsilində ciddi maliyyə pozuntularının aşkarlandığı açıqlanmışdı. Düzdür, bu açıqlama ictimaiyyət üçün deyil, məhdud dairə üçün nəzərdə tutulmuşdu. Məqsəd isə başqaydı.
DİA.AZ Azerinews.org-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov ilk başda yoxlamalardan elə də narahat deyildi. Əksinə, buna yeni qazanc mənbəyi olaraq baxırdı. Lakin sonradan durumun dəyişməsi və yoxlamalar zamanı ciddi faktların üzə çıxması, habelə Ağcabədi Regional Maliyyə İdarəsinin rəisi Ədalət müəllimin şöbə müdirinə «arzu»sunu ifadə etməsi ortalığı qarışdırmağa başlayıb.
Qeyd edək ki, Tofiq Sadıqovla Ədalət müəllim arasında münasibətlər xeyli əvvəldən mövcud olub. Hətta yoxlamanın əvvəlində Sadıqov idarə rəisinə verəcəyi məbləği də təxmin edibmiş. Amma gözlənilmədən 200 min manatlıq bir istəyin ortalığa çıxması, durumu kəllə-mayallaq edib. Və Beyləqan Təhsil Şöbəsinin müdiri az qala infakt keçirəcəkmiş. Çünki bu məbləğ çox böyük olmaqla yanaşı, həm də Təhsil Şöbəsinin də qara günlük olması anlamına gəlirmiş.
Azerinews.org xəbər verir ki, Ağcabədi Regional Maliyyə İdarəsinin rəisi Ədalət müəllim isə Tofiq Sadıqovun dil tökməsinə ümumiyyətlə, əhəmiyyət verməyib. Onun rəhbəri olduğu qurumdakı yeyintilərin çox olduğunu və bunu ört-basdır etmək üçün risqə getdiyini söyləyərək, yalnız 200 min manat müqabilində mümkünləşə biləcəyini dilə gətirib. Hətta o cəsarəti də özündə tapıb ki, 200 min manatın böyük qismini Maliyyə Nazirliyindəki «lazımi adama» verəcəyini də deyil. Sonra da qətiləşdirib və vurğulayıb ki, guya, pulun 70 faizi birbaşa maliyyə naziri Samir Şərifova çatacaq.
Bildirək ki, Ədalət müəllimin bu qədər cəsarət sahibi olması və ya cəsarətli danışması hansısa qaynağa bağlıdır. Düzdür, o iddianı etmirik ki, Maliyyə Nazirliyi aydan arı, sudan durudur. Əksinə, ölkədəki bütün dövlət qurumlarında korrupsiya var və Maliyyə Nazirliyi də bu sıradan xali deyil. Lakin bir Regional İdarə rəisinin nazirlə bu qədər «səmimi» ola bilmə ehtimalı xeyli azdır. Ola bilər ki, alınan pullar nazirlikdə yüksək çinli şəxslərdən kimlərəsə çatır. Amma o da birbaşa çata bilməsi inandırıcı görünmür.
Azerinews.org xəbər verir ki, Ədalət müəllimin «nıx» deyib, «nırx» üzərində dayanması Tofiq Sadıqova sərf edib. Beyləqan təhsilinin «şefi» 200 min manatı 300 min manata çevirmək üçün şans əldə edib. Və bu səbəbdən də o, Ağcabədi Regional Maliyyə İdarəsinin rəisi Ədalət müəllimin istək və arzularını direktorlara çatdırıb. Ardından da xəbərdarlıq edib ki, kənd məktəblərinin direktorları 4000 manatdan, şəhər məktəblərinin direktorları isə 6000 manatdan pul verməlidirlər.
Lakin mənbələr bildirir ki, direktorlar bu pulu düzəltməkdə çətinlik çəkirlər. Çünki özlərinin o qədər vəsaitləri yoxdur. Üstəlik, əvvəlki dövr olmadığından bankdan kredit də çəkə bilmirlər. Belə olan təqdirdə, vaxt istəyirlər ki, onu da nə Tofiq Sadıqov verir, nə də Ədalət müəllim. Aprel ayının 10-na qədər tələb olunan məbləğ çatdırılmasa, Beyləqan Təhsil Şöbəsindəki maliyyə yeyintiləri birbaşa Respublika Prokurorluğuna təqdim ediləcək. Bu isə təkcə Tofiq Sadıqovun deyil, daha bir neçə nəfərin də həbsi demək olardı. Ona görə də, şöbə müdiri direktorların «pişiyini ağaca dırmaşdırır» ki, təcili pulu düzəldib versin.
Tofiq Sadıqovun bir başqa hədəfi daha var. O, yaşıyla əlaqədar işdən çıxarılacağını bili rvə bu səbəbdən də yoxlamadan «təmiz» çıxmağa çalışır. O işdən çıxarıldıqdan sonra başağrısı keçirlməsini qəti arzulamır. Ona görə də, hazırkı yoxlamanı «çiçək kimi» başa vuraraq, işlərini yekunlaşdırmaq fikrindədir.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Bu gün, 18:22 |
|
|
|
• Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Bu gün, 18:15 |
|
|
|
• “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Bu gün, 18:10 |
|
|
|
• FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Bu gün, 17:06 |
|
|
|
• Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Bu gün, 17:00 |
|
|
|
• ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Bu gün, 16:57 |
|
|
|
• Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Bu gün, 16:55 |
|
|
|
• Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
• Aktyor Azər Baxşəliyev vəfat edib
Bu gün, 16:15 |
|
|
|
• Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Bu gün, 14:02 |
|
|
|
• İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• "İndiyə qədər də ana-ata həsrətindəyəm"
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Hələbdə hərbi baza tikir?
Bu gün, 13:00 |
|
|
|
• Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Bu gün, 12:49 |
|
|
|
• Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Bu gün, 12:42 |
|
|
|
• Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Bu gün, 12:31 |
|
|
|
• Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Bu gün, 12:25 |
|
|
|
• Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
• Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Bu gün, 12:14 |
|
|
|
• İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Bu gün, 12:00 |
|
|
|
• "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Bu gün, 11:51 |
|
|
|
• İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Bu gün, 11:46 |
|
|
|
• Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Bu gün, 11:42 |
|
|
|
• TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Bu gün, 11:22 |
|
|
|
• "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Bu gün, 11:16 |
|
|
|
• Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Bu gün, 11:14 |
|
|
|
• Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Bu gün, 11:13 |
|
|
|
• “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Bu gün, 11:11 |
|
|
|
• Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Bu gün, 11:09 |
|
|
|
• Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Bu gün, 10:59 |
|
|
|
• Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:52 |
|
|
|
• İlqar Mikayıloğlu soyunub qarın içinə girdi - VİDEO
Bu gün, 10:49 |
|
|
|
• İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AKTUAL
Bu gün, 10:47 |
|
|
|
• Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir - Tramp
Bu gün, 10:44 |
|
|
|
• Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - NƏ ETMƏLİ?
Bu gün, 10:23 |
|
|
|
• Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb
Bu gün, 10:18 |
|
|
|
• Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
Bu gün, 10:15 |
|
|
|
• Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb - "İnterfaks"
Bu gün, 10:07 |
|
|
|
• Keçmiş MDB məkanında bu sahədə birinciyik... - CƏDVƏL
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ
Bu gün, 09:57 |
|
|
|
• "Təyyarəmizin yanlışlıqla vurulması ehtimalı olduqca aşağıdır" - FAKT BUDUR!
Bu gün, 09:52 |
|
|
|
|